Çörək sevgisi sağlamlığımıza meydan oxuyur: Mütəxəssislərdən həyəcan siqnalı

Azərbaycan xalqı üçün çörək yalnız qida deyil, həm də mədəni dəyər daşıyan müqəddəs bir nemətdir. Uzun illərdir, hər evin süfrəsində çörək əsas yer tutur. Xalq arasında "Çörək varsa, bərəkət var" deyimi çörəyin nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir. Bu, azərbaycanlıların çörəyə olan xüsusi sevgisindən qaynaqlanır. Təsadüfi deyil ki, azərbaycanlıları adətən "çox çörək yeyən toplum" kimi xarakterizə edirlər. Lakin, görünür, dövr dəyişdikcə, çörək yeməyə olan sevgimiz də azalır. Belə ki, 2023-cü ildə Azərbaycanda adambaşına 116.6 kiloqram çörək istehlak edilib. Bu isə 2022-ci illə müqayisədə 5.9 kiloqram azdır. Görəsən, həqiqətənmi, çörək yeməyi azaltmışıq? Çörəyi rasionumuzda azaltmağın müsbət və mənfi tərəfləri nələrdir?
"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.
İqtisadçı Akif Nəsirlinin sözlərinə görə, çörəyin rasionumuzda azalmasının əsas səbəblərindən biri aparılan təşviqatdır. Təbliğat nəticəsində insanlar maariflənirlər: "Əhalinin bir hissəsi pəhriz saxlayır və çörəkdən maksimum dərəcədə az istifadə edir. Hazırda ekspertlər də sağlam qidalanmanı təbliğ edirlər. 10-15 il əvvəl əhalinin qida rasionunun əsas hissəsini çörək tuturdu. Amma yavaş-yavaş durum dəyişir".
Qida təhlükəsizliyi üzrə ekspert İlkin Şirinov bildirdi ki, hazırda satışda olan çörəkləri yemək sağlamlığımız üçün təhlükəlidir: "Çörəkdən istifadə qidalanmanın ayrılmaz bir hissəsinə çevrilib. Yemək yeyərkən süfrədə çörək olması sanki bir qanundur. Amma istifadə etdiyimiz çörəklərin, un məmulatlarının nə dərəcədə faydalı olduğunu düşünməliyik. Buradakı əsas təhlükə çörək və un məmulatları hazırlanarkən istifadə olunan kimyəvi maddələrdir. Onlardan istifadə edərək çörəklərin rəf ömrünü uzadırlar. Mağazalarda çörəklər 2-3, hətta 5 gün saxlanılır".
İ. Şirinovun fikrincə, mağazada satılan həm ağ, həm də qara çörəklərin tərkibində kimyəvi qatqılar olur.
"Həmçinin, bu gün çörəklərin rənginin daha ağ olması və həcminin böyüklüyü üçün xüsusi peroksidlərdən istifadə olunur. Buğdadan hazırlanan çörəyin özünün rəngi ağ olsa da, qatqılar da vurularaq satış üçün həcm, forma və rəng verilir. Amma həmin maddələr insan sağlamlığı üçün bilavasitə təhlükə mənbəyidir. Tək buğda çörəyi yox, qara çörək dediyimiz diyetik çörəklərin də tərkibi ilə oynanılır. Əslində, onların tərkibi sadəcə çovdar, ikinci növ qara un və ədviyyatlardan ibarət olmalıdır. Lakin rəngini tündləşdirmək üçün xəmirinə xüsusi kimyəvi maddələr qatılır. Tərkibində kimyəvi maddələr istifadə olunan çörəklərin bir gün saxlanma şəraitinə əməl olunmadıqda onlarda yapışqanlıq və xoşagəlməz qoxu əmələ gəlir".
Ekspert çörəksiz yaşaya bilməyənlərə çıxış yollarını da göstərib: "Çörəkdən əl çəkə bilməyənlər kobud üyüdülmüş, aşağı sort unlardan hazırlanan çörəklərə üstünlük versələr, daha yaxşı olar. Çörəkdən tamamilə imtina etməsək də, çalışmalıyıq ki, istifadəsini bacardığımız qədər azaldaq. Bəzi insanlar unu özləri üyüdüb çörək hazırlamağı seçir. Çörəkdən imtina edə bilməyən şəxslər də özləri evdə çörək bişirməyi sınayaraq daha sağlam qidalana bilərlər. Çünki istehsalçılar istehlakçıların sağlamlığı, onların keyfiyyətli məhsul əldə etməsini yox, yalnız satışı və qazanclarını düşünürlər".
