Masazır təhlükədə - "Orada yaşamaq olmaz"
Bolge
Oxunub: 1 566
13 may 2015 | 14:03
Masazır qəsəbəsində yaşayış binalarının altında baş verən qaz sızması məsələsinə dair gərginlik getdikcə şiddətlənir.

"Qafqazinfo" xəbər verir ki, "Şərq" qəzetinin yazdığına görə, problem qəsəbə sakinləri ilə yanaşı, hökumət və dövlət rəsmilərini də narahat etməyə başlayıb. Onlar da bunun ciddi təhlükə doğurduğunu dilə gətiriblər. Belə ki, bu günlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev məsələyə münasibət bildirib. O qeyd edib ki, evlərin altından sızan şist qazıdır: "Həmin ərazidə şist qaz və bitum layları var. Məhz buna görə, həmin ərazidə baş verən qaz sızması təbii haldır. Sızan qaz ətrafa təhlükə yaradır". Qurum prezidenti onu da əlavə edib ki, şist qaz və bitum laylarının üzərində evlərin tikintisi qanunsuzdur. Yaxın vaxtlarda Azərbaycan hökuməti bu məsələ ilə bağlı müvafiq qərar çıxaracaq.
Bu ərazidə çoxmərtəbəli bina tikməyin doğru olmadığını deyən Müstəqil Memarlar Assosiasiyasının (MMA) prezidenti Zenfira Budaqova isə "Şərq" qəzetinə deyib ki, sürüşkən, seysmik və qaz təhlükəsi olan zonalarda yaşayış binaları inşa etmək olmaz: "Binanı tikməzdən öncə, həmin ərazini yoxlamaq lazımdır. Amma bunlar, Allah bilir, heç bir yoxlama işi aparmayıblar. Təki bina tikib, satıb pul qazansınlar. Gerisi heç veclərinə də deyil. Əhalinin sağlamlığı və təhlükəsizliyinə diqqət yetirmirlər. Hara gəldi ev tikirlər. Nəticə də belə olur".
Onun sözlərinə görə, həmin ərazidəki əhali mütləq köçürülməlidir: "Orada yaşamaq çox dəhşətlidir. Başqa bir məqam ondan ibarətdir ki, sakinlər o mənzilləri baha qiymətə alıblar. Nə qədər pul xərcləyiblər. Əhali və onlara məxsus mənzillər siyahıya alınmalıdır. Sonra da həmin sənədə uyğun olaraq onlara mənzillər paylanmalıdır. Yoxsa, sizi köçürdürük deyib, millətin yorğan-döşəyini çölə atmaq olmaz. Kompensasiya olunmalıdır. Od qiymətinə ev alıblar".
Z.Budaqovanın qənaətincə, sakinlər təhlükəsizliklərinin qorunmasını tələb etməlidir: "Əlaqədar orqanlara müraciətlər hazırlamalıdırlar. Orada yaşamaq olmaz. Şist qazları təhlükəlidir. Başım çıxmır belə bir ərazidə niyə bina tikiblər? Çox ağılsız hərəkət ediblər. Əhali köçürülməlidir".
Masazırda yaşayan jurnalist Rəşad Baxşəliyev qeyd edib ki, aprel ayının 9-da, Sarı Aşıq küçəsində Elxan Aslanova məxsus fərdi yaşayış evində partlayış baş verəndən bəri ərazi üzrə xüsusi komissiya yaradılıb: "Hər həftənin cümə axşamı baş nazirin müavini Abid Şərifov ərazini gəzir. Evlərin təhlükəsizliyi ilə bağlı tapşırıqlar verir. Bir müddət "Azəriqaz”ın əməkdaşları evlərdə, həyətlərdə xüsusi aparatlarla axtarışlar apardılar. Sonra da ərazidə tədqiqat aparan Geologiya İnstitutunun Neft və qazın geologiyası və geokimyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Əkbər Feyzullayev açıqlama verərək ərazidə təbii qaz çıxışlarının olduğunu təsdiqlədi. Bununla yanaşı bildirdi ki, ərazidə təbii qaz çıxışları var və onlar texnogen qaz deyil, orada qaz yataqları var. Bu da ərazidə vulkanların olması ilə bağlıdır. Ə.Feyzullayev sonda söylədi ki, həmin ərazidəki tikililərin aqibəti ilə bağlı aidiyyəti qurumlar qərar verəcək. Sonra Rövnəq Abdullayev açıqlama verdi. Biz də gözləyirik. Hələ ki bir söz deyən yoxdu. Əlbəttə, təhlükəli ərazidə yaşamağı heç kim arzulamaz. Yəqin ki, yaxın günlərdə komissiya rəyini açıqlayar və bizə də nəsə deyərlər və dövlət necə məsləhət görər, sakinlər də o cür addım atarlar".
Dünən, 12:08
Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb
Dünən, 11:46
Yol polisi sürücülərə müraciət etdi
Dünən, 11:41
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Dünən, 11:37
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - Siyahı
Dünən, 10:32
4 cüdoçumuz Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq
Dünən, 10:29
Azərbaycanda insanlar bu qədər yaşayır - NAZİRLİK AÇIQLADI
Dünən, 10:24
Beynəlxalq səyyahlar Zəngilana səfər ediblər - FOTO
Dünən, 10:19
Saf, orqanik ad altında satılan ballar: Peşəkar arıçıdan şok ETİRAFLAR
Dünən, 10:14
Tramp: "Putin Ermənistan-Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi"
Dünən, 09:00
Ermənilərin növbəti qorxusu – Azərbaycan Tavuş istiqamətində 500 metr
9-10-2026, 16:00
ABŞ Konqresində Azərbaycana qarşı 241 kvadratkilometrlik İDDİA – 30 il susanlar hərəkətə keçdi
9-10-2026, 15:30
Jirinovskinin Azərbaycanla bağlı proqnozu – “Qarabağ azad ediləcək, İran isə...”
9-10-2026, 14:22
İlham Əliyev və Donald Trampın Bakı Zirvəsini keçirməsi mümkündürmü?
9-10-2026, 13:56
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
9-10-2026, 13:26
MDB-də 2028-ci il Sosial inkişaf və həyat keyfiyyəti ili elan edildi
9-10-2026, 13:19
Azərbaycanda maaş artdı
9-10-2026, 13:15
Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərində bayraq, gerb və lövhə yerləşdiriləcək
9-10-2026, 13:12
İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO
9-10-2026, 12:11
Büdcədə 4 milyard manata yaxın artıqlıq yarandı
9-10-2026, 11:38
Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb
9-10-2026, 11:18
“Retro Holding”də milyon yarımlıq yeyinti - Həbs edilən var
9-10-2026, 11:00
4 gün iş olmayacaq - Tarix açıqlandı
9-10-2026, 10:59
İlham Əliyev: Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə yükdaşımaları ildə 15 milyon tona çatdırmağa hazırıq
9-10-2026, 10:56
Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
9-10-2026, 10:51
Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır
9-10-2026, 10:48
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ
9-10-2026, 10:11
Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı, "ürək" göstərdi