Azərbaycan Ordusunda məvaciblər aşağı salındı ? 30-50 faiz
Sosial
Oxunub: 1 076
15 yan 2016 | 22:27
Azərbaycan Ordusunda məvaciblər aşağı salındı ? 30-50 faiz











Bu ilin yanvar ayından etibarən Müdafiə Nazirliyinin tabeliyində olan onlarla hərbi hissədə xidmət edən minlərlə hərbi qulluqçunun məvacibi 30-50 faiz civarında aşağı salınıb

Bu barədə ?Xəzər? Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute) Azərbaycanın Silahlı Qüvvələri Baş Qərargahındakı mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, sözügedən qərar Silahlı Qüvvələrin 3 mindən artıq zabit və gizirini əhatə edir. Belə ki, həmin zabit və gizirlərin məvacibləri 2016-cı ilin yanvar ayından etibarən müxtəlif səviyyədə aşağı salınıb. Bəzilərinin məvacibləri 30-50 faiz azaldılıb, bəzilərinin əmək haqqısı isə iki qatdan bir qata keçirilib.

Maraqlıdır ki, bu barədə hərbçilərin əksəriyyətinə məlumat verilməyib. Baş Qərargahdakı mənbə bunu Silahlı Qüvvələrin şəxsi heyətində ajiotajın yarana biləcəyi ehtimalı ilə əlaqələndirib. Mənbə bildirib ki, Müdafiə Nazirliyinin baş aparatında və Baş Qərargahda orta vəzifələr tutan onlarla yüksək rütbəli zabitin bir çoxusu yaxın vaxtlarda indiki vəzifəsi ilə vidalaşacaq və onlar müxtəlif hərbi hissələrə ? daha aşağı vəzifələrə göndəriləcəklər. Sözsüz ki, onların məvacibləri daha az olacaq.

Mənbə bildirib ki, son iki ay ərzində ? dekabr və yanvar aylarında Müdafiə Nazirliyinin tərkibindəki bir sıra hərbi birləşmələr ləğv edilib, eyni zamanda Korpusların rəhbərliyində ixtisarlara start verilib. Yaxın vaxtlarda Silahlı Qüvvələrdə ciddi ştat-struktur dəyişiklikləri gözlənilir. ?Məqsəd orduda idarəetmə aparatındakı heyətin sayını azaltmaq və bununla da hərbi xərclərə müəyyən qədər qənaət etməkdir? , ? deyə mənbə bildirib.

Bütün bu dəyişikliklər neftin qiymətinin aşağı düşməsi və Azərbaycan manatının devalvasiyası ilə əlaqələndirilir. Verilən məlumatlara görə, Silahlı Qüvvələrə aid hərbi hissələrdə tikinti və təmir-bərpa işlərinin əksəriyyətinin təxirə salınması barədə qərar verilib. Eyni zamanda zabit və gizirlər üçün mənzillərin tikintisi prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Bütün bunlarla yanaşı 2016-cı ildə Silahlı Qüvvələrin həyata keçirəcəyi hərbi təlimlərin sayının azaldıldığı bildirilir.

Hərbçilərə və ehtiyatda olan minlərlə hərbi qulluqçuya müxtəlif ödənişlərin verilməsi prosesində də fasilələr yaranıb. Bununla bağlı ciddi narazılıqlar özünü göstərir.

Yaxın vaxtlarda Azərbaycan Silahlı Qüvvələrinin ehtiyacları üçün xaricdən silah və hərbi texnika alınması prosesində də ciddi dəyişikliklərin olması gözlənilir.
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
21-09-2026, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?