OLİQARX ÖVLADLARININ “SEA BREEZE”DƏKI DAVASI İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİNİN PƏRDƏARXASI
Sosial
Oxunub: 217
2 dek 2023 | 19:19
OLİQARX ÖVLADLARININ “SEA BREEZE”DƏKI DAVASI İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİNİN PƏRDƏARXASI


Noyabrın 28-də Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə “Sea Breeze”də baş verən kütləvi dava ilə bağlı daha bir cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçirilib. Xatırladaq ki, bu ilin iyununda “Sea Breeze”də baş verən, sonradan davaya çevrilən mübahisə ilə bağlı 3 cinayət işi başlanıb.
Dava tərəflərinin bir cinayət işi üzrə zərərçəkən, digər cinayət işi üzrə isə təqsirləndirilən şəxslər qismində olması, həmçinin həmin cinayət işlərinin eyni hakimin icraatında olması Azərbaycan istintaq-məhkəmə tarixində bir yenilik kimi qiymətləndirilir.



Cavad Muradov əmlaka qəsdən ziyan vurmaqda və qrup halında xuliqanlıqda, Şamxal Məmmədov isə qrup halında xuliqanlıqda ittiham olunurlar.

Bu cinayət işi üzrə Elmir Üzeyir oğlu İsmayılov, Elgün Üzeyir oğlu İsmayılov, Peyman Rəhman oğlu Vəlizadə və Məhəmməd Natiq oğlu Həsənzadə zərərçəkəndirlər.

Elgün İsmayılovdan savayı, digər 3 şəxs və məktəbli Murad Məzahir oğlu Əhmədli digər cinayət işində təqsirləndirilən şəxs, Cavad Muradovla Elnur Leysan oğlu Məmmədov isə zərərçəkəndirlər. Zərərçəkən Elgün İsmayılov xəstə olduğundan onu nümayəndəsi Faiq Nəcəfov təmsil edib.

Zərərçəkən Elmir İsmayılovun vəkili Abbas Kərimbəyli iş üzrə Elnur Məmmədovun prosesdə iştirakının təmin edilməli olduğunu deyib. Hakimə Elnur Məmmədovun harada olması ilə bağlı sual ünvanlayıb, hakim isə onun harada olduğunu bilmədiyini deyib. Vəkil şifahi vəsatətlə çıxış edərək hakimə hər iki iş üzrə sədrlik etdiyini, Elnur Məmmədovun digər iş üzrə ifadə verdiyini, onun bu işdə tək iştirakçı deyil, həm də təhrikçi olduğunu, söyüşü də o söydüyünü, Elmir İsmayılovun maşınının qabağını kəsdiyini, davanı da o saldığını xatırladıb: “Amma o, bu gün burada yoxdur. O, gəlsin, otursun Cavad Muradovun yanında”.

Dövlət ittihamçısı Amin Şəkərəliyev və hakim Mirheydər Zeynalov Elnur Məmmədovla bağlı vəsatətə sonra məhkəmənin gedişində baxıla biləcəyini (?!) söyləyib. Vəkil Abbas Kərimbəyli eyni zamanda təqsirləndirilən şəxslərin məhkəmə istintaqı dövründə həbsdə saxlanılması üçün ağırlaşdırıcı halların olmadığını və onların bu müddət ərzində azadlıqda qalmalarına etiraz etmədiklərini məhkəmənin diqqətinə çatdırıb: “Təqsirləndirilənlər əvvəllər məhkum edilməyiblər, residiv yoxdur, Cavad Muradov ailəlidir, himayəsində azyaşlı uşağı var. Ən əsası isə mübahisədən bir gün sonra tərəflər barışıblar”.

Cavad Muradovun vəkili çıxışında müvəkkilinə verilmiş ittihamın əsassız olduğunu, tərəflərin barışığını əsas gətirərək məhkəmənin cinayət işinə xitam vermək səlahiyyətinin olduğunu vurğulayıb: “İttihama görə də münaqişəni digər şəxs başlayıb, Cavad Muradov münaqişədən sonradan xəbər tutub, bundan sonra da tərəfləri sakitləşdirməyə çalışıb. Cavad Muradovun niyyəti heç bir halda xuliqanlıq olmayıb, bu səbəbdən də ona verilmiş xuliqanlıq maddəsi digər maddəyə tövsif olunaraq bu maddəyə xitam verilməlidir”.

Digər təqsirlədirilən şəxs Şamxal Məmmədovun vəkili İlqar İsmayılov da müvəkkilinin barəsindəki həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyib.

Təqsirləndirilən Cavad Muradov vəkilinin vəsatətini müdafiə edərək, ittiham üzrə özünü qismən təqsirli bilib və əmlaka qəsdən ziyan vurulması ittihamını qəbul etmədiyini söyləməklə vəsatətin təmin edilməsini xahiş edib.

