Həbs olunan gün Rüfət Səfərovun səsini gizli yazıb, kimə göndəriblər? - ŞOK İDDİA
Sosial
Oxunub: 1 358
23 yan 2016 | 23:23
Həbs olunan gün Rüfət Səfərovun səsini gizli yazıb, kimə göndəriblər? - ŞOK İDDİA








Sabiq müstəntiq, istefa ərizəsi ilə vəzifəsindən çıxıb müxalifətə keçdiyini bəyan edən, YAP-çı Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovun ev dustaqlığı davam edir. R.Səfərov azadlığa çıxdığı gündən etibarən mediaya hər hansı açıqlama verməkdən imtina edir

Buna səbəb onun üzərindəki məhkəmə qərarıdır. Amma prosesi yaxından izləyən mənbənin musavat.com-a verdiyi məlumata görə , onun həbs olunduğu gün hər şey qəribə məcrada baş verib.

Mənbənin bildirdiyinə görə, R.Səfərovu Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəis müavini zəng edərək idarəyə çağırıb. R.Səfərov ondan bu çağırışın rəsmi və ya qeyri-rəsmi olmasını dəqiqləşdirməyə çalışanda sabiq müstəntiqə “gəl dostcasına söhbət edək” deyilib. Bundan başqa, onun açılan cinayət işi üzrə şahid qismində dindiriləcəyi də bildirilb.

O da vəkilsiz, olduqca rahat şəkildə idarəyə gedib. İdarədə onunla vəd etdikləri kimi "dostcasına" danışıblar. Təbii ki, ilk növbədə istefasının və onun ardınca verdiyi bəyanatların səbəbləri soruşulub. R.Səfərov da bu günə qədər media vasitəsilə dediyi bütün fikirləri bir daha təkrarlayıb. R.Səfərov burada da öz fikirlərini olduqca sərt ifadələrlə səsləndirib.

Mənbə iddia edir ki, 5-10 dəqiqə davam edən söhbət təsadüfi xarakter daşımayıb. "R.Səfərovun dedikləri canlı yayımla prokurorluq orqanının rəhbərliyinə dinlətdirilib. “Prosluşka” bitəndən sonra isə rəis müavini otaqdan çıxıb, yarım saatdan sonra əlində həbs barədə təqdimatla geri qayıdıb. Ardınca isə R.Səfərovun həbsinə sanksiya verilib".

Mənbənin iddiasına görə, R.Səfərovun məhz sözügedən idarəyə çağırılıb dindirilməsi də “prosluşka”nın baş tutması məqsədilə planlaşdırılıb: "Çünki həmin idarədə bu əməliyyat üçün lazımi avadanlıqlar olub".

Həbsdən bir gün sonra isə şahidlərlə üzləşdirmə olub. Mənbə deyir ki, 60 gün ərzində cəmi iki “zərərçəkən”in tapılması, üstəlik, onların da ifadələrində özlərini dolaşdırması əməliyyatın uğursuz aparıldığının sübutu olub. Bundan başqa, iş üzrə hər hansı şahidin olmaması da diqqətçəkən qanun pozuntusu olub.

Hazırda isə R.Səfərova mediaya danışmamaqla bağlı sərt göstəriş verilib. Sabiq müstəntiq bu səbəbdən ona gələn telefon zənglərini cavablandırmır. İlk gün öz fikirlərini sosial şəbəkə vasitəsilə yayan R.Səfərov atasının onun hesabına daxil olub, statusunu silməsinə görə də ilk gün qəzəblənib və bununla bağlı bir-birinin ardınca iki status paylaşıb.

Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib.

Məhkəmənin qərarına əsasən R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.
Bu gün, 10:06
"Bakının azad edilməsi dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu" - XİN
Bu gün, 10:01
Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib
Bu gün, 09:47
Bilik gününə belə başladılar - FOTOLAR
Bu gün, 09:38
Sentyabrın 15-i Bakıda nəqliyyat İMTAHANI: Avtobus gözləyən insanların səbri daşdı - FOTOLAR
Bu gün, 09:33
"Kurtlar Vadisi" Kozinoğlunun ölümünü əvvəlcədən necə bilib? – Ssenaristlərdən ŞOK İFADƏ
Bu gün, 09:27
Emin Əmrullayev şagirdləri təbrik etdi
Bu gün, 09:21
Bu yollarda “Yaşıl dalğa” rejimi tətbiq edilir
Bu gün, 09:13
Türkiyənin ən yaxın 5 dostu müəyyənləşdi – Sorğudan maraqlı nəticələr
Bu gün, 09:08
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Bu gün, 09:00
Azərbaycanda Bilik Günüdür
Dünən, 18:42
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb
Dünən, 18:37
İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi
Dünən, 16:00
ABŞ-nin keçmiş kəşfiyyat şefindən 44 günlük savaşa tarixi qiymət – “Ustalıqla təhlil edilib”
Dünən, 15:30
“Müsəlmanlıqdan çıxın, pravoslavlığı qəbul edin” – Rusiyada 10 günə 100 min özbək ölkəni tərk etdi
Dünən, 13:42
Əli Nağıyev Çinə getdi - Foto
Dünən, 13:36
ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq
Dünən, 12:39
Bulvarda suyun səthi təmizlənir
Dünən, 12:35
Dini liderlər Azərbaycan Prezidentinə müraciət etdilər
Dünən, 12:30
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olundu
Dünən, 12:00
Dünyada neft şoku - Ərəblərin əsas kəməri sıradan çıxdı
Dünən, 11:21
Bakıda sabah xaos gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ
Dünən, 10:49
SON DƏQİQƏ! “Bakı Metropoliteni” məlumat yaydı
Dünən, 10:37
180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
Dünən, 10:28
Rusiya Ermənistana qaz idxalını dayandırır
Dünən, 09:58
Bakıda TDT Müsəlman dini liderlərinin 7-ci Görüşü keçirilir
Dünən, 09:51
Yol polisindən yeni tədris ilinin başlanılması ilə bağlı MÜRACİƏT
Dünən, 09:38
Ermənistanda “qara qu quşu” ssenarisi: Güc strukturları bir-biri ilə toqquşdu