Həkim-diyetoloq Leyla Zülfüqarlı isə dedi ki, tam taxıllı çörəklərdən istifadə edərək özümüzü və sağlamlığımızı xəstəliklərdən qoruya bilərik: "İki il ərzində çörək istehlakının adambaşına altı kiloqram azalması gözəl göstəricidir. Çünki çörək yeməyi azaltmaqla şəkərli diabet riskini, piylənməni, ürək-damar xəstəliklərini azalda bilərik. Doğru çörək seçərək ehtiyacımızı bir və ya yarım dilimlə ödəmək mümkündür. Doğru çörək taxıllı çörəklərdir. Onları normasında yedikdə onun ziyanı yoxdur".
Qida eksperti Fərid Səfərov da insanların yemək rasionlarında çörəyi azaltdığını təsdiqlədi: "Ümid edirik ki, statistikada azalmanı bir az daha görərik. Mən ətrafımdakı insanların timsalında da təsdiq edirəm ki, hətta çoxlu çörək yeyənlər belə, əvvəlki dövrlərə nisbətən indiki dövrdə bunu minimuma endiriblər. İnsanların əksəriyyəti ya ümumiyyətlə çörək yemir və bunu alternativ karbohidratlarla əvəz edir, ya da daha sağlam çörəklərə üstünlük verirlər. Məsələn, mərcidən, qarabaşaqdan, yulafdan, əsasən, kompleks karbohidratlardan hazırlanan çörəkləri seçirlər".
F. Səfərovun fikrincə, çörəyin orqanizmimizə ziyanı faydasından qat-qat çoxdur: "Hazırkı vəziyyətdə çörək yeməyi azaltmağın, əsasən, müsbət tərəfləri var. Çünki çörək hazırlanarkən un çox cilalanır. Ən əsas məsələ, nəzərə almaq lazımdır ki, çörək karbohidratdır. Rasionumuzda karbohidrat nə qədər az olarsa, bizim üçün o qədər xeyirlidir. Həmçinin, çörək daha gec həzm olunur. Hər kəs onu rahatlıqla həzm edə bilmir. Onu orqanizm üçün daha faydalı kompleks karbohidratlarla əvəz etmək olar".

Bu gün, 14:22
60 yaşına çatan şəxslərə MÜHÜM XƏBƏR: Metro və avtobus pulsuz...
Bu gün, 13:11
“Son zəng” bu tarixdə keçiriləcək
Bu gün, 13:07
Sumqayıtda zavoda partlayış - Yaralılar var
Bu gün, 12:18
Cərimələrlə bağlı yenilik olacaq - Sürücülərin diqqətinə!
Bu gün, 12:15
Ermənistana casusluğa görə İqbal Əbilova - 18 il həbs
Bu gün, 12:06
Tramp: Zelenski güclüdür, o elə də asan adam deyil
Bu gün, 11:45
Hindistan-Pakistan müharibəsinin ən ağır bədəlini Fransa ödədi
Bu gün, 11:38
Bu ölkələrdən Azərbaycana gələn turistlərin sayı azalıb
Bu gün, 10:57
Prezidentdən korrupsiyaya qarşı mübarizə ilə bağlı MÜHÜM AÇIQLAMA
Bu gün, 10:52
Pensiyaçılara ŞAD XƏBƏR
Bu gün, 10:46
Yevlaxda azyaşlıya məcburi narkotik verilib? - Video
Bu gün, 10:39
Əlibıçaqlı qadın avtobusda təşviş yaratdı - Saxlanıldı-Video-Yenilənib
Bu gün, 10:31
“Xahiş edək ki, Kəbənin köhnə örtüyünü bizə bağışlasınlar”
Bu gün, 10:25
Türkiyədən İran və İsrailə sərt xəbərdarlıq: Bu, müharibə aktı sayılacaq
Bu gün, 10:15
Mahir “Nürnberq”dən pula görə ayrılıb?- Klozedən açıqlama
Bu gün, 10:05
İsrail və Suriya arasında dialoq Bakıda baş tutub - CNN
Bu gün, 09:58
Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
Bu gün, 09:53
İlham Əliyev "GlobE Network"un Altıncı Plenar İclasın iştirakçılarına müraciət edib
Bu gün, 09:12
İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
Bu gün, 09:00
Azərbaycanda daha çox bu universitetlərin məzunları iş tapır - ARAŞDIRMA
Dünən, 16:00
"Paşinyanın Əliyevin qarşısındakı hərəkəti, şəxsin rəis qarşısında əyilməsinə bənzəyir"
Dünən, 15:30
Qriqoryan: “Zəngəzur dəhlizi” ilə bağlı müzakirələr getmir
Dünən, 14:00
Tehran dünyaya bəyan etdi: Nüvə silahı yaradılacaq
Dünən, 13:46
“Araz-2025” birgə təliminin açılış mərasimi keçirilib
Dünən, 13:42
6 nəfər həbs edildi: DTX-dən əməliyyat - VİDEO
Dünən, 12:03
Naxçıvanda Məkkədəki Kəbənin eynisini tikə bilərik – Qüdrət Həsənquliyev
Dünən, 11:44
Tramp-Putin danışığı kritik qərar anı ola bilər – Avropa narahatdır