Hakim vəsatətlərə dekabrın 1-də keçiriləcək iclasda münasibət bildiriləcəyini açıqlayıb.

İttihama görə, müttəhimlər bu ilin yayında “Sea Breeze”də kütləvi davada tərəf olublar. Mübahisə baş verən gün Elnur Məmmədov qohumu Vüqar Tağıyev, uşaqlıq dostu Cavad Muradov və 3 xanımla birgə restoranda olublar. Həmin zaman bu gün həbsdə olan, təqsirləndirilən statusuna gətirilən Elmir İsmayılov dostları ilə birgə yaxınlıqdakı masada əyləşiblər. Vüqar Tağıyev Elmir İsmayılovu əvvəldən tanıdığından onu özünün olduğu masaya dəvət edib. Vüqar Tağıyevin dəvətini qəbul edən Elmir İsmayılov əlində qədəh masaya yaxınlaşıb, süfrə ətrafında olanlarla salamlaşıb. Bu zaman Elmirlə Elnurun arasında mübahisə yaranıb. Vüqar Tağıyev araya girərək Elnurun əvəzindən Elmirdən üzr istəməklə tərəfləri sakitləşdirib. Lakin Elnur Məmmədov Elmirin restorandan çıxmasını görüncə onun arxasınca çıxıb. Elnur Məmmədov Elmir İsmayılovla mübahisəni davam etdirib, Elnurun çağırdığı digərlərinin də qoşulması ilə mübahisə kütləvi hal alıb. Sonradan Elnur Məmmədov Elmir İsmayılovun maşınına tərəf gedib, ərazidən uzaqlaşmağa çalışan İsmayılovu maşından düşürərək ona zərbələr vurub. Nəticədə Elmir İsmayılovun sifətinə vurulan yumruqla qaşı partlayıb, ona məxsus maşına küt alətlə vurulan zərbələrlə bəzi hissələri zədələnib, yararsız hala düşüb, sındırılıb. Hadisənin növbəti günü Elnur Məmmədovun dostu Cavad Muradovun təşəbbüsü ilə tərəflər görüşüb, barışıblar. Buna baxmayaraq baş vermiş hadisəyə görə 3 cinayət işi başlanıb, Elmir İsmayılov və dostları həbsə alınıblar.

“Dəryaz” qəzeti redaksiyası olaraq məhkəmədə iştirak edən əməkdaşlarımızın öyrəndikləri məlumata görə, Elnur Məmmədov Binəqədi rayon icra hakimiyyəti başçısının sabiq birinci müavini,

Bakı Baş Tikinti İdarəsinin Təmir-Tikinti İdarəsində fəhlə kimi işə başlayan L.Məmmədov burada rəngsaz, baş mexanik, iş icraçısı, tikinti ustası işləyib, nəhayət rəis vəzifəsinə qədər yüksəlib. Tikinti sahəsində bir sıra vəzifələrdə çalışan Leysan Məmmədov 1996-cı ildə Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsinin nəzarət-təftiş idarəsində baş müfəttiş vəzifəsinə təyinat alıb. Bir müddət burada işlədikdən sonra fəaliyyət sahəsini tamam fərqli sferaya dəyişib: 1998-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Dövlət Əmək Müfəttişliyinin Mərkəzi Aparatında nəzarət şöbəsində əmək müfəttişi kimi çalışmağa başlayıb. Əmək Müfəttişliyində 8 ilə yaxın bas müfəttiş vəzifəsində işləyəndən sonra 2006-cı ildə başqa bir sahəyə keçib: Gənclər və İdman Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinə direktor müavini. Burada uzun müddət — 2009-cu ildən 2021-ci ilin yayına qədər direktor vəzifəsində işləyib. 2006-ci ildən başlayaraq vəzifədən çıxarılana qədər Leysan Məmmədovun bilavasitə rəhbərliyi altında respublikamızın əksər bölgələrində onlarla gözəl memarlıq nümunəsi olan olimpiya idman kompleksləri tikilərək gənclərin istifadəsinə verilib. Mənbəmiz bildirir ki, L.Məmmədovun GİN-dəki vəzifəsindən azad olunma tarixi və səbəbi heç yerdə açıqlanmır. Bakıda keçirilən Birinci Avropa Oyunları üçün tikilən bütün obyektlərə nəzarəti də Leysan Məmmədov həyata keçirib. Məlum olub ki, Hesablama Palatasının 2013-cü ildəki fəaliyyətinə dair hesabatında Gənclər və İdman Nazirliyinə ayrılan, tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlər üçün nəzərdə tutulan büdcə vəsaitlərinin istifadəsində korrupsiya hallarına yol verildiyi əksini tapıb. Məsələn, Daşkəsən rayonunda Olimpiya İdman Kompleksinin tikintisi üzrə müəyyən tikinti-quraşdırma işləri yerinə yetirilsə də, lakin birdən-birə obyektin təyinatı dəyişdirilərək Gənclərin Təlim və İstirahət Mərkəzinə çevrilib. Tikinti işləri təzədən bu yöndə aparılıb. 2 rayonda olimpiya kompleksinin tikintisi zamanı asfalt-beton işləri tamamlanmadığı halda bu obyektlər üzrə işlərin qəbulu haqqında akt bağlanıb. Bundan başqa, 5 rayonda olimpiya komplekslərinin tikilməsi prosesində bəzi inventar və avadanlıqlar obyektlərdə olmadığı halda qəbul aktlarına daxil edilib, 2 rayonda tikintisi başa çatmış kompleks istifadəyə verilsə də, dövlət qəbul komissiyasının aktlarının imzalanması bir ilədək gecikdirilib.Tikintisi başa çatmış 14 obyekt üzrə dövlət qəbul komissiyasının aktlarının başa çatdırılması tamamlanmayıb, 12 podratçı təşkilat üzrə kreditor borcun yaranmasına yol verilib. Həmçinin, L.Məmmədovun rəhbərliyi dövründə tikilən olimpiya idman kompleksləri ayrı-ayrı rayonlarda fərqli məbləğlərə başa gəlib.

Sonrakı illərdə aşkarlanan digər nöqsan tikintilərin layihə sənədlərində tikintidə istifadə ediləcək tikinti materiallarının spesifikasiyasının (təsnifat və xarakteristikası) göstərilməməsidir. L.Məmmədovun rəhbərlik etdiyi idarə tərəfindən “Dövlət Satınalmaları haqqında” qanunun bəzi tələblərinə tam əməl edilməyərək satınalma müqavilələri bağlanıb.

Nə isə, Leysan Məmmədovun fəaliyyətinin korrupsiya ilə müşayiət olunduğu bu məhsuldar dövründə o, oliqarxa çevrilib.

2021-ci ilin aprelində A.Rəhimov vəfat edəndən dərhal sonra L.Məmmədov nazirlikdəki vəzifəsindən uzaqlaşdırılsa da, qısa müddətdən sonra Minatəmizləmə Agentliyinə aparat rəhbəri vəzifəsinə təyinat alıb. Lakin bu sahə ciddi nəzarətdə olduğundan, o bu işi bacarmayıb. Bir il sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 14 fevral 2022-ci il tarixli 22 saylı Sərəncamı ilə Leysan Novruz oğlu Məmmədov Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib. Leysan Məmmədov bu ilin aprelində vəzifəsindən ayrılıb. İndi də Qarabağda tikinti işləri aparan MMC-də nəzarətçi işləyəyir.

Elnur Məmmədov barəsində cinayət işi başlansa da, o, istintaq tərəfindən zərərçəkən kimi tanınıb. Qəribədir ki, nəyə görə o deyil, Cavad Muradov, Elmir İsmayılov və digərilərinə qarşı xuliqanlıqda, Elmir İsmayılova məxsus nəqliyyat vasitəsinə 12 min 400 manatlıq ziyan vurmaqda ittiham olunur?

Bundan başqa, bildirilir ki, Elnur Məmmədov həmin gün özünə köməkçi kimi dava — dalaşa cəlb etdiyi 15 nəfər qoçu dəstəsini əvvəlki məhkəmə iclasına da gətiribmiş. Bu dəfəki məhkəməyə isə yuxarıda qeyd etdiyi kimi nə özü, nə də qoluzorlu dostları gəlməyiblər. Dava düşən günü insident iştirakçıları ilə eyni masa arxasında olan qızlardan biri də istintaqa ifadə veribmiş ki, təqsir içkili vəziyyətdə olan Elnurda olub. Həmin şəxslərdən 6 nəfəri isə ümumiyyətlə “aradan çıxarılıblar”. Halbuki, Elnur və həmin şəxslər məhkəmə iclasının keçirildiyi 28 noyabrda Qubadakı istirahət mərkəzində əyləndikləri yerdə öz şəkillərini çəkib sosial şəbəkə hesablarında paylaşırmışlar.

Növbəti məhkəmə iclası dekabrın 1-də saat 12:00-a təyin olunub.

P S. «Qarabağ MMC»şirkəti yaradıb Qarabağda tikilən obyektlərə nəzarət edən Leysan Məmmədov öz oğlunun tərbiyəsinə nəzarət edə bilmirsə görəsən bu tikililərə necə nəzarət edəcək?…

Mövzu diqqətimizdədir (Deryaz.az)

Habil Tağıyev
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA