AQTA-nın ilginc OYUNBAZLIĞI... - BU NƏDİ BELƏ?!
Sosial
Oxunub: 96
28 okt 2023 | 17:24
AQTA-nın ilginc OYUNBAZLIĞI... - BU NƏDİ BELƏ?!


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində davamlı nəzarət tədbirləri həyata keçirir. Aşkarlanan uyğunsuzluqlarla əlaqədar heyvan kəsimi və ət satışı məntəqələri ilə bağlı inzibati tədbirlər görülür. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan şəxslərin barələrində protokol tərtib edilir.
Ancaq Agentliyin vaxtaşırı olaraq belə məlumatlar yaymağına rəğmən, qurumun yerlərdəki bəzi rəhbər və funksioner vəzifəli əməkdaşları rüşvət qarşılığında de-fakto yoxlama tədbirlərini keçirməyə də bilirlər.
Bu günlərdə Dəryaz qəzetinin redaksiyasına daxil olmuş məlumatda bildirilir ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları 50-100 manata «əti sağlamlaşdıran» möhürlü kağız satırlar.
Belə ki, Qazax rayonunda restoranlardan birində toy edən ev sahibi iri buynuzlu heyvan kəsərək övladının toyunu etmək istəyib. Lakin bu toy ona stress və əlavə xərc hesabına başa gəlib. Ev sahibi deyir: “İri buynuzlu heyvan kəsdim ki, qonaqların yeməyini hazırlatdırım. Toya 1saat qalmiş restoran sahibi gəldi ki, ətin sağlam olması ücun qida təhlükəsizliyi rəyi lazımdır, əks halda restoranda toy dayandırılacaq, qonaqlara yemək verilmələyəcək. Mən də yolunu öyrənəndə bildirdilər ki, 50 manatdan başlayaraq 100 manata kimi xərci var, pulunu verəcəksən, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşi möhürlü sənədə imza atıb sizə verəcək. Bununla da ətimiz sağlamlaşacaq. Əslində inanmadım, restoran sahibinin yönəltməsindən sonra qida təhlükəsizliyi mütəxəssisinin oturduğu ofisə adamlarımızdan göndərdik, möhurlü sənədimiz gəlsin, qonaqların yemək vaxtıdır, biabır olmayaq.
Nəticədə Qida Təhlükəsizliyi Agentliyinin Tovuz — Qazax Regional İdarəsinin Qazax kəsim məntəqəsində “xidmət edən” oturan mütəxəsisi Əmrahov X müəllim verəcəyi sənədə bir iri buynuzlu və xırdadırnaq heyvan yazmaqla (həmin toyda xırdadırnaq, yəni quzu əti nə kəsilib, nə də yemək kimi süfrəyə verilməyib) bizdən əvvəl 70 istədi, sonra 50 manat aldı.
Belə çıxır ki, qida təhlükəsizliyi mütəxəssisinin möhürlü sənədini restorana təqdim etdikdən dərhal sonra əgər ətdə hər hansı xəstəlik vardısa, zərərsizləşib yoxa çıxıb. O zaman cadu-piti, cindar və yaxud bəxt açan mollanın yazdığı duaları niyə məsxərəyə qoyuruq? Axı, dövlət qurumunun əməkdaşi ətə baxmadan belə möhürlü kağızla əti sağlamlasdırıb ehsanata keçirirlərsə, onda o dua yazanların bu mohür vuranlardan fərqi nədir? Bəlkə bu qurumda boşluq var, nəzarət yoxdur? Yoxsa, bu üsul kimlərəsə sərf edən variantda qazancdır? Daha maraqlı məqam isə odur ki, Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisinin verdiyi möhürlü sənəddə adı yazılan qəssab, sən demə, qəssab yox, musiqiçi imiş. Bunu da öyrəndikdə heyrətimi gizlədə bilmədim. Deyəsən Qida Təhlükəsizliyi Agentliyində həm də foksçular işləyirmiş…”
Agentliyin məsələyə münasibətini öyrənməyə çalışacağıq. //deryaz.az//
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
11-05-2024, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
11-05-2024, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
11-05-2024, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
11-05-2024, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
11-05-2024, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest