Zərdab rayonunda Hesabat yığıncağı keçirilib
Bolge
Oxunub: 1 692
17 okt 2014 | 16:45
Zərdab rayonunda Hesabat yığıncağı keçirilib16 oktyabr 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Respublika Prezidenti cənab İlham Əliyevin nitqlərinin tələbləri baxımından cari ilin 9 ayında rayonda görülən işlər və qarşıda duran vəzifələr barədə" Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab L.B.Babayevin hesabat yığıncağı keçirilib. Öncə ilin 9 ayı ərzində rayonda görülən işləri əks etdirən videoçarx nümayiş etdirilib. Hesabat məruzəsi ilə çıxış edən İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev qeyd edib ki, ölkə Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində respublikanın digər şəhər və rayonlarında olduğu kimi Zərdabda da sosial-infrastruktur layihələr icra olunub. Cari ilin yanvar-sentyabr ayları ərzində rayonda 82 milyon 78 min 500 manatlıq məhsul istehsal edilib. Bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 2 milyon manat çoxdur. Hesabat dövrü ərzində həyata keçirilən tədbirlər nəticəsində Zərdabda 246 daimi iş yeri yaradılıb. Rayon rəhbəri məlumat verib ki, təhsil və səhiyyə müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi də diqqət mərkəzində saxlanılıb. Belə ki, Otmanoba və Körpükənd yaşayış məntəqələrindəki məktəb binaları, Böyük Dəkkə və Dəkkəoba kəndlərindəki uşaq bağçaları əsaslı şəkildə təmir edilib. Heydər Əliyev Fondunun məktəbəqədər tərbiyə müəssisələrinin inkişafı proqramı çərçivəsində hər biri 50 yerlik olmaqla 2 körpələr evinin tikintisi davam etdirilib. Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulmasında ləngimələrə yol verilməyib. Rayonun mərkəzi küçələrində, Heydər Əliyev parkında və prospektində quruculuq, abadlıq, təmir-bərpa tədbirləri aparılıb. Yollara asfalt örtüyü döşənib. Uzunluğu 2 km-ə qədər olan Rəhim Bəy Məlikov küçəsində yol asfaltlanıb. Milli Təhlükəsizlik Nazirliyinin Zərdab rayon şöbəsinin inzibati binasında son tamamlama işləri aparılır. Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Regional Xidmət Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyinin Zərdabda yaradılacaq idarəsi üçün yeni inzibati binanın inşasına başlanılıb. Rayon əhalisinin içməli suya olan tələbatını ödəmək üçün 17 ədəd modul tipli sutəmizləyici qurğu, 194 ədəd bulaq istifadəyə verilib. Bununla belə 528 abonent mavi yanacaqla təmin olunub. 2014-cü ilin yanvar-sentyabr ayları ərzində magistral yol kənarlarında, pay torpaqlarında və digər ərazilərdə 25 minə yaxın şam, küknar, iydə, türk qovağı və digər ağac növləri əkilib.
Hesabat dövründə ümumilikdə 18031 hektar taxıl sahəsindən 49732 ton taxıl məhsulu istehsal olunub. Bu da ötən ildəkindən 2700 ton çoxdur.
Yığıncaqda Suvarma Sistemləri İdarəsinin rəisi, "Tərəqqi" medallı Soltan Sadıqov, Rayon İcra Hakimiyyəti Başçısının Çallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, "Dövlət qulluğunda fərqlənməyə görə medalı" ilə təltif olunmuş Ramiz Məmmədov və digərləri çıxış ediblər.
Sonda müvafiq qərar və ölkə Prezidentinə müraciət qəbul olunub.

http://zerdab-ih.gov.az
Bu gün, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Bu gün, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Bu gün, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Bu gün, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı