QAZİLƏRİN HAQQINI KİM YEYİR? - ETİRAZ
Sosial
Oxunub: 145
7 noy 2023 | 19:49
QAZİLƏRİN HAQQINI KİM YEYİR? - ETİRAZ


Büdcə müzakirələrinin qızğın çağında “halal dərman” söhbətinin ortaya atılması dövlət büdcəsinin
gəlirlərinin hansı yollarla formalaşmasından asılı olmayaraq xərclərinin halallıqla bölünməsi fikri ilə
çıxış etməyimizə nədən oldu. Vətəndaşın halal vergisindən, sığorta haqlarından , dövlətin iqtisadi
gücündən ... formalaşan büdcədən , özəlliklə, savaş adamlarına- qazilərə, şəhidlərə , pensiyaçılara
ayrılan halal pensiyanın, pulun, sosial yardımın.. haramlıqla yeyilməsinə bəlkə “halal hökumət” son
qoya bildi. Yoxsa yurdun halal süd əmmiş oğullarının halal pensiyalarının cüziliyi bir yana, hələ üstəlik
maliyyə, sosial, pensiya məmurlarının da haram yeminə çevrilməsi faktdır.
Büdcə xərclərinin halallıqdan qıraq bölgüsünə baxın, zabit Qarabağ qazisinin vəzifə maaşı , pensiyası
(ortalıq 500 manat) Heydər Əliyev Mərkəzinin xadiməsinin donluğundan ( 1002 manat) iki dəfə azdır.
Başqa misal: Şəhidin 11 min manatlıq qanpulu hara, deputatın , hakimin və s. 140 min manatlıq
sığorta pulu hara! Halal (süd əmmiş) şəhid dövlətə belə ucuzdur? Axı hərbi xidmətin dövlət
qulluğunun xüsusi növü olmasını “Dövlət qulluğu haqqında” qanun doğrulayır! Bəs niyə qazi,
şəhidlərin təminat xərcliyinə- əməkhaqqılarına deputatların, hakimlərin, digər dövlət qulluqçularının
maaşlarına əməkhaqqıları miqdarında əlavə hesablanmır? Biz hələ onu demirik ki, 05.11.2022-ci il
tarixli qanunla deputat korpusu qazilərin, əlillərin, şəhidlərin əvvəl tutmuş olduqları vəzifələr üzrə
əməkhaqqılarının artırılması əsasında pensiyalarının bu artıma uyğun hesablanmasını nəzərdə tutan
“Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsini ləğv etdi. Niyə? Heç demə, hərbi xidmətə
yararsız əlil-qazi, cənnətdə vətənin “hərbi xidməti”ndə dayanan ŞƏHİD dövlətə məcburi sığorta
haqqı ödəmirmiş!(?) Buna da şükür, yaxşı ki, hələ indiyədək əlil-şəhidlikdən sonrakı artımlar əsasında
aldıqlarını geriyə tələb etmirlər. Konstitusiyanın buna yol vermədiyini iddia edənlər yanılırlar. Nədən
pensiya orqanları nə qanun tanıyır, nə Konstitusiya. Bir də gördün, Konstitusiyanı da dəyişdirdilər.
Yeri gəlmişkən, elə hərbi pensiyaçıların, əlil, şəhidlərin xidmətdən sonra məcburi sığorta ödəməməsi
nədəni ilə pensiyalarının artırılmasının yolverilməzliyini Konstitusiya Məhkəməsi Plenumu 15.05.2020
tarixli Qərarla qət edib. İki il yarım sonra- Böyük Zəfərin 2-ci ildönümündə Milli Məclis son nöqtəni
qoyub. Əlil, şəhidlərin halal qanpuluları- pensiyaları haramlıqla azaldılıb, daha doğrusu “baltalanıb”.
MM-də müzakirələr Böyük Zəfərin 3-cü ilinə düşür. Zəfərin halal yiyələrini – qaziləri, şəhidləri maddi
anlamda hələ ki yada salan yoxdur. Şəhid, qazilərin halal pullarına dəyməsinlər, artım özlərinə qalsın.
Elə-belə söz deyil bu. Fikir verin, Zəfərdən növbəti ayda 2020-ci ilin 30 dekabrında qazilərin “Əmək
pensiyaları haqqında” qanunun 19-cu maddəsi ilə 15 il haqq etdikləri, lakin verilməyən 55,77 və 110
manatlıq halal müavinətləri ləğv edildi və pensiya orqanı hətta məhkəmə qərarı ilə pensiyasına əlavə
əldə edənlərin hallal haqqını yeyir; 2021-ci ilin 23 dekabrında Zəfərin bir illiyində Prezidentin 1525
saylı fərmanı ilə vəzifə maaşlarına 20 faizlik əlavə müəyyən edilən əlil, şəhid ailələrinə bu fərman
tətbiq edilmədi ki, “əlavə artım demək deyil”. 2022-ci ilin 5 noyabrında- Zəfərin 2-ci ilində ,
vurğuladığımız kimi, 29.2 maddəsi ləğv olundu və bu qanun geriyə- bir il qabaqkı prezident fərmanına
tətbiq olundu. Bu yol heç məhkəməyə müraciət etməyə də kobud qadağa qoyuldu, DSMF-də
Konstitusiyaya zidd olaraq yaradılan Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialın -39 saylı vəkil
bürosunun 30 vəkil-dövlət işçisi qazi-şəhidlərin halal pulunu yeməklərinin qarşılığında pensiyaçı qazi,
şəhid ailələrinin məhkəmə təminatı hüququna da qeyri-prosessual qadağa qoyub. Qazi-şəhidlərin
halal pulu, pensiyası haram məqsədlərə xərclənməkdə davam edir.
Görəsən, vətənin halal balalarının halal pensiyalarına haram gözlə baxılmasına son qoyulacaqmı?
Kolbasa , dərman “halallıq” alıb, hökumət- maliyyə, sosial müdafiə, hüquq , icra, qanun, məhkəmə
orqanları hələ də qazilərin halal haqlarına halallıq vermir.
Dərman , elm kimi, milli-dini , halal-haram ola bilməz. Amma hökumət mütləq milli, xəlqi olmalıdır,
halal olmalıdır, halal!
Məğrur Bədəlsoy - DİA.AZ
Bu gün, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Bu gün, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Bu gün, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Bu gün, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Bu gün, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Bu gün, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Bu gün, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Bu gün, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...