Xətaidə məcburi köçkünlərin acınacaqlı durumu: “Bizi köçürməmiş...” - REPORTAJ, FOTO
Xətai rayonu, Xəqani Rüstəmov küçəsi 12/10 ünvanında, bir neçə ailə tikilməkdə olan çoxmərtəbəli binaların əhatəsində qalıb.
Musavat.com-a şikayət edən sakinlər təhlükə ilə üz-üzə olduqlarını bildiriblər.
Ətrafda aparılan irimiqyaslı tikinti işləri burada yaşayan ailələrin həyat şəraitini çətinləşdirib, məhəllə xarabalığa çevrilib. Toz-torpaq, kanalizasiya suları ərazini xəstəlik mənbəyinə çevrilib. Evlərdə rütubət və üfunət iyindən durmaq olmur. Söküntü işlərinin pərakəndə aparılması ərazidə gəmirici heyvanların məskən salmasına səbəb olub.
Sakinlər dəfələrlə bu vəziyyətlə bağlı Xətai Rayon İcra Hakimiyyətinin qarşısında toplaşaraq, etirazlarını bildiriblər. Lakin icra nümayəndələri problemə biganə yanaşıblar. Ərazidə yaşayan sakinlərin bir qismi köçürülsə də, ondan çox ailə prosesdən kənarda qalıb və onların şikayətləri qulaqardına vurulub. İcra nümayəndələri həmin ailələrə kompensasiya və ya mənzillə təmin olunacaqları vədini versələr də, artıq 2 ilə yaxındır ki, köçürülmə prosesi dayandırılıb.
Söküntünün qalıqları altında, şəraitsiz daxmalarda yaşayan sakinlər köçürülmələrini tələb edirlər.
Musavat.com-un əməkdaşı sakinlərlə görüşərək, onların problemlərini dinləyib.
Füzuli rayonundan məcburi köçkün olan Fədakar Babayev müxbirimizə düşdükləri acınacaqlı durumdan danışıb: “2013-cü ildə Xətai Rayonu İcra Hakimiyyəti tərəfindən məhəllədə yaşayan ailələrə kompensasiya və ya mənzil veriləcəyini dedilər. Lakin köçürülmə pərakəndə şəkildə aparıldığından sakinlərin narazılığına səbəb oldu. O zaman heç bir tikinti yox idi. Ailələrin bir qismini köçürərək, əraziləri hasarlayırdılar. Yaşayış olduğu halda başımızın üstündə çoxmərtəbəli bina inşa etdilər və 2 ilə yaxındır ki, hələ də təmir işləri davam edir. Dəfələrlə tikintiyə nəzarət edən şəxsə etirazımızı bildirsək də, əhəmiyyət verməyib. Xətai Rayonu İcra Hakimiyyəti isə onların sözünü deyir”.
Adının çəkilməsini istəməyən şəxs köçürülmə zamanı İcra Hakimiyyəti nümayəndələri tərəfindən məhəllə sakinlərinə təzyiq göstərildiyini dedi: “Bu ərazidə torpağın 1 sotunun qiyməti 60-70 min manat civarındadır. Deyilənə görə, İcra Hakimiyyəti buranı camaatdan alaraq, baha qiymətə satmaq niyyətində imiş. Hazırda da kompensasiya verilib, köçürülən ailələrin evlərinin yerində çoxmərtəbəli bina tikilir. Adını bilməsək də, tikintinin vəzifəli bir şəxsə aid olduğunu eşitmişik. Bu səbəbdən icra nümayəndələri prosesi tezləşdirmək üçün 40 min manatdan evləri tələsik aldılar. Kompensasiya ilə razılaşanların pulunu verib, razılaşmayanları isə hədə-qorxu gələrək, köçürməyə nail oldular. İcra nümayəndələri bir neçə ailəni məcburi halda “it ölən” yerlərə, bir neçə ailəni Biləcəri qəsəbəsində yerləşən binanın zirzəmisinə köçürdülər. Kimini zirzəmilərə yerləşdirdilər, kimisinə isə yarımçıq kompensasiya verərək köçürdülər. Köçməyənlərə isə fiziki təzyiq göstərərək, əşyalarını çölə atırdılar. Onlar da məcbur olaraq köçdülər. Evlərindən zorla köçürülənlərin internetdə videoları da yayılmışdı. Hazırda cəmi 5 ailə qalmışıq. Bizə bütün ailələri köçürəcəklərini demişdilər, lakin görünən odur ki, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri özlərinə lazım olan ərazini əldə etdikdən sonra fikirlərindən daşındılar. Dörd tərəfimizi viran qoyaraq, bizi bezdirib, çıxarmaq niyyətləri var. Bir sözlə, şəxsi mənfəətləri üçün köçürülmə həyata keçirdilər. Gördüyünüz kimi, hər tərəfimiz zibil tullantıları, söküntü qalıqlarıdır. Bir ildən artıqdır ki, bizimlə maraqlanan yoxdur. Qalmışıq, bu xarabalıqlarda… Aparılan tikinti işləri isə günümüzü qara edib. Təmiz havaya həsrət qalmışıq”.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kamran İsmayılovla əlaqə saxladıq.
O, adıçəkilən ərazidə yaşayanlara Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitənin nəzarət etdiyini, tikinti işlərinin isə “Azəryolservis” ASC tərəfindən aparıldığını bildirdi: “Köçürülmə prosesini Xətai Rayon İcra Hakmiyyəti, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri ilə birgə aparılıb. Məndə olan məlumata görə, ailələri mənzillərlə təmin ediblər. Lakin bütün bunlara adını çəkdiyim qurumlar nəzarət edirlər”.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov məsələnin araşdırılacağını və bu barədə məlumat veriləcəyini bildirdi.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə bildirdi ki, təmsil etdiyi qurum tərəfindən Xaqani Rüstəmov küçəsinin yenidən qurulması ilə bağlı işlər aparılır: “Yol tikintisinin altına düşən ərazidə yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi yerli icra hakimiyyəti orqanına tapşılırıb. “Azəryolservis” ASC köçürmə ilə məşğul deyil”.
http://musavat.com

Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
21-09-2026, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?