Gəncədə başçı müavininin açdığı “bazar” - ŞOK TƏFƏRRÜAT
Bolge
Oxunub: 703
26 apr 2019 | 18:19
Gəncədə başçı müavininin açdığı “bazar” - ŞOK TƏFƏRRÜAT














Əsrlər boyu Gəncə şəhəri öz görkəmi ilə hər kəsin diqqətini cəlb edən şəhərlərdən biri olub və bu gün də şəhər öz gözəlliyini qoruyub saxlamaqdadır. Şəhərin mərkəzi küçələrində, ətraf ərazilərində yaşı yüzillərlə ölçülən ucaboyulu çinar ağaclarının varlığı, məhz bu şəhərə xüsusi gözəllik verməkdədir.


Gəncədə başçı müavininin açdığı “bazar” - ŞOK TƏFƏRRÜAT





Göygölün qoynunda yerləşməsi səbəbindən isə, yaz-yay aylarında bu şəhərin xüsusi gözəlliyi olur. Son illər ərzində şəhərdə neçə-neçə parklar inşa olunub və hər kəsin də istifadəsinə verilib. Şəhərkənarı ərazidə yerləşən bulvarda əyləncə məskənin olması, sanki ümumi gözəlliyə yeni bir gözəllik bəxş etməkdədir. Ümumi sahəsi 400 ha-dan çox olan ərazini əhatə edən və Heydər Əliyevin adını daşıyan park da, bu gün hər kəsi valeh edir. Bu park şəhər sakinlərinin, o cümlədən şəhərə gələn qonaqların təbiətlə təmasının qurulmasında sanki bir vasitədir.

Gəncədə başçı müavininin açdığı “bazar” - ŞOK TƏFƏRRÜAT




Şəhərin mərkəzindəki “Xanbağı” və çoxillik ağacları ilə adı dillər əzbəri olan Sərdar xanın saldığı bağ və digər kiçik parklar, məhz gəncəlilərin təbiətə olan münasibətindən xəbər verir.

Gəncədə başçı müavininin açdığı “bazar” - ŞOK TƏFƏRRÜAT






Bütün bunlara baxmayaraq, bu gün belə bir gözəlliklərə “qənim kəsilən” çoxsaylı məmurlara rast gəlmək mümkün olur. Hər kəsi incidən halın varlığı odur ki, bəzən yüksək çinli vəzifə sahibləri səlahiyyətlərini aşırlar, hətta ölkə başçısının tapşırıqlarına məhəl belə qoymurlar. Vaxtilə mərhum president Heydər Əliyevin ətraf mühitlə bağlı ifadə etdiyi kəlamlarından birini yada salaq. Məsələn, o, "Hesab edin ki, o ağacları kəsənlər mənim balalarımın başını kəsiblər" demişdi.


Gəncədə başçı müavininin açdığı “bazar” - ŞOK TƏFƏRRÜAT





Gəncədə bir çox kiçik parklar ayrı-ayrı vaxtlarda salınıb və onlardan biri də, 37-ci ilin qurbanlarından olan İbrahim Abdulla oğlu Eminbəylinin adını daşıyır. Onu da bildirək ki, bu gün gəncəlilər Eminbəylinin adını daşıyan parkı vaxtilə inşa olunmuş və hal-hazırda da fəaliyyət göstərən “İzmir kababxanası”nın adı ilə tanıyırlar.

Gəncədə başçı müavininin açdığı “bazar” - ŞOK TƏFƏRRÜAT





Parkın dörd tərəfi ayrı-ayrı obyektlərin fəaliyyət göstərmələri səbəbindən zəbt ounub ki, onlardan biri də "AL market"dir. Məsələnin maraqlı tərəfi odur ki, bu obyek Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayevə məxsusdur. Bu marketin ümumi görkəminə diqqət yetirdikdə o da bəlli olur ki, obyekt parkın Nəriman Nərimanov prospekti tərəfdən giriş hissəsini tam şəkildə zəbt etmiş və çoxillik ağacların kəsilməsinə də səbəb olmuşdur. Faciə odur ki, belə bir halın varlığı Ekologiya və Təbii Sərvətlər nazirliyinin Gəncə Regional bölməsinin məsul şəxslərini heç bir halda narahat etməyib.

Gəncədə başçı müavininin açdığı “bazar” - ŞOK TƏFƏRRÜAT






Obyektin inşa olunduğu əraziyə nəzər yetirdikdə o da bəlli olur ki, həmin yerdə müxtəlif diametrili çoxillik ağaclar kəsilib. Yəni, bunları ərazidə olan və böyük diametirli kötüklərin olması ilə də sübut etmək mümkündür. Bundan əlavə, "AL market"lə üzbəüz ərazidə Elnur Rzayevə məxsus bir çox obyeklər də fəaliyyət göstərməkdədir. Elnur Rzayevə məxsus olan və xarici dillər üçün hazırlıq kursları dərsi keçmək məqsədilə inşa olunmuş obyekt isə, yolun mühafizə zolağında inşa olunub. Bu da çox böyük problemlərin əmələ gəlməsinə səbəb olmaqdadır.

Gəncədə başçı müavininin açdığı “bazar” - ŞOK TƏFƏRRÜAT






Xoşagəlməz hallardan biri də odur ki, obyekt inşa olunan zaman Gəncə şəhər Memarlıq İdarəsinin əməkdaşları həm tikintiyə icazə verirlər, həm də ərazinin Eminbəyli parkına aid olmasını nəzərə almırlar. Odur ki, tarixə qısa da olsa ekskurs edək. İbrahim Abdulla oğlu Eminbəyli 1894-cü ildə Gəncə şəhərində anadan olmuş və bu şəhərdə də yaşamışdır. Onun şəcərələrindən olanlar, zaman-zaman Eminbəyli nəslinin məşhur nümayəndələri olublar. Bu şəxs (1894-1937) — 1920-ci ildə Gəncədə quberniya komissarı, Qəza İcraiyyə Komitəsinin məsul katibi, Bakıda "Kommunist" qəzetinin redaktoru, "Azərnəşr"in direktoru, Konservatoriyanın rektoru, 1937-ci ildə Mətbuatda Dövlət Sirlərini Mühafizə Edən Baş İdarənin (Qlavlitin) rəisi və Azərbaycan K(b)P MK-nın üzvü olub.

Gəncədə başçı müavininin açdığı “bazar” - ŞOK TƏFƏRRÜAT






O, 1914-cü ildə pedaqoji kursu başa vurduqdan sonra, Şuşa və Gəncədə müəllimlik edir. Bir müddətdən sonra isə, bolşevik partiyasının Gəncə mahal komitəsinin üzvü və katibi (1918-1920) seçilir. Gəncə quberniya komissarı, Gəncə Qəza İcraiyyə Komitəsinin məsul katibi (1920-1922), Sovet partiya məktəbinin, S.Ağamalıoğlu adına texnikumun müəllimi (1922-1924), AKP MK mətbuat şöbəsinin müdiri, "Kəndli" qəzetinin redaktoru, Azərbaycan SSR Baş Mətbuat İdarəsinin rəisi (1924-1930), Xalq Maarif Komissarının müavini (1930-1931), "Kommunist" qəzetinin redaktoru, "Azərnəşr"in direktoru (1931-1933) və s. kimi vəzifələrdə çalışmışdır. Bu şəxs Mətbuatda Dövlət Sirlərini Mühafizə edən baş idarənin rəisi vəzifəsini daşıyarkən, onu əksinqilabçı və gizli müsavatçı adı altında həbs edirlər.


Gəncədə başçı müavininin açdığı “bazar” - ŞOK TƏFƏRRÜAT







12 oktyabr 1937-ci ildə saat 17.45-də başlanan məhkəmə iclası saat 18.00-da başa çatır. (Yəni görkəmli şəxsiyyətin həyatı 15 dəqiqə içərisində həll olunub-müəllifdən) və məhkəmənin çıxarmış olduğu hökm bir gün sonra Bakıda həyata keçirilir. 1937-ci ildə onun həyat yoldaşı Firuzə Eminbəylini də həbs edirlər və ona xalq düşməninin ailə üzvü damğası vurub sürgün edirlər. Doqquz illik sürgün həyatından sonra o, 1946-cı ildə geri qayıda bilir.

Gəncədə başçı müavininin açdığı “bazar” - ŞOK TƏFƏRRÜAT





P.S. Həyatda çox az yaşamış və hansısa mənfurun məkrli yanaşması səbəbindən “çırağı sönmüş” İbrahim Abdulla oğlu Eminbəylinin adını daşıyan və o qədər də böyük olmayan, həmçinin nostaloji hisslərlə dolu olan bu park, hazırda Gəncə ŞİH başçısının 1-ci müavini Elnur Rzayevin tamahı ucbatından olmazın vəziyyətə salınıb. Deyəsən ölkə rəhbəri cənab İlham Əliyevin məmur özbaşınalığı haqqında dəfələrlə səsləndirdiyi iradları, təpkiləri Elnur Rzayevə məxsus baqqalxanın tikintisinə, bu şəxsin məmur özbaşınalığına son qoymaq üçün yetərli olmayıb.

Gəncədə başçı müavininin açdığı “bazar” - ŞOK TƏFƏRRÜAT








Mövzunu diqqətdə saxlayacağıq.
GundemXeber.Az
Bu gün, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Bu gün, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Ruslar Zəngəzurdan çıxır
Bu gün, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Bu gün, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Bu gün, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Bu gün, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq