Bakıda tıxacların qarşısını almaq üçün hansı addımlar atılır? - RƏSMİ CAVAB
Sosial
Oxunub: 39
4 sen 2024 | 13:32
Bakıda tıxacların qarşısını almaq üçün hansı addımlar atılır? - RƏSMİ CAVAB


"Əhalinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bir ildən çoxdur ki, mobilliyin transformasiyası proqramı həyata keçirilir. Əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınmasının təmin olunması üçün yeni marşrut və əlaqələndirilmiş avtobus zolaqları şəbəkəsi hazırlanıb".

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, artıq Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələri istiqamətində fəaliyyət göstərən 5 yeni marşrut olmaqla bu şəbəkənin ilkin tətbiqinə başlanılıb:

"Hazırda Bakı və Abşeron rayonunun küçə və prospektlərində uzunluğu 77 km-dən çox xüsusi hərəkət zolaqları təşkil edilib. Bu işlər davam etdirilir. Zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır.

Qeyd edək ki, avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində də işlər aparılır. Son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Həmçinin bu il ərzində daha 200 avtobusun təmir olunaraq istismara qaytarılması, eləcə də 160 yeni elektrik avtobusunun da alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi planlaşdırılır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi şəhər darboğazlarında hərəkətin yenidən təşkili, yol hərəkətinin təkmilləşdirilməsi, sıxlığın aradan qaldırılması məqsədilə Bakı şəhərində mərhələli şəkildə layihələr icra edir.

Belə ki, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən hərəkət edən müntəzəm marşrut avtobusları birbaşa Xəlil Rza Ulutürk küçəsindən Ziya Bünyadov prospekti ilə kəsişmədə yerləşən yolötürücünün üstündən geriyə dönərək, Heydər Əliyev və Qara Qarayev prospektləri və Zabrat yoluna istiqamətlənir. Nəticədə bu yollara doğru hərəkət edən marşrut avtobuslarının dairəvi yol qovşağına kimi yürüş məsafəsi 900 m-ə kimi azalıb. 1 gedişə sərf olunan vaxt 7-8 dəqiqədən 3 dəqiqəyə kimi düşüb. Sözügedən istiqamət üzrə 31 xətt üzrə 300-dən çox avtobus sərnişinlərə xidmət göstərir.

Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində də yol hərəkəti yenidən təşkil edilib. Həyata keçirilən dəyişikliklər nəticəsində Yusif Səfərov küçəsindəki geriyə dönmə yerinin nəqliyyat yükü saatda 950 avtomobil azalıb, nəqliyyat vasitələrinin, həmçinin marşrut avtobuslarının izafi yürüşü 1300 metr qısalıb.

Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində də darboğazın aradan qaldırılması, piyadaların və sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün yol hərəkəti yenidən təşkil edilib. Bakı şəhərinin küçə və prospektlərində hərəkətin yenidən təşkili üzrə layihələrin icrası davam etdirilir".
Dünən, 19:30
“Nar” sərfəli smartfon modellərini təqdim edir
Dünən, 16:03
“Nar” və NETTY ilin ən yaxşı internet təşəbbüslərini mükafatlandıracaq
Dünən, 16:00
Azərbaycanda növbəti istilik mövsümü nə vaxt başlayacaq? - AÇIQLAMA
Dünən, 15:30
"Milton" qasırğası filmlərdəki fəlakət səhnələrini xatırlatdı - DƏHŞƏTLİ VİDEO
Dünən, 14:22
Sabah yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
Dünən, 13:16
Taksidən istifadə edənlər azalıb - Rəsmi
Dünən, 12:51
Bu hərbçilərin maaşları dəyişdi - Baş nazir qərar imzaladı
Dünən, 12:33
Əhməd cəzadan azad edildi - Məcburi müalicə olunacaq - VİDEO
Dünən, 12:07
Cəlilabadda dəmir dövrünə aid məişət əşyaları aşkarlandı - FOTO
Dünən, 12:01
Yarım milyon sənədsiz evin taleyi necə olacaq? - VİDEO
Dünən, 11:55
Quyruq yağını bol-bol yeyin, çünki...
Dünən, 11:20
İsrailli nazirdən "Böyük İsrail" açıqlaması: Belə yəhudi dövləti istəyirik
Dünən, 11:14
Əhaliyə XƏBƏRDARLIQ: oktyabrın 10-12-də...
Dünən, 11:10
Yevlaxda faciəli şəkildə ölən polis zabiti kimdir?
Dünən, 10:33
Ekspert: Ermənistanın imtinası müharibəyə başlamağa əsas verəcək
Dünən, 10:27
Prezident Pre-COP29-un iştirakçılarına müraciət ünvanladı
Dünən, 10:01
Yeni 100 dollar: onları unikal edən nədir və necə yoxlamaq olar?
Dünən, 09:57
Tramp dünyanı dollarlaşdırma planından danışdı: "Pul bazamızı itirəcəyik"
Dünən, 09:50
Lionel Messi ilk ətirini təqdim etdi
Dünən, 09:47
"Yarımçıq sülh", yoxsa yeni müharibə, Prezidentin "Qambit gedişi"
Dünən, 09:16
İrana hücum ölümcül və gözlənilməz olacaq - Qalant
Dünən, 09:00
Paşinyanın “Rusiya sərgüzəştləri” İrəvanı qarışdırdı: Əliyev erməni baş nazirə hüquq təlimi keçdi
9-10-2024, 16:00
Müharibə İsrailə neçəyə başa gəlir? - RƏQƏMLƏR AÇIQLANDI
9-10-2024, 15:30
Azərbaycanda dronlarla bağlı yeni ixtisas yaradılır
9-10-2024, 13:35
İlham Əliyevdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı fərman
9-10-2024, 13:01
“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib
9-10-2024, 12:20
Baydenin müşaviri Bakıdadır - Foto