Daşkəsəndə RİH-nin torpaq şöbəsi müdirinin rüşvət qalmaqalı

Azərbaycanın ilk fermerindən prezidentə və baş prokurora müraciət
Tezadlar.az saytının ötən buraxılışlarında xəbər verdiyimiz kimi, «Təzadlar»a zəng edən, Azərbaycanda ilk fermerlərdən biri, YAP üzvü, mərhum Prezident Heydər Əliyevin yaxın dostu kimi tanınan Akif Rzayev qan donduran şikayətini bizimlə bölüşdü. Fermer Akif Rzayev əməkdaşımıza verdiyi video və audio müsahibəsində, təqdim etdiyi sənədlərdə hər kəsi şoka salacaq faktların üstünü açır. Söhbət ölkəmizdə daxili bazara hesablanmış yerli kənd təsərrüfatı məhsullarının istehsal olunması üçün dövlətimizin qarşıya qoyduğu siyasəti ilə Daşkəsən rayonunda torpaq şöbəsinin müdiri, həqiqətən də dağlarda at oynadan Şahbaz Mehdiyev adlı şəxsin əməllərinin ölçüyə gəlməzliyindən gedir…
Qısaca olaraq deyək ki, şikayətçi Akif Rzayev Prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova və surəti «Təzadlar»a ünvanlı şikayətində yazır ki, «…Cənab Prezident, hörmətli Baş prokuror! Daşkəsən rayon İcra Hakimiyyəti torpaq şöbəsinin müdiri Akif Mehdiyev mənimlə ailə münaqişəsi və şəxsi pirinsipi əsasında 3 min başdan çox qoyun-quzumun sənədli və sübutlu yaylaq ərazisinin məndə qalması üçün məndən 10 min manat rüşvət istədi. Amma ona başa saldım ki, mən Prezidentimizin çağırışına səs verərək bu ağsaqqal yaşımda heyvan-qara ilə məşğul oluram, ölkəmizə ət-süd istehsal edirəm. Özü də dövlətdən bir manat da olsun yardım istəmədən. Amma Şahbaz Mehdiyev mənə açıq şəkildə dedi ki, onda get yaylağını Prezidentdən istə… Onun məndən rüşvət istədiyini sübut edən səs yazısı var və Baş prokurorluğa təqdim etməyə hazıram… Mənim nə Daşkəsənin İcra başçısından, nə də hüquq mühafizə orqanı rəhbərlərindən narazılığım yoxdur. Amma bu Şahbaz Mehdiyevin əməli ölçüyə sığası deyil. O, 2014-cü ildə rəsmi sənədlərlə təsərrüfatıma məxsus torpaq sahələrini doğrayıb ayrı-ayrı şəxslərə satmışdır. Hətta o, Xaşbulaq ərazisində mənə məxsus sənədli torpaq sahəsini Gəncə şəhər Nizami rayon Məhkəməsinin sədri Tağıyev Əli Yunis oğluna və onun qardaşına hədiyyə verərək oğlu Mehdiyev Elçin Şahbaz oğlunu həmin məhkəmədə işə götürtdürmüşdür. Mən ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədovdan soruşub bilmək istəyirəm, S.Vurğun adına Daşkəsən şəhər 4 nömrəli orta məktəbin şagirdi olmuş və 2008-ci ildə ədəbiyyat fənni üzrə orta məktəblər üzrə olimpiadada sonuncu yerə uyğun nəticə göstərmiş bir uşaq indi məhkəmədə necə işə qəbul olunub???».
Hazırda geniş yazı çapa hazırlanır. Halal zəhməti ilə və dövlətdən bir manat belə yardım istəmədən ölkənin ərzaq istehsalında sinəsini qabağa verən YAP üzvü, titulları sinəsini bəzəyən… bir fermerə qarşı bu hərəkəti, ona qarşı qan donduran özbaşınalığı əks etdirən hadisələri bizdə oxuyun!
Dünən, 16:00
ABŞ Konqresində Azərbaycana qarşı 241 kvadratkilometrlik İDDİA – 30 il susanlar hərəkətə keçdi
Dünən, 15:30
Jirinovskinin Azərbaycanla bağlı proqnozu – “Qarabağ azad ediləcək, İran isə...”
Dünən, 14:22
İlham Əliyev və Donald Trampın Bakı Zirvəsini keçirməsi mümkündürmü?
Dünən, 13:56
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
Dünən, 13:26
MDB-də 2028-ci il Sosial inkişaf və həyat keyfiyyəti ili elan edildi
Dünən, 13:19
Azərbaycanda maaş artdı
Dünən, 13:15
Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərində bayraq, gerb və lövhə yerləşdiriləcək
Dünən, 13:12
İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO
Dünən, 12:11
Büdcədə 4 milyard manata yaxın artıqlıq yarandı
Dünən, 11:38
Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb
Dünən, 11:18
“Retro Holding”də milyon yarımlıq yeyinti - Həbs edilən var
Dünən, 11:00
4 gün iş olmayacaq - Tarix açıqlandı
Dünən, 10:59
İlham Əliyev: Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə yükdaşımaları ildə 15 milyon tona çatdırmağa hazırıq
Dünən, 10:56
Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
Dünən, 10:51
Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır
Dünən, 10:48
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ
Dünən, 10:11
Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı, "ürək" göstərdi
Dünən, 10:00
Uzunmüddətli müharibə üçün bütün ehtiyatlarımız var – Tehran
Dünən, 09:54
İstanbulda çökən binada ölənlərin sayı 5 nəfərə çatdı
Dünən, 09:31
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək
Dünən, 09:25
Trampın Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcəyinə ümid edirik - PREZİDENT
Dünən, 09:12
Avropa qaz çatışmazlığı yaşana bilər
Dünən, 09:00
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
8-10-2026, 18:23
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 16:00
Avropa kabus ssenarisinə hazırlaşır – Çoxsaylı insan ölümü ilə nəticələnəcək hücum gözlənilir!
8-10-2026, 15:30
Ebola 4 ölkəyə çatdı, Rusiyada taun şübhəsi – Dünyada təhlükəli xəstəliklər YAYILIR
8-10-2026, 14:53
İlham Əliyev Berdiməhəmmədovla görüşdü - FOTO