“Ovçular” MMC əhaliyə qurdlu sosislər satır
Sosial
Oxunub: 540
8 dek 2023 | 12:30
“Ovçular” MMC əhaliyə qurdlu sosislər satır



Bu günlərdə “Tik-Tok” sosial şəbəkəsində “Ovçular – klassik” sosis məhsulunun içindən qurd çıxdığını əks etdirən fideo-fakt paylaşılıb.
Zaman-zaman “Ovçular” MMC-nin məhullarının keyfiyyətsizliyi barədə məlumatlar dolaşıb. Bu məlumatların öz apogeyinə 2023-cü ilin avqust ayında çatdı. 2016-2022-ci illər ərzində “Ovçular” MMC-də çalışmış həkim, baytar və laboratoriya müdiri Sevinc Qaziyevanın müəssisənin istehlakçılara təklif etdiyi ətin mikroblu olduğunu iddia etdi: “İşlədiyim müddətdə heç vaxt pis işə yol verməmişəm. Müəssisəyə yeni işə girdiyim vaxt əti analiz etməyə icazə vermirdilər. Bir dəfə mən özüm əti analiz etdim və gördüm ki, mikrob var”.
Qazıyeva kimya elmləri namizədidir və qida üzrə 14-cü kateqoriyaya sahibdir. O, məsələ ilə bağlı müdiriyyətə məlumat verdiyini, lakin əks reaksiya ilə qarşılaşdığını qeyd edib: “Gedib bunu müdiriyyətə dedim. Müdiriyyət mənə çox qeyri-adi reaksiya verdi, üstümə qışqırdı ki, sən niyə əti yoxlayırsan? Otaqdan çıxanda digər müdir mənə sual verdi ki, mal ətinin içində ət olur?! Ondan sonra mənə ora gələn ətləri yoxlamağa icazə vermədilər”.
S.Qarayeva bildirib ki, baytar olandan sonra ona daha kəskin şəkildə əti yoxlamamağı tapşırıblar: “Mənim də acığım tutdu ki, baytar olduğum halda, niyə mən ət emalı otağına girə bilmirəm”.
S.Qazıyevanın sözlərinə görə, müəssisə “Leş Tofiq” ləqəbi ilə tanınan, qanunsuz ət satışı ilə məşğul olduğu üçün həbs edilən şəxsdən ət alırmış: “Sonra başa düşdüm ki, məhsulları ordan-burdan ət alaraq hazırlayırlar. Onların içində “Leş Tofiq”in ətləri də var idi. Ora müəssisə müdirinin öz yeri olduğundan, əti daha çox ordan alırdı. İnsanlara haram ət yedizdirirlər”.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 2023-cü ilin aprelində bir neçə şirkətin məhsullarında nöqsanlar aşkar edilmişdi. Həmin siyahıda “Ovçular Ət və Ət Məhsulları” MMC-nin adı da qeyd edilib. Qeyd edilir ki, müəssisənin “Ovçular” brendi ilə “Külləmə” halal sosiskasında təhlükəsizlik göstəricilərinə uyğunsuzluq aşkarlanıb.
AQTA-nın iyundakı açıqlamasında isə “Ovçular Ət və Ət Məhsulları” MMC-nin Hindistandan Azərbaycana idxal etdiyi mal ətində də salmonella bakteriyasının aşkarlandığı bildirilib. Agentlik qeyd edib ki, məhsulun tərkibi qida sahəsində normativ sənədin tələblərinə uyğun olmayıb. Qanunvericiliyə uyğun olaraq, istehlaka yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv olunması və ya utilizasiya edilməsi barədə barədə qərar qəbul olunub. Həmçinin aşkarlanan mal əti məhsulunun istehsal edildiyi müəssisənin məhsullarının ölkəmizə gətirilməsinə müvəqqəti qadağa qoyulub və Hindistanın aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.

İbrahim Hümbətov
Bu gün, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Bu gün, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Bu gün, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Bu gün, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib