?Alfa med? bir qutu dərmanı Bakıda xəstələrə 1000 manata satırmış
Xəbər verildiyi kimi, son günlər Azərbaycanda süni qiymət artımına görə xeli iş adamı saxlanılıb. Saxlanılan iş adamlarıından biri də barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilmiş ?Alfa med? MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyevdir
Baş Prokurorluğun yanvarın 12-də yaydığı məlumata görə, Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ?161 - Qaynar xətt? əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində ?Alfa med? Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə meneceri İbadulla Hüseynov tərəfindən ?Grateziano? dərman vasitəsinin dəyərindən dəfələrlə artıq qiymətə satması müəyyən edilib. Cəmiyyətin anbarına aparılmış baxış zamanı külli miqdarda gömrük bəyannaməsi olmayan dərmanlar aşkar olunub.
?Alfa med? MMC-nin ofisinə baxış zamanı bir sıra zəruri sənədlər, dərman nümunələri, həmin dərmanların müvafiq sənədləşmə olmadan satışının həyata keçirilməsi, müxtəlif şəxslər vasitəsi ilə qanunsuz olaraq satılması, şirkətdə qara muhasibatlığın aparılmasına dair mühüm əhəmiyyət kəsb edən kitablar və digər qeydlər aşkar edilərək götürülüb.
Toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 308.1 və 200.1-ci maddələri ilə cinayət işi başlanmaqla ?Alfa med? MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyev və satış ücrə menecer İbadulla Hüseynov saxlanılıb.
Modern.az saytı bu məsələ ilə bağlı araşdırma apararkən, məlum hadisəyə qədər ?Alfa med? firmasının Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi 31C ünvanında yerləşən ofisindən ?Grateziano? dərman preparatları almış xəstələrdən onun satış qiymətini dəqiqləşdirə bilib.
Məlum olub ki, ?Alfa med? firması ?Grateziano? dərmanının bir qutusunu xəstələrə 21 dekabr 2015-ci il devalvasiyasına qədər 800-850 manata satıbsa, dollar bahalaşandan sonra dərmanın qiymətini 1000 manata qaldırıb.
Araşdırmalar göstərir ki, ?Alfamed? MMC-nin əsas fəaliyyəti ?Grateziano? dərman vasitəsinin Azərbaycana idxalı və satışı ilə bağlıdır.
?Grateziano? pereparatı Heptatit C virusuna qarşı güclü dərmanlardan hesab olunur. Həkimlər xəstələrə bu dərmanı 3 aylıq müalicə kursu müddətinə yazırlar.
?Alfa med? MMC ?Grateziano? pereparatını Azərbaycana Misirdən idxal edirmiş. ?Grateziano?nun bir qutusu 28 həbdən ibarətdir və onun 1000 manata satılması Azərbaycan reallığı üçün xeyli baha hesab olunur.
Maraqlıdır ki, 2015-ci il iyunun 16-da Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınan ?Grateziano?nun qiyməti Tarif Şurası tərəfindən tənzimlənən dərmanlar sırasında da daxil edilməməsi sual doğurur...
Görünür ki, ?Alfa med? MMC bundan istifadə edərək qiyməti qaldırıb.
Yeri gəlmişkən, son illər kəşf olunan tərkibi "sofosbuvir"dan ibarət olan ?Grateziano? dərmanı sayəsində 3 ayliq müalicə ilə Hepatit C tam sağala bilir. Yetər ki, xəstəlik vaxtinda aşkar olunsun. Xatırladaq ki, Hepatit C ağır xəstəlikdir. Müalicə edilmədikdə xəstə qaraciyər serrozuna mübtəla olur, daha sonra ölümlə üzləşir.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü