Bu Qələbə bizimlə əbədi olacaq
Bu gün Zəfər Günündə şəhərimizin ən gözəl yerlərindən birində Zəfər parkı açılıb. Gözəl Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektara yaxın olan gözəl park, onun aşağısında Zəfər muzeyi artıq inşa edilib, onun tərtibatı gedir. Gələcəkdə Zəfər muzeyi də olacaq. Bu gözəl yerdə şəhərimizin, yenə də deyirəm, ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Həm müasir üslubda inşa edilib, həm çox əzəmətlidir. Hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.
44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik
Hər gün, hər saat irəli gedərək döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdik və düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Qırx dörd gün ərzində şəhərlərimizin, kəndlərimizin azad edilməsi Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirmişdir.
Baxmayaraq ki, Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər. Azərbaycan xalqı yaxşı xatırlayır, böyük dövlətlər, bu məsələni - Ermənistan-Azərbaycan münaqişəsini guya həll etməyə çalışan vasitəçilər dəfələrlə bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Onu demək istəyirdilər ki, biz bu işğalla barışaq. Onların planlarında məsələni həll etmək yox, işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi. Biz bunu görürdük, bilirdik. İllər keçdikcə, hər bir danışıqlar dövrü uğursuzluqla başa çatdıqca həm Azərbaycan rəhbərliyi, həm Azərbaycan xalqı bunu əyani şəkildə görürdü. Biz isə bu vəziyyətlə barışa bilməzdik. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq və həyat bunu göstərdi.

Bu gün, 16:00
Sabah yağış yağacaq, külək əsəcək
Bu gün, 15:30
Türkiyədə naməlum obyekt göründü: aeroportun fəaliyyəti dayandırıldı
Bu gün, 14:25
Əhalinin və əczaçılıq müəssisələrinin nəzərinə!
Bu gün, 13:52
İlham Əliyev yenidən MOK-un prezidenti seçildi
Bu gün, 13:36
Peskov: Putin Zelenski ilə danışıqlara hazırdır
Bu gün, 13:08
Mirsaleh Seyidov rəisi işdən çıxardı - Yeni təyinat
Bu gün, 13:03
Prezident və birinci xanım Ağdamda - YENİLƏNİB
Bu gün, 12:11
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Bu gün, 12:07
Danışıqlar start götürdü: Ər-Riyadda Putin-Tramp başlanğıcı
Bu gün, 12:02
İlham Əliyev Qambiya prezidentini təbrik edib
Bu gün, 11:15
Ərdoğanla Zelenski Putini KÜNCƏ SIXIŞDIRDI: DÜNYA ŞOKDA! – yeni sülh MODELİ
Bu gün, 11:08
İlon Maskın ŞOK PLANI: Ora robotlar GÖNDƏRİR
Bu gün, 10:57
100 qadının fotoları ilə söyüşlü videolar paylaşmışdı - Həbs edildi
Bu gün, 10:50
Azərbaycandakı dini konfessiyalar Trampa məktub ünvanladı
Bu gün, 10:21
Daha bir qanunsuz tikili söküldü - Video
Bu gün, 10:05
Ödənişli yoldan istifadə edənlər üçün yenilik - Video
Bu gün, 09:56
Rusiya ilə razılaşma olsa, qoşun göndərməyə hazırıq - İlk açıq bəyanat
Bu gün, 09:38
Suriyada Əl-Qaidə liderlərindən biri öldürülüb - Tramp
Bu gün, 09:11
Tramp Ukrayna müharibəsi planı ilə şoka sala bilər – İDDİA
Bu gün, 09:00
Mehridən dəhliz alacaqdıq... - Əliyevdən İrəvana tarixi zərbə
Dünən, 16:00
Bakıya bu tarixdə güclü qar gəlir!
Dünən, 15:30
Azərbaycada uşaqlara görə dövlətdən 120 manat almaq olar - Bu şərtlə...
Dünən, 14:07
Prezident təsdiqlədi: bu qida məhsullarını satanlar 10 ilədək həbs olunacaq
Dünən, 14:02
Prezident qanun imzaladı
Dünən, 13:36
Yeganə plandır, imkan versinlər ki, getsinlər - Netanyahu
Dünən, 13:27
BDYPİ sürücülərə xəbərdarlıq edib
Dünən, 13:01
ABŞ Ukraynada münaqişənin bitdiyini elan edib