Kənd təsərrüfatı naziri vətəndaşların müraciətlərini dinləyib
Bolge
Oxunub: 1 747
24 apr 2015 | 18:35
Kənd təsərrüfatı naziri vətəndaşların müraciətlərini dinləyib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müxtəlif tədbirlər görürlər.
Kənd təsərrüfatı naziri Heydər Əsədov aprelin 24-də Tərtər şəhərində Tərtər, Bərdə, Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.
Qəbula gələn vətəndaşlar əsasən cins mal-qaranın alınması, fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası ilə təminat, yonca toxumu təmizləyən avadanlığın alınması, su problemi, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Qəbul zamanı nazir H.Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.
Kənd təsərrüfatı naziri vətəndaşların müraciətlərini dinləyib və bir sıra müəssisələrlə tanış olub. Azərinfo.az-ın verdiyi xəbərə görə, H.Əsədov sakinlərlə görüş zamanı dövlətimizin başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı son dövrlərdə imzaladığı sərəncamları ətraflı şərh edib.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Kənd təsərrüfatı naziri sonra Tərtər rayon kənd təsərrüfatı idarəsinin inzibati binasında tikintinin gedişi ilə tanış olub.
Nazir H.Əsədov həmin gün Bərdədə Mehdili kəndində “Qarabağ” Aqrar Sənaye Kompleksində fermalarla, sağım sistemi ilə, “Aqrolizinq” ASC-nin xətti ilə gətirilmiş səyyar yem müəssisəsinin iş prinsipi ilə də tanış olub, həmçinin Bərdə Yem Fabrikində quraşdırılan müasir avadanlıqlara baxış keçirib.
Bərdə rayonunun Türkmən kəndində 500 başlıq südlük cins iribuynuzlu heyvandarlıq kompleksinə gələn H.Əsədova məlumat verilib ki, inşasına ötən il başlanılan kompleksdə mexanikləşdirilmiş ferma, sağımxana, yem və su anbarları, silos quyusu, ofis, işçilər üçün otaqlar tikilib, “Aqrolizinq” ASC-nin xətti ilə Almaniyadan 325 baş cins inək gətirilib.
Kənd təsərrüfatı naziri vətəndaşların müraciətlərini dinləyib
Kənd təsərrüfatı naziri vətəndaşların müraciətlərini dinləyib
Kənd təsərrüfatı naziri vətəndaşların müraciətlərini dinləyib
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Dünən, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?