“Bakı Metropoliteni”nin 32 milyonluq tenderini Abid Şərifova bağlı şirkət uddu - TƏFƏRRÜAT
Sosial
Oxunub: 142
23 noy 2023 | 22:22
“Bakı Metropoliteni”nin 32 milyonluq tenderini Abid Şərifova bağlı şirkət uddu - TƏFƏRRÜAT


“Bakı Metropoliteni” QSC-nin keçirdiyi tender müsabiqəsinin qalibi Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC (VÖEN – 1000085511) olub.

Yeniavaz.com xəbər verir ki, “Bakı Metropoliteni” “H.Aslanov” stansiyasının dalan yollarında korroziyaya (deformasiyaya) uğramış yük daşıyıcı konstruksiyaların bərpası işləri üçün qalib şirkətə 31 milyon 677 min 740 manat 95 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, Azərbaycanın nəhəng tikinti şirkətlərindən biri olan Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC 2013-cü ilə kimi “Azərkörpü” adı ilə fəaliyyət göstərib. “Azərkörpü” ASC isə 2001-ci ildən əvvəl dövlətə məxsus olub və özəlləşdirilib.

Qeyd edək ki, açıqlanan məlumatlara görə Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC-nin əsas səhmdarlarından (12%-dən çox paya sahib) biri Baş nazirin sabiq müavini Abid Şərifovun həyat yoldaşı Şərifova Sədayə Yaqub qızı olub.

Onu da bildirək ki, Azərbaycanda və xarici ölkələrdə Baş nazirin sabiq müavininin ailə üzvlərinə məxsus çoxsaylı şirkətlər fəaliyyət göstərir.

Abid Şərifovun həyat yoldaşı eyni zamanda 27 iyul 2001-ci ildə dövlət qeydiyyatına alınan “Kəpəz-S” Firmasının da 3 ortağından biridir.

Məlumat üçün bildirək ki, Abid Şərifovun nəvəsi Nicat Mahmudov ötən il fevral ayının 14-də İngiltərənin paytaxtında “Durweston Street, London, W1H 1PG” ünvanında “Londoncapsule Limited” adlı şirkət qeydiyyatdan keçirib.

O, eyni zamanda 2017-ci ildə təsis olunan “Abeona Global Limited” şirkətinə də rəhbərlik edir.

Atası 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudov, anası isə Abid Şərifovun qızı Təranə Mahmudovadır. T. Mahmudova hazırda Nərimanov rayonunda fəaliyyət göstərən “Optimed” Tibb Mərkəzinin direktorudur. Abid Şərifovu qızı 2002-ci ildə qeydiyyata alınan “A.N.N.N” MMC və 2017-ci ildə qeydiyyata alınan “Güvən 2017” MMC-lərin də direktoru olub.
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"