“Yasamal” MTK-nın qanunsuzluqları niyə araşdırılmır? – ŞİKAYƏT VAR
Sosial
Oxunub: 896
31 yan 2016 | 16:37
“Yasamal” MTK-nın qanunsuzluqları niyə araşdırılmır? – ŞİKAYƏT VAR











Ağamalı Sadiq Əfəndinin ailəsi evsiz qalıb

Fevralın 4-də Yasamal Rayon Məhkəməsində Orxan Əfəndiyevin iddiası üzrə proses davam etdriləcək. Orxan Əfəndiyevi məhkəmə qapısına aparan ədalət axtarışıdır. O, 2012-ci ildə mənzil şəraitini yaxşılaşdırmaq üçün “Yasamal” MTK-ya üz tutub. Və böyük qanunsuzluqlarla üz-üzə qalıb.

Orxan Əfəndiyev jurnalistikamızın dəyərli nümayəndəsi, milli-azadlıq hərəkatının öncüllərindən biri, mərhum Ağamalı Sadiq Əfəndinin oğludur. Orxan Əfəndiyevin sözlərinə görə, 2012-ci ildə atasından qalma mənzili də, üstəlik, banklardan götürdüyü kreditlər də əlindən gedib: “Məcburiyyət qarşısında ata evimizi satdıq, 2 bankdan pul götürüb aparıb ”Yasamal” MTK-ya verdim. Bu gün də kirayələrdə yaşayıram. MTK ilə aramızda müqavilə bağlandı, mənə maliyyə arayışı verdilər. Çünki mənzilin pulunu – 55 min 200 manatı tam ödəmişdim. Dedilər ki, binanı 3 aya təhvil verəcəklər. Hər dəfə müddət bitəndə gedirdim, deyirdilər ki, 3 ay sonra binanı təhvil veririk. Təxminən 1 il 3 ay əvvəl növbəti dəfə binaya gedəndə gördüm ki, mənzilimə qapı qoyublar. Orada Faiq adlı MTK işçisi var, ona yaxınlaşdım. Soruşdum ki, mənzilimə qapı niyə qoyulub? Cavab verdi ki, MTK-ya borcunuz var. Əlimdə müqavilə, maliyyə arayışı olduğunu diqqətini çatdırdım ki, borcum yoxdur. Bundan sonra da dedi ki, mənzilini başqasına satmışıq. Etirazımı bildirdim, şikayətlər etdim, xeyri olmadı. Polisə, prokurorluğa yazdıq, nəticə olmadı. Üstəlik, MTK-da məni hədələdilər, dedilər ki, binaya gəlmə”.

O.Əfəndiyev baş verənlərdən sonra məhkəməyə üz tutub. Nümayəndəsi Yaşar Ağazadə deyir ki, “Yasamal” MTK-da qanunsuzluqla üzləşən təkcə O.Əfəndiyev deyil. 100-ə yaxın vətəndaş faktiki zərərçəkmişdir. O.Əfəndiyevə gəldikdə isə onun işi üzrə Yasamal Rayon Məhkəməsində “Mənzildən istifadə hüququna yaradılan maneənin aradan qaldırılması” iddiası üzrə araşdırmalar sona çatmaq üzrədir: “Hazırda iş hakim Rafael Əliyevin icraatındadır.

Cavabdeh tərəf ”Yasamal” MTK-nın sədri Cahangir Alışovdur. Orxan Əfəndiyev MTK-dan evi alıb və mənzilin dəyərini tam ödədikdən sonra ona maliyyə arayışı verilib. Sonradan isə onun aldığı mənzilə qapı quraşdırılıb. Müqavilədə isə mənzilə MTK tərəfindən qapı quraşdırılması nəzərdə tutulmayıb. MTK-nın işçi Faiq də Orxana deyib ki, sədr Cahangir Alışov mənzili başqa şəxsə satıb. Əvvəlcə dedilər ki, mənzilə görə borc var, ona görə qapı qoyulub. Sonra araşdırma aparıldı, məlum oldu ki, borc yoxdur. Bundan sonra da mübahisə qarşı tərəfin qanunsuzluqlarına görə davam etdi və məhkəməyə müraciət etdik. İddiamız tam haqlıdır. “Yasamal” MTK tamamilə qanunsuzluq edir, vətəndaşı tam qanuni mənzilinə buraxmır”.

Y.Ağazadə deyir ki, qarşı tərəf vaxtı uzatmağa çalışır: “Məhkəmə araşdırmaları sona çatmaq üzrə olduğu bir zamanda MTK qarşılıqlı iddia verib ki, guya Orxana maliyyə arayışını səhv edib veriblər. Bu qədər gülməli iddia vermələri başadüşüləndir. Digər tərəfdən, Cinayət Prosessual Məcəllənin tələbinə görə, qarşılıqlı iddia məhkəmənin hazırlıq iclasında verilə bilər. Ona görə də hakim həmin iddianı icraata qəbul etməkdən imtina etdi. Qarşı tərəf də iddiadan şikayət vermək niyyətindədir. Süni şəkildə prosesin uzanmasına çalışırlar”.

Y.Ağazadə deyir ki, “Yasamal” MTK vəzifəlilərinin qanunsuzluqları ilə 100-ə yaxın vətəndaş hazırda hüquq-mühafizə orqanlarını dolaşmaqdadırlar: “Vətəndaşlar ”Yasamal” MTK-dan mənzil alıblar. Lakin mənzilləri qanunsuz olaraq sahiblərinə verilmir. Ona görə də 1 il əvvəl 100-ə yaxın şəxs kollektiv müraciət hazırlayaraq Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə (KQMBİ) təqdim ediblər. Bu günə qədər 100-ə yaxın vətəndaşa, o cümlədən Orxan Əfəndiyevə şikayətlə bağlı qəbul olunmuş qərar verilməyib. Cinayət işinin başlanması və ya rədd edilməsi haqda qərarı qanuni qaydada şikayətçilərə təqdim etmirlər. “Yasamal” MTK səlahiyyətliləri isə öz qanunsuz əməllərini davam etdirməkdədirlər. Vətəndaşların hüquqları bərpa olunmur”.

Y.Ağazadə deyir ki, şikayətçilərin bir çox instansiyalara müraciətləri də KQMBİ-yə göndərilir: “Sanki MTK rəsmiləri himayə olunur. Onları hansı məmurun himayə etdiyini bilmirik. Amma 100-ə yaxın vətəndaşın şikayətinə rəğmən nəticəsizlik belə düşünməyə əsas verir ki, MTK-nın himayəçiləri var”.
Mövzunu diqqətdə saxlayacağıq. //criminal.az
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Dünən, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Dünən, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Dünən, 09:22
Çin lideri Makronu belə alçaldıb
Dünən, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Dünən, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Dünən, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Dünən, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Dünən, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
7-05-2024, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
7-05-2024, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh