“Əziyyətlə məhsul yetişdiririk, vasitəçilər cüzi qiymətə alıb, baha satırlar” - ETİRAZ VAR...
Sosial
Oxunub: 113
14 noy 2023 | 20:24
“Əziyyətlə məhsul yetişdiririk, vasitəçilər cüzi qiymətə alıb, baha satırlar” - ETİRAZ VAR...


Hava şəraitinə görə builki mövsüm fermerlər üçün əlverişli olmayıb. Fermerlər deyirlər ki, taxıl, pambıq kimi strateji məhsullarda məhsuldarlıq gözləntiləri doğrultmayıb. Meyvə-tərəvəzin qiyməti də sərfəli olmayıb. İl ərzində çəkdikləri əziyyət hədər gedib, xərclərini güclə ödəyə biliblər.

Sabirabadlı fermer Məmməd Əliyev Meydan TV-yə danışıb ki, bəzi ərazilərdə yoncaya bit düşüb, taxılı isə satmaqda çətinlik çəkib.

“Neçə ton taxıl həyətdə qaldı, keyfiyyətsiz adı ilə aşağı qiymətə istədilər. O qiymətə satmaqdansa, satmamaq sərfəlidir. Digər bölgələrdən olan fermerlərlə də əlaqə saxlayıram, kimisinin on, kimisinin də 50 ton taxılı qalıb”,-fermer deyib.

Onun sözlərinə görə, unun qiyməti “oynayır”, amma indiki qiymətlər yenə də yüksəkdir:

“Əziyyətlə məhsul yetişdiririk, vasitəçilər cüzi qiymətə alıb, baha satırlar. Bizdən çox onlar qazanır, başqa əlacımız da yoxdur”.

Fermerlərdən biri isə deyib ki, taxılçılığa xüsusi qayğı göstərilməlidir:

“50 ton buğdam qaldı, alıcı olmadı. Bilsəydim, yonca əkərdim. Düzü, heç çıxış yolunu da bilmirəm”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli isə deyib ki, Azərbaycan idxal hesabına ərzaqlıq buğda ilə özünü təmin edə bilir. Xüsusilə Rusiyadan ərzaqlıq buğda alınır.

“Fermerlərdən buğdanı 30 qəpiyə alıb, 45 qəpiyə satırlar. Fermerlərdən çox gəlir əldə edirlər. Bu sahədə də məmur oliqarxlar var. Un istehsalı, buğdanın qəbulu, emalı məmur oliqarxların əlindədir. Belə bir mühitdə bazar öz funksiyasını yerinə yetirə bilmir”,– ekspert deyib.

V.Məhərrəmlinin sözlərinə görə, bazar tələb, təklif hesabına formalaşmır, oliqarx məmurların, sövdələşməyə gedən, un istehsalı ilə məşğul olan şirkətlərin istəyi ilə qiymət müəyyənləşdirilir. Yəni taxıl, un və çörək bazarı oliqarxların əlindədir. Buna görə də unun, çörəyin qiymətində yenidən artım müşahidə ediləcək:

“Monopoliya aradan qaldırılmalıdır. Başqalarına da işləməyə imkan verilməlidir”.

Məhərrəmli qeyd edib ki, dünyada taxıl ucuzlaşanda əksinə, Azərbaycanda un bahalaşır. Dəyirmanlar eyni zamanda, qiymət artırırlar:

“Xatırlayırsınızsa, bir müddət əvvəl un bahalaşdı. Rusiyada ötən ilə nisbətən bu il buğda istehsalı azalıb. Görünür, bununla bağlı məlumat əldə ediblər, amma Rusiyada kifayət qədər buğda ehtiyatları qalıb”.

Məhərrəmli bu il təkcə pambıq və taxılda deyil, kartof, nar kimi məhsulların istehsalının da azaldığını bildirib.

Mənbə: Meydan TV
Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?