Tovuzda Ülkər xanım "firon"luq edir
Bolge
Oxunub: 1 615
17 fev 2015 | 16:18


Bir müdət bundan əvvəl yazıb bildirmişdik ki, əslən Zaqatala rayonundan olan Ülkər xanım, Tovuz çayının kənarında "xariqələr" yaratmaqla bərabər, eyni zamanda milli-mənəvi əxlaqımızın tapdaq altına atılmasına da, hər cür şərait yaratmaqdadır. Yəni, o, bu yolda illər uzunu topladığı təcrübəsini, səriştəsini, bacara bildiyi imkanlarını bir kimsədən əsirgəmədən gündəlik "əzmlə" çalışmaqdadır. Diqqəti cəlb edən hal odur ki, Ülkər xanım artıq neçə illərdir ki, Tovuz rayonunda Tovuz çayının kənarındakı çökəklik ərazini özü üçün sanki məkan seçib və bir qədər də gözəgəlimli "xanım"ları, müxtəlif ünvanlardan ora dəvət etməkdədir. Amma həmin ünvana dəvət edilən "xanım"lar sağlam məqsədlər üçün deyil, tamam başqa məqsədlər üçün dəvət edilir ki, həmin dəvətlərin də mahiyyətini həm Ülkər "xanım", həm də həmin ünvana təşrif buyuranlar gözəl bilirlər.
Bir faktı da qeyd edək ki, onun qol qoyduğu əməllər, yəni yaş həddindən asılı olmayaraq qadınların həm cinsi istismara məruz qalmaları, həm də bunun üçün lazımi şəraiti yaratması barədə, hələ bir müddət bundan əvvəl geniş açıqlamalarla çıxış etmişdik. Yazıb onu da vurğulamışdıq ki, Ülkər "xanım"ın sahiblik etdiyi kafe, həm də minbir xəstəliyin yayılması üçün geniş imkanlar açan bir ünvandır. Düzdür, əldə etdiyimiz məlumatlara görə, dərc etdiyimiz açıqlamalardan və aidiyyəti üzrə bəzi qurumlara ünvanladığımız məktublardan sonra, onun əməlləri lazımınca araşdırılmış və Ülkər "xanım"la bağlı müəyyən tədbirlər də görülmüşdür. Hətta, sahiblik etdiyi kafenin bir müddət bağlı olması haqda, müfəssəl məlumatlar da əldə etmişdik.
Amma, bir qədər vaxt keçdikdən sonra adət etdiyi vərdişlərdən əl çəkməyən və qadınların cinsi istismara, cinsi zoraklğa məruz qalmalarına birbaşa səbəbkar olan Ülkər "xanım", deyəsən yenə də öz ampulasındadır. Rayondakı mənbəmizin və ölkəmizin qərb zonası üzrə bölgə müxbirimizin verdiyi məlumatlarda bildirilir ki, əgər o, əvvəllər bir qədər gizli fəaliyyət göstərirdisə, indi açıq-aşkar fəaliyyət göstərməkdədir. Məsələn, mənbə bildirir ki, o, çox zaman əsas giriş qapısını bağlı saxlatdırır ki, bir kimsə onun işləyib-işləməməsi haqda məlumatlı olmasın. Bu zaman onun tanıdığı və etibar etdiyi müştəriləri kafeyə daxil olmaq üçün, Ülkər "xanım"ın alternativ yolundan istifadə edirlər. Belə bir addım ona görə atılır ki, bir çoxları alternativ yolla kafeyə daxil olmağın qaydasını bilmirlər.
Maraqlı haldır ki, Tovuz rayonunda və ətraf ərazilərdə yaşayan sakinlərdən xeylisi bilir ki, Ülkər "xanım" kimdir və onun əməlləri nəyə hesablanır. Yəni, hansısa düşüncəyə dalmadan hər kəs dərk edir ki, onun əməlləri cəmiyyətimizin sağlamlığına deyil, daha çox mənəviyyatımızın, milli-mənəvi əxlaqımızın tapdaq altına atılmasına, gənc nəslin tərbiyəsinin pozulmasına, minbir xəstəliyin yayılmasına səbəb olan əməllərdir. Bu belə olduğu halda, görəsən səbəb nədir ki, Ülkər "xanım"ın əməllərinin qarşısı alınmır, ona qarşı ciddi tədbir görülmür?
Təəccüb doğuran hal odur ki, ölkə rəhbəri 06 fevral 2009-cu ul tarixli 133 nömrəli sərəncamla "İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı"nı təsdiqləsə də, hələ ki, həmin sərəncamdan irəli gələn tələblərə məhəl qoyulmur. Qəbul olunmuş "Milli Fəaliyyət Planı"nda insan alverinin səbəblərini, ona şəraitin yaradılması, hallarının müəyyən edilməsi və aradan qaldırılması, onların hüquqlarının bərpası və sosial reablitasiyasının həyata keçirilməsi nəzərdə tutulur. Bütün bunlar qəbul olunmuş sənəddə öz əksini tapsa da, nədənsə Ülkər "xanım"ın sahiblik etdiyi kafedə və yerli hüquq-mühafizə orqanı əməkdaşlarının əməllərində, irəli sürülən tələblərə əməl edilmir, əksinə daha çox imkanlar yaradılır.
Ətraflı açıqlamalarımızı yaxın günlərdə yenidən oxuya biləcəksiniz. Odur ki, bizi izləməyi unutmayın.
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Dünən, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?