Müvəkkilinə “ayı xidməti” göstərən vəkil
Sosial
Oxunub: 430
17 noy 2023 | 12:03
Müvəkkilinə “ayı xidməti” göstərən vəkil




“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 8-ci maddəsində (Vəkil etikası) göstərilir ki, Vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir.
Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin Konfransı tərəfindən 28.12.2020-ci il tarixdə qəbul olunmuş “Vəkillərin davranış qaydaları haqqında” ƏSASNAMƏ-nin 2.2.-ci müddəasına görə (Vicdanlı davranış) Vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir.
Ancaq Azərbaycan reallığında bəzi vəkillər müştərilərinə necə deyərlər, “ayı xidməti” göstərir, unudurlar ki, müştəriləri onlara təkcə hüquqi yardıma ehtiyacı olduqları üçün müraciət etmirlər. Bəzən cavabdehlər özlərinin emosional dayanıqlılığına inanmadıqları üçün iddiaçı tərəflə lüzumsuz insidentlərin yaranması ehtimalını nəzərə alıb iclaslara qatılmır, vəkili qabağa verirlər. Belə hallarda vəkilin “qaş düzəltmək əvəzinə vurub göz çıxarması” məyusluq doğurur.
Yay aylarında xəbər yayıldı ki, Ağsu rayonunda fəaliyyət göstərən "Şöhlətoğlu” İstirahət Mərkəzinin administratoru Əsədov Adil Əsəd oglu işcilərin əmək haqqını mənimsəyib. Bu barədə KİV-ə məlumat verən Qurbanova Sürəyya Əyub qızı bildirmişdi ki, o, Göranbay rayonundandır. 30 il müəllimə işləyib. Ailə başcısını itirən Sürəyya xanım administrator Əsədov Adil Əsəd oglu tərəfindən "Şöhlətoğlu” İstirahət Mərkəzində işləməyə dəvət olunub. Bir-iki ay əmək haqqını normal alıb, sonradan isə Adil ona hər ay 50-60 manat pul verərək müxtəlif bəhanələrlə pulunu bir yerdə qaytaracagını bildirib. Hazırda isə 560 manat ona catacaq əmək haqqını ödəmir.
Şikayətci İbrahimov Fərahim Arzuman oglu isə Təzəkənd kənd sakinidir, Mərkəzdə kababcı işləyir. O, bildirir ki, "Şöhlətoğlu” İstirahət Mərkəzinin administratoru Adil Əsədov onu da aldadıb, 1300 manat əmək haqqını ondan ala bilmir: "Bu adam dələduzun, fırıldaqcının biri imiş, Mərkəzin 30 nəfərdən artıq işcilərinin onlara catacaq əmək haqlarını ödəmir. Belə ədalətsizlik olmaz."
"Şöhlətoğlu" istirahət mərkəzinin rəhbərliyinin də məsələyə münasibəti məlum olmuşdu. Öyrənmişdik ki, Əsədov Adil Əsəd oglu Ağcabədi rayonunun Taxda Körpü qəsəbəsində yaşayır və həqiqətən Mərkəzdə adiministrator vəzifəsində işləyib və mərkəzə 32000 manat pul "atıb", üstəlik 30-dan çox işçilərin də dələduzluq yolu ilə əmək haqqını mənimsəyib. Bu barədə Agsu rayon məhkəməsində AR CM-nin178.2.2 və 179.2.4 maddələri ilə cinayət işi acılıb və ilk hazırlıq iclası bu ilin avqust ayının 10-da hakim Babək Qasımovun sədrliyi ilə keçirilmişdi.
Noyabrın 15-də həmin iş üzrə keçirilən növbəti prosesdə kuryoz hadisə baş verib. Belə ki, Adil Əsədovun vəkilinin dəhlizdə zərərçəkmişlərdən Sürəyya Qurbanova ilə sözlü mübahisəsi düşüb. Redaksiyamıza məlumat verən mənbə bildirir ki, sözlü mübahisə az qala əlbəyaxa davaya çevrilib və vəkil zərərçəkmiş xanımın – Azərbaycan qadınının ünvanına təhqiramiz ifadələr işlədib.

İbrahim Hümbətov


Müvəkkilinə “ayı xidməti” göstərən vəkil
Müvəkkilinə “ayı xidməti” göstərən vəkil
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
4-05-2024, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
4-05-2024, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib