Nazir: İstedadlı məzunların işə cəlb edilməsi prioritet məsələ olmalıdır
Mikayıl Cabbarov Dünya Təhsil Forumunda çıxış edib
Təhsil sistemi tədris və öyrənmənin ümumi keyfiyyəti üzərində cəmləşməli, istedadlı məzunların işə cəlb edilməsi prioritet məsələ olmalıdır.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, bunu təhsil naziri Mikayıl Cabbarov Londonda keçirilən Dünya Təhsil Forumunda çıxışı zamanı deyib.
Bu sahədə Azərbaycan təcrübəsini bölüşən nazir bildirib ki, 2013-cü ildən Azərbaycan Təhsil Nazirliyi mərkəzləşdirilmiş şəffaf imtahan sistemi ilə müəllimlərin işə qəbulu prosesinə başlayıb.
Nazir deyib ki, Azərbaycanda müəllim peşəsinin nüfuzunun artırılması ?Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası?nın əsas hədəflərindəndir. Ali məktəblərə qəbul imtahanında yüksək nəticə qazanan məzunları müəllimlik ixtisasına təşviq edən təqaüd proqramı, modul üzrə ixtisasartırmanın təşkili, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi bu sahədə keyfiyyətcə yeni mərhələnin başladığından xəbər verir.
Nazir qeyd edib ki, 2015-ci il bütün ölkələr üçün təhsildə inkişaf hədəflərini müəyyən etmək, tədris sistemində 2030-cu ilədək davamlı inkişafı təmin etmək baxımından model il olub.
Təhsil sistemində daxili islahatların, ikitərəfli və çoxtərəfli mübadilələrin təmin edilməsi başlıca məqsədlərdəndir. Bu çərçivədə kurikulum və təkmilləşdirilmiş tədris metodologiyalarının mübadiləsini nümunə göstərmək olar.
Təhsil naziri Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Birləşmiş Krallıqda təhsil alan bir qrup tələbə ilə görüşüb. Nazir Azərbaycanda həyata keçirilən təhsil sahəsində islahatlar və yeniliklər barədə məlumat verərək tələbələrin təhsili ilə maraqlanıb və onlara uğurlar arzulayıb.
Səfər çərçivəsində təhsil naziri 2015-ci ildə beynəlxalq QS reytinqində təhsil məktəbləri arasında 1-ci yeri tutmuş UCL Təhsil İnstitutunun direktoru Endryu Broun ilə görüşdə ölkəmizdə müəllim hazırlığı və təkmilləşdirilməsi sahəsində əməkdaşlıq imkanları müzakirə edib.
M.Cabbarov Rusiyanın təhsil və elm naziri Dmitri Livanovla ilə görüşdə rusiyalı həmkarının ötən ilin 19-21 noyabr tarixlərində ölkəmizə rəsmi səfərinin hər iki tərəf üçün məhsuldar və faydalı keçdiyini bildirib, təhsil müəssisələrinə nəzarət və təhsilin müxtəlif səviyyələrində təhsilalanların biliklərinin qiymətləndirilməsi sahəsində qarşılıqlı təcrübə mübadiləsi və digər maraq doğuran məsələlərə dair müzakirələr aparıb.
Qeyd edək ki, 18-20 yanvar tarixlərində keçirilən Forum dünyanın 80-dən çox ölkəsinin təhsil nazir və nazir müavinləri, aparıcı ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatların və müxtəlif sahələrdə ixtisaslaşan özəl şirkətlərin nümayəndələrini bir araya toplayıb.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü