GƏDƏBƏYDƏ IKINCI «BAŞKƏND MÜHARIBƏSI»BAŞLAYIB: Gədəbəydə hərbiçilərlə polis ermənidən qalan boruları bölə bilmir.. FOTO-VIDEO
Bolge / Video
Oxunub: 302
13 okt 2022 | 21:18
GƏDƏBƏYDƏ IKINCI «BAŞKƏND MÜHARIBƏSI»BAŞLAYIB: Gədəbəydə hərbiçilərlə polis ermənidən qalan boruları bölə bilmir.. FOTO-VIDEO


Tarixən əhalisi azərbaycanlı olan Başkənd kəndinin ərazisinə ermənilər ilk dəfə 1859-cu ildə Qarabağdan və Şəmşəddin rayonundan köçürülmüşdülər. Onlar burada yerli bəylərin mal-qarasını otarırdılar. Ərazisi 61 km² olan Başkənd qəsəbəsi 1920-ci illərdə Sovet rəhbərliyi tərəfindən haqsız olaraq Ermənistana verilmiş və 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərisinə doğru erməni anklavı kimi qalırdı. Ermənilər tarixi Başkənd adını unutdurmaq üçün qəsəbəyə “Arsvaşen”adını qoymuşdular. Ermənilərin Başkənd kəndinə gəlişi XIX əsrin ortalarında başlayıb. Onlar burada yerli bəylərin mal-qarasını otarırdılar. 1905-1906-cı illər, 1918-1920-ci illər hadisələri zamanı isə azərbaycanlıları sıxışdırıb kənddən çıxartdılar.

Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu həmin ərazidən Azərbaycanın Gədəbəy rayonunun Şınıx bölgəsini və Tovuz rayonunun bəzi kəndlərini atəş altında saxlamaq üçün istifadə edirdi. 1992-ci ilin yayında Ermənistan ordusu Gədəbəy rayonuna Ermənistan tərəfdən hücuma keçdi. Məqsəd Başkəndin anklav vəziyyətindən çıxarılaraq Ermənistanla birləşdirilməsi idi.

İlk zərbəni baş leytenant Məzahir Rüstəmovun dəstəsi öz üzərinə götürdü, axıra qədər vuruşdu, əsgərlər və komandirləri qəhrəmanlıqla həlak oldular, lakin qarşı tərəfin hücumunu ləngitdilər. Azərbaycan Ordusu əks hücum planını həyata keçirməyə başladı. Əməliyyata korpus komandiri general-mayor Dadaş Rzayev, polkovnik Cahangir Rüstəmov, polkovnik Rəfayıl Əsədov, polkovnik Hamlet Hüseynov rəhbərlik edirdilər. Ermənilərin Mutudərə istiqamətində hücumunun qarşısı alındı və avqustun 8-də Başkənd üzərinə hücum başladı. Erməni silahlı birləşmələrinin ciddi müqavimətinə baxmayaraq axşama yaxın Başkənd azad edildi, erməni tərəfinin 200-dən çox canlı qüvvəsi, 4 topu, 3 tankı, 1 BMP və və digər texnikası məhv edildi. Beləliklə, Başkəndin ərazisi də daxil olduqda 1229 km² ərazisi olan Gədəbəy rayonunun ərazisi artaraq 1290[4] km² oldu…

İndi Başkənddə başqa “müharibə” başlayıb. Bu dəfə Azərbaycan hərbçiləri ilə Azərbaycan polisi arasında. Başkənd sakinlərinin verdikləri məlumata görə, kənddə əkin əkən sakinlər vaxtilə ermənilərin çəkdikləri köhnə yeraltı su borularını aşkarlayıblar. Hər birinin uzunluğu 5 metr, diametri 300 mm olan, ümumi sayı 43 ədəd, və 215 metr uzunluğu olan «asinkovı» boruları çıxarıb yol çəkilişinə istifadə etməyə cəhd göstəriblər. Bu vaxt hadisə yerinə hərbçilər gəlib və boruların daşınmasını qadağan ediblər. Kənd sakinləri polisi çağırıblar. Hadisə yerinə Gədəbəy Rayon Polis Şöbəsinin Saratovka qəsəbəsi üzrə Polis Bölməsinin rəisi Yaşar İsmayılov da gəlib. Bu vaxt Yaşar müəllimlə «MTO-nun zampaliti» arasında insident yaşanıb. Zabit rəisə, əəəə deyə qışqıranda, Yaşar İsmayılov yumruqla onu təhqir edən zabitin ağzını partladıb. Daha sonra hər iki tərəfdən – yəni, həm hərbçilərdən yeni dəstə, həm də polis naryadı gəlib və aralarında əməlli-başlı əlbəyaxa çarpışma düşüb. Sakinlərin sözlərinə görə, dalaşanların sayı 100-ə yaxın olub. Boruları maşından düşərkən xəta baş verib. Hərbçilər arasında yaralananlar olub. Hadisə yerinə bir neçə təcili yardım maşını gəlib.(Hadisənin tam videosu var. Bəzi səbəblərə görə təqdim edə bilmirik)

GƏDƏBƏYDƏ IKINCI «BAŞKƏND MÜHARIBƏSI»BAŞLAYIB: Gədəbəydə hərbiçilərlə polis ermənidən qalan boruları bölə bilmir.. FOTO-VIDEOGƏDƏBƏYDƏ IKINCI «BAŞKƏND MÜHARIBƏSI»BAŞLAYIB: Gədəbəydə hərbiçilərlə polis ermənidən qalan boruları bölə bilmir.. FOTO-VIDEO
GƏDƏBƏYDƏ IKINCI «BAŞKƏND MÜHARIBƏSI»BAŞLAYIB: Gədəbəydə hərbiçilərlə polis ermənidən qalan boruları bölə bilmir.. FOTO-VIDEO


Hazırki vəziyyət belədir ki, hərbçilər öz postlarını buraxıb ermənilərdən qalan boruları mühafizə edirlər. Yəqin ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı boruların aqibətinin müəyyənləşdirilməsini təmin edəcək. Lakin kənddə dolaşan başqa bir məlumata görə, borulara keçmiş briqada komandiri, hazırda də məsul vəzifədə çalışan Oruc adlı komandir əl qoyub və hərbçilərə də göstərişi o verdirib.

Həmin boruların dəyərini İcra Hakimiyyətin məsul şəxsləri 14000 manata dəyərləndiriblər.



Mövzuya qayıdacağıq.

Deryaz.az
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO