Nizaminin icra başçısı sahibkarlardan pul yığır? - İDDİA
Sosial
Oxunub: 1 061
21 yan 2016 | 15:20
Nizaminin icra başçısı sahibkarlardan pul yığır? - İDDİA










Ötən il ölkə prezidenti İlham Əliyev dəfələrlə dövlət qurumlarına xəbərdarlıq edərək sahibkarlara qarşı qanunsuz əməllərə son qoymağı, səbəbsiz yoxlamalara, sahibkarlardan icra başçılarının sahibkarlardan haqq almasına və digər neqativ hallara son verməyi ən qəti şəkildə məmurlardan tələb edib

Ötən ilin oktyabr ayında Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən alınması ilə başladılan "MTN işi" əməliyyatının da, dövlət başçısının məhz sahibkarlara qarşı olan təzyiqləri ortadan qaldırmaq məqsədi ilə başlatdığı da sirr deyil. Ümumilikdə isə ötən il sahibkarların məmur özbaşınalıqlarından qorunması üçün bir sıra ciddi addımlar atılıb. Bu addımlar sahibkarların ölkə iqtisadiyyatına daha böyük töhvələr verə bilməsi üçün stimul rolu oynamaqdadır.

Lakin çox təəssüflə qeyd etməliyik ki, ölkə prezidenti İlham Əliyevin ən qəti şəkildə tapşırıqlar verməsinə baxmayraq, hələ də bəzi məmurlar, icra hakimiyyəti başçıları sahibkarları incitməkdən, onların halal gəlirlərinə əl qoymaqdan əl çəkmirlər. Bəlli səbəbədən adının açıqlanmasını istəmyən sahibkarın AzMedia.info-ya ünvanladığı məktubda bildirilir ki, Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Nizami rayonununa başçı təyin olunduğu qısa zaman ərzində rayonda fəaliyyət göstərən sahibkarlara qarşı qanunsuz təzyiqlər həddindən artıq artıb.

Şikayətçi bildirir ki, cəmi 5 aydır Nizami rayonununa rəhbərlik etməsinə baxmayraq, Arif Qasımov sahibkarlara "göz verir, işıq vermir". İddiaya əsasən icra başçısı sahibkarlardan icra hakimiyyətinin təsərrüfatı şöbəsinin müdiri Tariyel Tahirovun vasitəsi ilə aylıq "haqq" tələb edir. Bundan imtina edən sahibkarlara isə ən müxtəlif yollarla təzyiq olunur.

Qeyd edək ki, azmedia.info-nun Nizami rayonunda apardığı araşdırma zamanı digər mənbələr də iddianı təsdiqləyib. Saytın əməkdaşının əlaqə saxladığı sahibkarların bəziləri açıq söhbət etməkdən qorxsalar da, bəzi sahibkarlar bildiriblər ki, faktiki olaraq Arif Qasımovun yaxın adamları rayonda mütəşəkkil dəstə yaradıb. Rayonun biznes sahələrini əhatə edən ərazilər Arif Qasımov tərəfindən mütəşəkkil dəstə arasında bölüşdürdüyü deyilir.

Qeyd edək ki, iddialarla bağlı Nizami rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə cəhd etdik. Telefon zəngimizi cavablandıran icra hakimiyyətinin işçisi özünü təqdim etmədən bildirdi ki, iddilar tamamilə şər və böhtandan ibarətdir və icra hakimiyyəti böhtan xarakterli məsələlərə mövqe bildirmir.
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
21-09-2026, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?