Rafael Səfərov “doğrunun bağrını yarmaq” istəyir
Sosial / Video
Oxunub: 1 389
25 avq 2023 | 15:18
Rafael Səfərov “doğrunun bağrını yarmaq” istəyir





Qubadlı rayonu, Əliquluuşağı kənd sakini, hal-hazırda Sumqayıt şəhəri, 16-cı mikrarayon, ev 1558 ünvanında yaşayan Qəhramanov Sakit Manaf oğlu media vasitəsilə ölkə başçısına, birinci vitse-prezidentə, baş nazirə, parlament sədrinə, güc strukturları rəhbərlərinə, ombudsmana açıq müraciət edərək, Rafael Səfərov adlı şəxs tərəfindən Bakı şəhəri, Sabuncu qəsəbəsi, Yeni küçəsi 8 ünvanında yerləşən obyektinin fırıldaq yolu ilə əlindən alındığından şikayətlənib.
Şikayətçinin sözlərinə görə Rafael Səfərov saxta yolla obyektə sənəd düzəltdirib və satıb, lakin onun pulunu qaytarmaq istəmir: “Mənə bildirib ki, obyektimi 3 ( üç ) milyon manata satıb, 3 oğlunu Daxili İşlər Nazirliyinə işə düzəldib, aptek və bir neçə obyektlər alıb. Məni, bunun təkidi ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinidə aparıblar və məlum olandan sonra ki, mən haqlı olan tərəfəm, onların yanında söz verib ki, mənə 40 (qırx) min manat pulu ilkin olaraq ödəyəcək. Lakin gətirib mənə 5 (beş) min manat qaytardı və dedi ki, qalanını da qaytaracam. Lakin, yenə mənə hədə-qorxu gəlir və mənə məxsus olan pulları qaytarmaq fikri yoxdur. Səfərov Rafael mənə bildirib ki, dəfələrlə hüquq-mühafizə orqanlarına və Ali Məhkəmənin hakiminə 10 (on) min manatdan başlayaraq, 100 (yüz) min manatadək rüşvət olaraq pul ödəyib. Bu isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 312-ci maddəsinə əsasən cinayət sayılır. Məndə Səfərov Rafaelin səs yazıları var və o yazılarda, mənə borclu olduğunu təsdiqləyir. Lakin, buna baxmayaraq, nədənsə hüquq-mühafizə orqanları və məhkəmə sistemi buna qarşı heç bir tədbir görmürlər”.
Sakit Qəhrəmanov həmçinin pulunu geri alacağı halda öz növbəsində halal pulumdan Heydər Əliyev Fonduna ianə köçürəcəyini vəd edib.
Şikayətçinin təqdim etdiyi səs yazılarından birində R.Səfərov əksinə, S.Qəhrəmanovun ona 5000 (beş min) dollar borclu olduğunu söyləyir və ona evinin ünvanını bildirib təklif edir ki, gedib onun qapısının zəngini bassın, şəkli kameraya düşsün. Aydın məsələdir ki, R.Səfərov S.Qəhrəmanovu şərləmək istəyir. Etiraf edir ki, İsmayıllıda klinikası, oteli, Bakıda çoxlu sayda obyektləri var, amma bütün bunlara Sakitin pulu ilə deyil, başqa mənbələrdən əldə etdiyi gəlirlə yiyələnib. R.Səfərov qismən etiraf edir ki, S.Qəhrəmanova məxsus obyektin satılmasında vasitəçi olub, amma pulu ala bilməməsində Sakitin özünü günahlandırır.
İbrahim Hümbətov
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib