Gənclər Kitabxanasında şübhəli satınalma – Təmiri aparan kimdir?
Sosial
Oxunub: 117
26 okt 2023 | 22:50
Gənclər Kitabxanasında şübhəli satınalma – Təmiri aparan kimdir?


Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası cari ilin avqust ayının 31-də “qeyri yaşayış sahəsinin təmiri” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, smetası 13.000 manat olan bu satınalmada “SAFFİR – LL” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

“SAFFİR – LL” MMC Gənclər Kitabxanasının “qeyri yaşayış sahəsinin təmiri” lotu üzrə sifarişçi olduğu 69622 nömrəli satınalmanın elanından 15 gün əvvəl dövlət qeydiyyatına alınıb.

“SAFFİR – LL” MMC-nin hüquqi ünvanı qeyri-dəqiqdir – Saatlı şəhəri, M.Əliyev küçəsi ev 5, mənzil 0.

Şirkətin qanuni təmsilçisi Əliyev Xəyyam İlham oğludur.

Satınalma müqaviləsinin şərtlərinə görə “SAFFİR – LL” MMC Gənclər Kitabxanasında 1339 m2 sahədə divardakı çatları əl ilə təmizləməli, tavanın 428 m2 sahəsi suyadavamlı emulsiya ilə rəbgləməli, 50.9 m2 tavanda çat vermiş suvağı əl ilə dağıtmalı, metal tor çəkməli və 3.5 sm qalınlığında sement qum məhlulu qarışığı ilə suvamalıdır. Eyni zamanda şirkət Gənclər Kitabxanasında 6.3 m2 döşəmədə aşınmış laminat, dikt və taxta reykaları əl ilə sökməli, 8 mm ölçüdə laminatla yeniləməlidir.

On manat nizamnamə kapitalı olan “SAFFİR – LL” MMC-nin müvafiq lisenziyaları, maddi-texniki bazası, əmək müqaviləsi ilə çalışan işçi qüvvəsi, mühəndis heyəti və faktiki ünvanı barədə açıq internet resurslarında məlumat yoxdur.

Lisenziyaları, maddi-texniki bazası, əmək müqaviləsi ilə çalışan işçi qüvvəsi və mühəndis heyəti barədə açıq internet resurslarında heç bir məlumat olmayan, sifarişçi təşkilatın – Gənclər Kitabxanasının satınalma elanından 15 gün əvvəl dövlət qeydiyyatına alınan “SAFFİR – LL” MMC-nin hansı meyarlara əsasən qalib elan edilməsi bir sıra suallara yol açır.

Qlobal.az fəaliyyəti ilə bağlı açıq internet resurslarında heç bir məlumat olmayan, hüquqi ünvanı qeyrid dəqiq olan və satınalma elanından 15 gün əvvəl dövlət qeydiyyatına alınan “SAFFİR – LL” MMC-nin Gənclər Kitabxanasında bu işləri hansı resurslar hesabına aparacağı ilə bağlı məlumat yörənmək istəyib. Lakin Gənclər Kitabxanası bu barədə məlumat vermədi.

Qlobal.az Respublika Gənclər Kitabxanasının fəaliyyəti ilə bağlı Hesablama Palatasından da mövqe öyrənib.

Hesablama Palatasının informasiya məsələləri üzrə məsul şəxsi Tamerlan Yusifzadənin açıqlamasında deyilir: “Azərbaycan Respublikası Hesablama Palatası tərfindən 2022-2023-cü illərdə Respublika Gənclər Kitabxanasında audit həyata keçirilməmişdir”.

Qeyd edək ki, Respublika Gənclər Kitabxanası 1928-ci ildən fəaliyyətə başlayıb. 1937-ci ildə Respublika Gənclər Kitabxanasına tanınmış dramaturq Cəfər Cabbarlının adı verilib.

Kitabxanada yeddi şöbə, bir oxu zalı fəaliyyət göstərir.

Xatırladaq ki, Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərovdur. O, 2022-ci ilin yanvar ayında bu vəzifəyə təyin edilib.
Bu gün, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Bu gün, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Bu gün, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər