Ağcabədi rayon İH başçısına bir neçə kəlmə söz
Bolge
Oxunub: 1 769
28 okt 2014 | 16:53
Rayonun vəzifəli şəxsləri nədən xoflanırlar?

Keçən sayımızda "Ağcabədidə məmur özbaşınalığı pik həddə" sərlövhəli tənqidi yazı dərc etmişdik. Qeyd etmişdik ki, rayonda qanunsuzluqlar pik həddə çatıb. Məmur özbaşınalığı, hərc-mərclik sərhəd tanımır. Əvvəla qeyd edək ki, biz rayonda olarkən yerli məmurlardan yalnız rayon İH-nın şöbə müdürü Rəhilə xanımla görüşə bilmişdik. O bizə bildirdi ki, Müdafiyə Nazirliyindən göstəriş var ki, onların icazəsi olmadan rayona heç bir journalist rayona buraxılmasın. Biz ona hərbi mövzudan yox, rayonun ictimai həyatından yazı hazırlayacağımızı desək də Rəhilə xanım Biz əmrin quluyuq, sizinçün heç nə edə bilməyəcəyəm dedi və Rövşən müəllimlə əlaqə saxlamağımızı məsləhət gördü. Biz dəfələrlə zəng etdikdən sonra Rövşən müəllimlə telefon əlaqəsi qura bildik. Təəssüf ki, birinci müavin də eyni sözü təkrarladı. Naəlac qalıb müstəqil araşdırmamızı apardıq və rayonda baş verən qanunsuzluqlardan ətraflı bəhs edən tənqidi yazı ilə çıxış etdik.

Həmin material qəzetdə dərc olunduqdan sonra Rəhilə xanım bizə zəng açaraq qeyd etdiyimiz tənqidə əməlli-başlı dözümsüzlük nümayiş etdirdi. Belə ki, Ağcabədi icra başçısına "sonsuz məhəbbət" və sədaqət nümayiş etdirən Rəhilə xanım bizi heç bir etik normaya sığmayan təhqiramiz ifadələrlə hədələdi və məhkəməyə verəcəyini bildirdi.
Qeyd edək ki, Ağcabədi rayon İH başçısı Şahin Məmmədovun haqqında mətbuatda bir sıra tənqidi məqalələr yayımlanır. Rayonda baş verən özbaşınalıqlardan tutmuş, rüşvətlə bağlı qalmaqallara qədər bütün işlərdə adı hallanın Məmmədovun həm də əhalini incitməkdə ittiham edirlər.
Hərçənd icra başçısının bu məsələlərə dözümsüzlük nümayiş etdirməsi qətiyyən başadüşülən deyil. O, bilməlidi ki, ictimai-siyasi xadim olduqdan sonra onun tənqid edilməsi normal haldır. Çünki iş olan yerdə, səhv də olar, uğur da olar, uğursuzluq da. Amma Ağcabədinin icra başçısı tamam fərqli yol tutub.

Şahin Məmmədovun yazılanlara dözümsüzlük nümayiş etdirməsi başadüşülən olmadığı kimi, onun adamlarına bəzi formalarda tapşırıq verməsi də xoşagələn deyil. Nəzərinizə çatdıraq ki,Ağcabədinin icra başçısı rayonda özünə yaxın bildiyi, habelə idarə və müəssisə rəhbərlərinə qəti tapşırıq verib ki, onun haqqında məlumat yayan mətbuat orqanlarını hədəfə alsınlar. İlkin mərhələdə, bu hədəfə alma yazılara tənqidi reaksiya verməkdən ibarət idisə, hazırda bu proses təhqir formasına keçib.

Sonda Ağcabədinin icra başçısına tövsiyyə edirik ki, bu cür ucuz nömrələrdən əl çəksin. Əvvəla, bu gün onu tərəfiləyib, dağ başına qoyanlar, əmin olun ki, sabah onun özünə qarşı çıxanlar olacaqlar. Bu gün vəzifə və mənsəb sahibidirlər deyə, icra başçısına göstərdikləri sədaqət daha çox ayı xidmətinə bənzəyir. Ona görə də, Şahin Məmmədov belə adamların xidmətlərindən yox, haqqında yazılan tənqidi fikirləri araşdırıb, rayonda olan neqativ halları aradan qaldırarsa, daha çox uğur və əhalinin rəğbətini qazanmış icra başçısı ola bilər. Əks təqdirdə, batdıqca batacaq.

Qaynarxett.info
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Dünən, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Dünən, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO