Məktəblərdə VAKANT YER HOQQABAZLIĞI... - BAZAR AÇIBLAR...
Sosial
Oxunub: 152
20 okt 2023 | 20:47
Məktəblərdə VAKANT YER HOQQABAZLIĞI... - BAZAR AÇIBLAR...


“Hər il MİQ müsabiqəsinin keçirildiyi ərəfədə və ondan sonrakı dönəmdə bu problem sosial şəbəkələrdə, təhsil səhifə və qruplarında bir xeyli müəllim tərəfindən qabardılır. Amma hər bir şikayətin ciddiyyətini, leqallığını göstərən detal onun söykəndiyi faktların olmasıdır. Məsələn, müəllim vakant yerlərin gizlədilməsi barəsində danışarkən hansı məktəbdə olduğunu desə də, hansı fənn üzrə, neçə saatlıq dərs yükünün vakant yerə çıxarılmadığını əsaslandıra bilmir. Elm və Təhsil Nazirliyi də mediadan bu mövzuda göndərilən sorğuları cavablandıran zaman əsasən, konkretliyin olmaması, faktların yetərsizliyini qeyd edir”.
Teref.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil tədqiqatçısı Elmin Nuri deyib. Onun sözlərinə görə məktəblərdə vakant yerlərin gizlədilməsi bağlı danışarkən bu problem əvvəlki illərlə müqayisədə, hazırda o qədər də çox yaşanmır. Çünki boş qalan dərs yükü vahid sistemə yüklənir və ona nəzarət mexanizmi tətbiq olunur. Amma yenə də “heç yoxdur” demək yanlışlıq olar:

“Təəssüf ki, bu problemi məktəblərdən tam yığışdırmaq olmayıb. Amma müsbətə doğru xeyli irəliləyişlər var. Artıq onlayn sistem, vakant yerlərin, boş saatların gizlədilməsinin qarşısını müəyyən qədər alır. Amma biz bu gün yenə də sosial şəbəkələrdə bununla bağlı şikayətlər eşitməkdəyik. Doğrudur, onların böyük əksəriyyəti ümumi xarakterlidir. Müəllimlər vakant yerlərin gizlədilməsi ilə bağlı şikayətlərini əsaslandıra bilmir. Əsaslandırılmış və konkret fakta söykənən şikayət materialına isə yerli regional təhsil idarələri tərəfindən gecikmədən müdaxilə edilir. Yerli regional təhsil idarəsinin inspektorları tərəfindən elə aidiyyatı məktəbdəcə araşdırılır.

Bu məsələdə çox vacib bir detala diqqət etmək lazımdır: Nazirlər Kabinetinin 2010-cu ildə qəbul edilmiş 215 nömrəli qərarı ilə müəllimin dərs yükü norması 18 saatdır. Bir müəllim bu normanın 2 mislində, yəni 36 saata qədər dərs apara bilər. Bir çox hallarda ən azı 18 saat dərs yükü lazımdır ki, vakansiya çıxarılsın. Məsələn, 28 saat dərs yüküdür, burada 18 saat müəllimin normasıdır, 10 saat isə artıqdır, belə olan təqdirdə məktəb direktoru bunu çıxartmaya bilər. Amma bu o demək deyil ki, yerdə qalan 10, 6 ,yaxud 8 saatlıq dərs yükü tamamilə kənarda qalmış olsun. Bu dərs yükünün ya müəllimlərin yerdəyişməsi müsabiqəsi, ya da növbəti MİQ üçün müsabiqəyə çıxarılması daha ədalətli və şəffaf addımdır. Dərs yükü normasından əlavə hesab edilən bu saatlarla bağlı bəzən qeyri-loyal addımlar atılır ki, bu da haqlı narazılıqlara səbəb olur. Amma bu təbii ki, birbaşa vakant yerlərin gizlədilməsi ilə bağlı şikayət motivi ola bilməz”.
Bu gün, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Bu gün, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Bu gün, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər