Vaxtilə 30-a yaxın kəhrizi olan Gəncədə niyə bu gün bu yeraltı su imkanlarından istifadə edilmir?
"Kəhriz" - yeraltı su kanalı, su yolu deməkdir. Kəhrizlər, hündürlüyü 1-2, 1-4 metr, eni 0,6-0,8 metr, uzunluğu bir neçə onmertdən 4 kilometrədək olan hidrotexniki qurğular sistemidir. Kəhriz maili lağım şəbəkəsindən ibarətdir. Su lağımları bir-biri ilə şaquli quyular vasitəsi ilə birləşdirilir. Quyular arasında məsafə 5 metrdən 15 metrədək olur. Əvvəlcə baş quyu, sonra isə qalan quyular qazılır. Su lağımı daş və ya bişmiş kərpiclə tağbəndvarı hörülür.
Mirnaib Mirsalahov- ADAU-nun dosenti: "Dünyanın görkəmli tarixçisi Strabon yazıb ki, insanlar hələ bizim eramızdan əvvəl 64-20-ci illərdə kəhriz sistemləri qurmuş və yerüstü sular ilə bərabər, yeraltı sulardan da bu kəhrizlər vasitəsi ilə istifadə etmişlər. Ancaq sonrakı tədqiqatlar göstərir ki, kəhrizin mövcudluğunun tarixi 2500 il əvvələdək gedib çıxır. Kəhrizlər əsasən Şərq ölkələrində yayılıb. Bu da onunla əlaqədardır ki, bu ölkələrdə hədindən artıq isti iqlim şəraiti vardır. Yay mövsümündə yerüstü suların çatışmazlığı hiss olunur və insanlar öz təsərrüfat fəaliyyətini inkişaf etdirmək üçün suya böyük ehtiyac duyurlar. Bu ehtiyacı ödəmək üçünsə, kəhriz qurğuları haqda düşünüb, onları yaradıb, istifadə ediblər".
Dünyada kəhrizlər əsasən Pakistan, İran, Hindistan, Ərəbistan, Əfqanıstan və Orta asiya ölkələrində daha çox yayılıb. Azərbaycanda da kəhrizlərin tarixi qədimdir. İran tədqiqatçısı Həmdullah Qəzvini öz araşdırmalarında qeyd edir ki, hələ XIV əsrdə Təbrizdə 900-dən artıq kəhriz mövcud olub. Həmin faktı 3 əsr sonra öz tədqiqatlarında Övliya Çələbi bir daha təstiq edib. Kəhrizlərdən Cənubi Azərbaycanla yanaşı Şimali Azərbaycanda da geniş istifadə olunub.
Mirnaib Mirsalahov- ADAU-nun dosenti: "Ölkəmiz müxtəlif iqlim zonalarına malikdir. Burada 9 iqlim zonası var. Azərbaycanda Kür-Araz ovalığı kənd təsərrüfatı bitkilərinin becərildiyi, insanların təsərrüftala məşğul olduğu böyük sahə olduğundan, burada illik yağıntının miqdarı ərazidə olan buxarlanmanın miqdarından çox az olduğundan burada da yerüstü suların çatışmazlığı hər zaman olub. Əhali də bu problemin həllinə çalışıb".
Azərbaycanda kəhriz haqqında ilk uçotun aparılması təxminən keçən əsrin 30-cu illərinə təsadüf edir. Müəyyən edilib ki, Azərbaycanda 1500-dən artıq kəhriz mövcud olub. Lakin 1937-ci ildə bu kəhrizlərdən cəmi 338-i işlək vəziyyətə olub ki, onlarında su verimi ümumilikdə saniyədə 15 kubmetr təşkil edib.
Mirnaib Mirsalahov- ADAU-nun dosenti: "15 kubmetr sərfə malik olan su, çox böyük sudur. Bu su ilə 10 min hektarlarla sahəni suvarmaq mümkündür. Azərbaycanda çox böyük su veriminə malik olan kəhrizlər də olub. Kəhrizlər əsasən Qarabağda, Gəncə-Qazax zonasında, Mil-Qarabağda və digər ərazilərdə mövcud olub. Ən çox su verən kəhriz Azərbaycanda Qarabağda - Həmidə xanım kəhrizi olub ki, bu kəhrizin su verimi saniyədə 160 litrə çatıb. Naxçıvanda da kəhrizlər çox olub. Naxçıvanda indi də kəhriz suyundan istifadə olunur. Burada olan Çaykəhrizi deyilən kəhrizin su sərfiyyatı 120 litrə bərabər olub".
Tarixi mənbələr göstərir ki, XIX əsrin birinci rübündə kəhrizlər Azərbaycanda olan imkanlı şəxlər tərəfindən tikdirilib və ya bərba olunub. Kəhrizlər bu işin peşıkarları - kankanlar tərəfindən qurulur. Kankan yeraltı kanalın düzgün istiqamətini, quyunun dərinliyini və aparılacaq işlərin təhlükəsizlik səviyəsini müəyyən etməyi bacarmalıdır. Yeraltı suların sirri və bu peşə nəsildən-nəsilə, atadan-oğula ötürülür. Bu adət kankanlıq sənətinin və kəhriz qurğularının qədimliyini bir daha sübut edir.
Mirnaib Mirsalahov- ADAU-nun dosenti: "Qədim Azərbaycanda kankanlar əsasən İranda formalaşıblar. Sovet hökuməti formalaşan zaman, hələ dövlətarası sərhədlərin olmağı zamanlarda İran kankanları Azərbaycana gəlib. Onların bir hissəsi də Gəncə-Qazax bölgəsində fəaliyyət göstərib. Burada olan kəhrizləri qazıb, onlanları bərpa ediblər".
Gəncə və Gəncəətrafı ərazilərdə 25 kənd də daxil olmaqla 103 kəhriz mövcud olub. Bu kəhrizlərdən 30-u yalnız Gəncənin payına düşüb. Günümüzdə isə o kəhrizlərdən heç biri işlək vəziyyətdə deyil.
Mirnaib Mirsalahov- ADAU-nun dosenti: "Sovet hökuməti yarandıqdan sonra insanlar kəhrizdən bir növ, düşünməyərək üz döndəriblər. Bu kəhrizləri Sövet dövlətinin qazıb, tikib qurduğu artezian quyuları əvəz edib. Lakin bu quyuların suyunun keyfiyyəti heç vaxt kəhriz suyunun keyfiyyəti ilə müqaisə oluna bilməz. Kəhriz suyu təmiz sudur. Bu suların hər litrinin tərkibində 0,5 - 1,2 qram arasında mineral var ki, bu da insan orqanizmi üçün ziyanlı deyil. Əksinə kəhriz suyunun tərkibində insan orqanizminə xeyir verəcək elementlər var".
Gəncədə mövcud olan kəhrizlər adları ilə məşhur olub. Hacı Mirqasım, Hacıqədimli, Şərəfxanlı, Ziyadlı, Orta meydan, Seyidlər və sair. Demək olar ki, hər məhəllənin özünün ayırıca kəhrizi olub.
Son zamanlarda şəhərdə işlək vəziyyətdə olan, yeganə kəhriz İsmət Qayıbov küçəsində yerləşirdi. Bu kəhriz 90-ci illərin əvəllərində Hacı Tofiq adlı bir şəxs tərəfindən bərpa olunaraq məhəllə sakinlərinin istifadəsinə verilmişdi. Lakin təəssüf ki, hazırda bu kəhrizin də mövcudluğunu göstərən bir iz qalmayıb.
Təəssüfdoğurucu halladan biri də Azərbaycanda kəhrizin elmi tədqiqatının lazımi səviyyədə aparılmamasıdır. Yalnız son zamanlar Naxçıvan Dövlət Universitetinin professoru Əlövsət Quliyev kəhrizin elmi-tədqiqatı ilə məşğul olaraq, onun Azərbaycanda yayılma xəritəsini tərtib edib, kəhriz suyundan istifadənin səmərəliliyinin artırılmasının yollarını müəyyənləşdirib.
Kəhrizlər iqtisadi cəhətdən səmərəli hidrotexniki qurğu olduğu, starteji və tarixi əhəmiyyətli abidələr hesab edildiyindən, onların bərpası vacib haldır.
Lakin burada diqqət yetirilməli olah bir məqam var. Şəhər daxilində olan kəhrizlər bərpa edilsə belə, onların suyundan istifadə etmək mümkün olmayacaq.
Mirnaib Mirsalahov- ADAU-nun dosenti: "Bərpa olunan kəhrizlər mütləq yaşayış məskənindən uzaqda omalıdır. Şəhər daxilində olan kəhrizlər bərpa olunsa da, onlara qarışa biləcək çirkab suların yerini müəyyən etmək olmaz. Hər evdən axıdılan çirkab suları quyular vasitəsi ilə bu kəhriz sularına qarışıb. Ancaq vaxtı ilə şəhərdən kənarda çəkilən kəhrizləri bərpa etmək, onun suyundan istifadə etmək mümkündür".
Qeyd edək ki, 2007-2011-ci illər arasında Beynəlxalq Miqrasiya təşkilatı və Avropa Birliyinin dəstəyi ilə Naxçıvan MR-nın kənd ərazilərində "Kəhrizlərin Bərpası vasitəsi ilə Naxçıvanın Kənd İcmalarında İqtisadi İnkişafın Təşviq Edilməsi və Gəlir sahələrinin yaradılması" adı layihə həyata keçirilib. Layihənin icrası nəticəsində MR-nın ərazisində olan kəhrizlərin 1/4 hissəsi bərpa olunub və hər bir kəhrizin su sərfi orta hesabla 3 dəfə artıb. Onu da bildirək ki, Respublika razisində olan kəhrizlərin 300-dən çoxu erməni işğalı altında olan torpaqların ərazisində qalıb.
kepeztv.az
Dünən, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Dünən, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Dünən, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Dünən, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Dünən, 15:30
Albertə haqsız hücumlar
Dünən, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Dünən, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Dünən, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Dünən, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Dünən, 12:29
ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
Dünən, 12:25
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dünən, 12:20
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
Dünən, 12:14
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Dünən, 11:22
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Dünən, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Dünən, 10:45
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Dünən, 10:08
Kredit götürmək istəyənlərin nəzərinə: Qaydalar dəyişir
Dünən, 10:04
İşləyənlərin nəzərinə! – Bu gün qısa iş günüdür
Dünən, 09:59
Bu ölkələrdə dəhşətli zəlzələ - Fövqəladə vəziyyət elan edildi -YENİLƏNDİ
Dünən, 09:55
“Artıq Ukrayna üçün təhlükə yaratmırlar”
Dünən, 09:50
Mask COVID-19-un yaradılmasında onları günahlandırdı
Dünən, 09:46
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə köç karvanları getdi
Dünən, 09:28
Aşuraya görə qanvermə aksiyası başladı - ÜNVANLAR
Dünən, 09:16
Bu gün Aşuradır
Dünən, 09:12
İrəvanın seçimi, Qafqazın taleyi: Moskva ilə Brüsselin riskli oyunu
Dünən, 09:00
I ixtisas qrupu üzrə 700 bal toplayan Burlaxatun
24-06-2026, 16:00
Ermənistan İranla o sazişi niyə imzalamır? - Bakı və Ankaraya qarşı hiylə