“Kiçik çilə” niyə soyuq olur?
Sosial
Oxunub: 1 179
25 yan 2016 | 09:46
“Kiçik çilə” niyə soyuq olur?











Belə mərasimlərdən biri “çilə qarpızı” ilə əlaqədardır

Rəvayətə görə, çilələr qışın oğullarıdır. Çilələr həm də Novruza qədərki qışdan çıxmaq mərhələləri hesab edilir. Daha çox davam edən “Böyük çilə” 40, “Kiçik çilə” 20 gün, bundan sonra isə 1 ay davam edən "boz ay" olur.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutundan Trend-ə verilən məlumata görə, Azərbaycanın bəzi bölgələrində böyük çilədən çıxıb kiçik çiləyə keçəndə müəyyən mərasimlər keçirilir.

Belə mərasimlərdən biri “çilə qarpızı” ilə əlaqədardır.

Adətə görə, xüsusi yerlərdə yaydan saxlanılan "çilə qarpızları" kəsilir və ailənin bütün üzvləri bu təamdan dadır.

Kiçik çilənin birinci ongünlüyündə isə Xıdır Nəbi bayramı keçirilir: “Xıdır Nəbi bərəkət rəmzidir. Xalqın istəyi odur ki, qışdan çıxandan sonra yeni il onlar üçün bolluq və bərəkət gətirsin. Ona görə də Xıdır Nəbi bayramında xüsusi mərasimlər keçirilir: qovurğa qovrulur, qovut çəkilir və bu qovut qaba çəkilib bir tərəfə qoyulur ki, Xıdır Nəbi gəlib ona əlini çəksin və həmin il bolluq olsun”.

AMEA-nın Coğrafiya İnstitutundan isə Trend-ə bildirilib ki, qışın böyük və kiçik çilələrinin olması məsələsi yalnız Azərbaycan xalqı üçün xarakterikdir. Başqa xalqlarda qış bu formada mərhələlərə bölünmür.

İnstitutdan əlavə edilib ki, dekabrın 22-dən başlayaraq yanvarın 30-da bitən, təqribən 40 gün davam edən “Böyük çilə” dövründə hava tədricən soyuqlaşsa da, kəskin soyuqlar müşahidə edilmir. Eyni zamanda, güclü küləklər olsa da, onların intensivliyi az olur:

“Azərbaycanda qışda ölkə ərazisinə yalnız arktik hava kütlələri daxil olanda hava soyuq keçir. Yanvarın sonunda temperatur bir qədər yüksək olanda havanın atmosfer təzyiqi aşağı düşür. Nəticədə də şimaldan daha soyuq hava kütlələri daxil olur”.

İnstitutdan qeyd edilib ki, iyirmi gün davam edən “Kiçik çilə” isə fevralın əvvəlindən başlayaraq, fevralın 20-dək müşahidə edilir: “Həqiqətən də “Kiçik çilə” “Böyük çilə”yə nisbətən həmişə daha soyuq, sərt olması ilə diqqəti cəlb edir.

“Kiçik çilə”də havanın temperaturunun düşməsində daha çox kəskinlik müşahidə edilir, yağış və qar daha çox yağır. Yanvarın sonunda havanın temperaturu nisbətən mülayim olsa da, fevralda temperatur daha kəskin aşağı düşür. Bəzən elə olur ki, həmin dövrdə bəzi ağaclar tumurcuqlayır, amma fevralda kəskin soyuq onların hamısını məhv edir”.

İnstitutdan bildirilib ki, “Kiçik çilə”nin daha soyuq olduğu bildirilsə də, bu, elmi əsaslara söykənmir. Azərbaycanda məhz “Kiçik çilə”nin hansı səbəbdən daha soyuq keçməsinin səbəbini elmi əsaslarla izah etməkdən ötrü hər hansı elmi araşdırma aparılmayıb. Çilələrdə havaların necə keçməsi ilə bağlı fikirlər sadəcə, xalq müşahidələrinin nəticələridir.
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
21-09-2026, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?