Qubada fermerlər çarəsiz durumda qalıblar...
Bolge
Oxunub: 1 542
13 fev 2015 | 12:10
 Qubada fermerlər çarəsiz durumda qalıblar...

Azerinfo.az dia.az-a istinadən xəbər verir ki, Artıq bir neçə ildir ki, Qubada fermerlər dad-aman edirlər. Əsasən alması ilə məşhur olan bu rayonun kənd təsərrüfatında çalışanlar məhsullarını sata bilməmələrindən şikayətlənirlər. Elə bu səbəbdən də bu günlərdə onlar tonlarla məhsulu çaya töküb. Fermerlər bildirirlər ki, Bakıya alma gətirmək baha başa gəlir. Yerlərdə isə onlardan almanı alan yoxdur. Nə də saxlamağa şərait olmadığından artıq xarab olmuş almaları atmaq məcburiyyətində qalıblar.

Qeyd edək ki, bu il Qubanın 15 min hektara yaxın alma sahəsindən 122 min ton məhsul götürülüb. Bu almalardan yaxşı pula gedənləri də olub, yeşikdə qalıb çürüyənləri də. Məhsulu xarab olmuş fermerlər çürümüş meyvəni çaya tökməyə məcbur olublar: “Alma satılmır, yeşiyini bizdən bir manata alırlar. Heç kim almır, zavod da yoxdur ki, alıb püre eləsin”.

Məhsula alverçilər tərəfindən təklif edilən pul bağbanları razı salmadığından onlar almanı baha qiymətə satmaq arzusu ilə saxlayıblar. Nəticədə isə çox qazanmaq əvəzinə azdan da olublar. Bazarlarda almanı birbaşa özlərinin satışa çıxarmağının isə mümkünsüz olduğunu deyirlər: “Bakı bazarlarına aparmaq çətindir. Yol xərci bahadır. Rusiya ilə bizim aramızda məsafə 40 km-dir. Ora da aparmaq bahadır. Ona görə də xarab olur, tökürük çaya”. Bunları ANS-ə açıqlamalarında fermerlər özləri deyiblər.

Bəs Quba alması niyə satılmır?

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, burada əsas problem istehsal edilən məhsulun tələblərə cavab verməməsidir: “Azərbaycanda əhali sayına nisbətdə istehsal olunan alma dünya göstəricilərini iki dəfə üstələyir. Yəni bizdə istehsal olunan alma normadan üstündür və Azərbaycan digər ölkələrdən fərqli olaraq daha çox alma istehsal edir. Bizim istehsal etdiyimiz alma özümüzə kifayət edər. Bunun bir hissəsini xaricə, Rusiya bazarına ixrac edirik.

Qubada fermerlər çarəsiz durumda qalıblar...

Düzdür, problem son 4-5 ildə daha çox qabarıb. Bu nə ilə bağlıdır? Sovet hökumətinin vaxtında Qubada salınmış alma bağları var, hansı ki 10 min hektardan artıqdır. O bağlarda alma istehsal edilirdi, həm ölkənin daxili tələbatı ödənilirdi, həm də Rusiyaya alma göndərilirdi. İndi o bağlar köhnəlib. Orada istehsal olunan alma sortları da köhnədir və bugünkü tələbə cavab vermir. Bugünkü tələb odur ki, almanın xarici görünüşü gözəl olsun, kalibri böyük olsun və onu uzun müddət saxlamaq mümkün olsun. Bizimkilər xəstə yanına gedəndə alma aparır, evinə qonaq gələndə mütləq çalışır ki, masasında alma olsun. Yəni biz alma istehlak edən millətik”.
Ekspert bildirdi ki, indi Qubaya yeni sortlar gətirilib: “Çox yaxşı xarici görünüşə malik, zövqü oxşayan, böyük həcmdə keyfiyyətli alma istehsal olunur. Çaya tökülən köhnə sortda olan almadır. Həm balacadır, həm cəlbedici deyil. Onu nə xəstə yanına, qonaqlığa gedəndə aparmaq olur, nə də qonaq qarşısına qoymaq. Onu çox vaxt kasıblar da almır. O almadan şirə də almaq mümkün deyil, çünki süfrə sortu hesab olunur. Bizim fermerlər belə almanın yetişdirilməsi ilə məşğul olmamalıdırlar. Köhnə sortları ləğv edib, yeni bağlarda daha çox tələbat olan yeni sortlar yetişdirməlidirlər. Bu istiqamətdə yenilik etməsələr, bu cür problemlə daha çox qarşılaşacaqlar”.
Bu gün bazarda yeni sort almalara tələbat daha böyükdür. Onları uzun müddət saxlamaq da mümkündür. Aydın məsələdir ki, anbarda uzun müddət qalan almalar mövsümdə daha baha qiymətə satılırlar. Bununla da fermerlərin gəliri artmış olur. V.Məhərrəmovun sözlərinə görə, Qubada çaya tökülən almaları heç bir şəraitdə uzun müddət saxlamaq olmur: “Sovet dönəmində də onlar çox saxlanmırdı, ya Rusiyaya göndərilirdi, ya da daxili bazarda satılırdı. Ümumiyyətlə, sovet hökumətinin vaxtında sort üzərində o qədər iş görülmürdü. Bu prosesi kapitalist ölkələrində bizneslə məşğul olan elmi mərkəzlər sürətləndiriblər. Bizneslə məşğul olmaq istəyən fermerlər də bu axınla getməlidirlər, o sortlara üstünlük verməlidirlər ki, onlar satışdan yaxşı gəlir gətirə bilər”.

Ekspert deyir ki, burada hökuməti tənqid etmək o qədər də düzgün deyil, amma rəsmi səviyyədə müəyyən tədbirlər də görülə bilər: “Məsələn, o almaların çaya atılmaması üçün bir müddət əvvəl həmin almaları qapalı müəssisələrə - hərbi hissələr, xəstəxanalar, uşaq evlərinə - vermək üçün almalı idilər. Lakin bu hal fermer üçün dayanıqlı ola bilməz. Davamlı şəkildə belə sortları yetişdirib qapalı müəssisələrə göndərə bilməzlər. Elə sortlar əldə edilib yetişdirilməlidir ki, həm xarici, həm də daxili bazarda tələbat olsun ona”.
Qubadan seçilən deputat Vahid Əhmədov da məsələyə münasibət bildirib. Onun sözlərinə görə, bu problem artıq neçə ildir ki, davam edir: “Bununla bağlı bir neçə dəfə Milli Məclisdə məsələ qaldırılıb. Aidiyyəti üzrə dövlət qurumları da bundan xəbərdardır. Azərbaycana istənilən dövlətdən alma idxal olunur, amma Quba almasının satılmasına imkan yoxdur. Bununla bağlı müraciət etmədiyimiz yer qalmayıb. Bütün qurumlar bu barədə məlumatlıdır”.

Milli Məclisin üzvü bildirib ki, son illər soyuducu anbarlar istifadəyə verilib. Lakin bu anbarlarda qiymətlər baha olduğu üçün hər kəs məhsulunu orada saxlaya bilmir: “Saxlanma şəraiti osla da, qiymətlər bahadır. Bunun çıxışı yolu kimi Azərbaycana alma idxalının qarşısını almaq lazımdır. Bundan sonra fermerlər öz meyvə və tərəvəzlərini rahat sata bilərlər. Bu çox ciddi məsələdir və çıxış yolu ancaq idxalın qarşısını almaqdır”
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Dünən, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?