Bu halda pensiyalar sürətlə arta bilər
Sosial
Oxunub: 122
2 okt 2024 | 14:22
Bu halda pensiyalar sürətlə arta bilər


Qeyri-dövlət (özəl) pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlama yayıb. Bəs, özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə vəd edir?

Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında bu sual ətrafında paylaşım edib.

O bildirib ki, əksər inkişaf etmiş dövlətlərdə vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər: "Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl fonddan da pensiya ala bilsin. Bu da təbii ki, pensiya məbləğinin artmasına gətirib çıxarır. Bu kontektdən, oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğundur. Özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiya çıxan zaman əgər onun pensiya məbləği 500 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər nəticəsində əlavə olaraq məsələn 300 manat almaq imkanı qazanacaq. Təbii ki, özəl fonddan ödənilən pensiya məbləği birbaşa yığımlardan asılı olacaq. Bu zaman daha çox yığım daha çox pensiya məbləği demək olacaq.

Bununla yanaşı, özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir. Çünki belə pensiya fondlar yaranarsa vəsaitlər manatla yığılacaq və onun idarə edilməsi həyata keçiriləcək. Ona görə də, burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması önəm daşıyır. Bu baxımdan, özəl pensiya fondları yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyasının həyata keçirilməsi və valyuta risklərinin sığortalanması məqsədəuyğun olardı. Ona görə də mexanizmin daha təkmil şəkildə hazırlanıb, təqdim edilməsi vacibdir".

"Qeyd edək ki, pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılan bir praktikadır. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə belə fondlar fəaliyyət göstərir", - V. Bayramov əlavə edib.
Dünən, 16:00
Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
Dünən, 15:30
Netanyahunun Azərbaycana səfəri gözlənilir
Dünən, 14:21
İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib
Dünən, 13:40
Bəyannamənin imzalanması tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır
Dünən, 13:28
Bu ərazi Çinə birləşməlidir – İlham Əliyev
Dünən, 13:17
AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
Dünən, 13:13
Çin liderinin adından Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
Dünən, 13:08
Çin Sədri İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət edib
Dünən, 10:55
Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
Dünən, 10:50
Naxçıvan şəhəri ilə Çinin Urumçi şəhəri qardaşlaşır
Dünən, 10:45
Pekində Azərbaycan-Çin sənədləri imzalandı - Fotolar
Dünən, 10:39
Kartof-soğan niyə ucuzlaşmır?
Dünən, 10:35
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
Dünən, 10:31
Bank kartlarından daha 21 min pul oğurlandı
Dünən, 10:15
Beş cüdoçumuz AÇ-də mübarizəyə başlayır
Dünən, 10:11
Şəhid abidəsinin ətrafındakı səngər niyə şumlanıb? - Fotolar
Dünən, 10:00
Lerik dağlarında ƏMƏLİYYAT: iranlıya görə 3 nəfər saxlanıldı
Dünən, 09:42
Ərdoğandan Azərbaycan və Pakistanla bağlı ŞOK ANONS: üçümüz BAŞLAYIRIQ, türk ordusu İNQİLABA GEDİR
Dünən, 09:33
Prezident Çində belə qarşılandı - Video
Dünən, 09:28
Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
Dünən, 09:16
FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
Dünən, 09:12
Əliyev Qafqazda "Çin səddi" çəkir: Qərbin regiona "pəncərə"si tam qapanır
Dünən, 09:12
İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub
Dünən, 09:00
Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
22-04-2025, 19:45
Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalanıb
22-04-2025, 17:55
İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib
22-04-2025, 16:00
Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI