Qazax rayonunda şok dələduzluq faktı - VİDEO
Bolge / Video
Oxunub: 2 006
10 apr 2015 | 11:48
Qazax rayonunda şok dələduzluq faktı - VİDEO

Sakinlərin adına kredit götürən bağça müdiri bunu bankın təkidilə etdiyini iddia edir

Kriminal Qazağın Xanlıqlar kəndinin bir qrup sakinin adına rayondakı bank filialları vasitəsilə ümumi dəyəri 103 min manatdan çox olan kreditlər rəsmiləşdirilib. Ziyançəkən şəxslər deyir ki, kənd uşaq bağçasının müdiri Xatirə Əsgərova oğluna ev alacağı adı ilə həmkəndlilərinin adına müxtəlif banklardan kreditlər götürüb. Əksər şəxslərin adına azı 3-4 fərqli banka kredit rəsmiləşdirilib.

Xanlıqlar kənd sakini Əminə Hüseynova deyir ki, bankdan kreditə pul götürməyi, sadəcə olaraq sənədlər qol çəkib, amma götürməyib.

Kənd sakinləri adlarına saxta yollarla kredit yazanların 200 nəfərə yaxın olduğunu iddia edir. Banklar isə kreditini ödəməyən şəxsləri məhkəməyə verib və pensiya, o cümlədən maaşlarından məcburi şəkildə tuturlar.

“Banklara ödənişi kənd uşaq bağçasının müdiri Xatirə Əsgərova tərəfindən həyata keçirilirdi. 2012-ci ildə bankdan götürdüyüm kreditin müddəti 2014-cü il avqus ayıda bitirdi. İyun ayında bankdan mənə məktub gəlib ki, kredit pul ödənilməyib”, – deyə Xanlıqlar kənd sakini Aybəniz Nəsibova qeyd edib.

Adı vətəndaşların etibarından sui-istifadədə hallanan bağça müdiri də danışdı. Xatirə Əsgərova deyir ki, kredit verən bank filialın rəhbəri özü müştəri cəlb etməsini ondan xahiş edib. Qrup halında götürlən kreditorlar borcunu ödəməyib rayonu tərk edəndə isə o bank filialının təkidilə yeni qurban müştəriləri banka cəlb edib.

“Bunların kreditləri ödənməyəndə bankın müdiri məni yanına çağırdı və təkidilə mənə bildirdi ki, təcili olaraq yeni müştəriləri banka cəlb etməlisən. Tələb edirəm ki, bankın kameralarına baxış keçirilsin. Bu gün hamı bir nəfər ki, bəyan edir ki, sənədlərə qol çəkdik, amma pul götürmədik. Pul bankın kassasında qaldı”, – deyə Xanlıqlar kənd uşaq bağçasının müdiri Xatirə Əsgərova bildirib.

Adıçəkilən bank filialının rəhbəri isə bildirir ki, kredit götürənlər özləri şəxsən mürəciət edib və kassadan pulları da özləri götürüblər.

Kredit verən bank filialının müdiri Məzahir Mirzəyev qeyd edir ki, bu gün bir nəfər kimsənin əvəzindən imza ata, sonra da pul kiməsə ver deyə bilməz, çünki bu mümkü olmayan prosesdir.

Qazax Rayon Polis Şöbəsindən verilən məlumata görə, məsələ ilə bağlı dələduzluq maddəsilə cinayət işi açılıb. Pulları mənimsəyən Pərvanə Səfərova adlı qadın barəsində axtarış elan olunub.

Bağça müdirilə bağlı isə istintaq hərəkətləri davam etdirilir. Onun əməlinə kifayət qədər sübut toplandıqdan sonra hüquqi qiymət veriləcək.
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Dünən, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?