"İstanbul"da restoran adı altına əxlaqsızlıq yuvası: "HAQQIMIZI VERİRİK..."
Sosial
Oxunub: 1 295
12 yan 2016 | 23:07
"İstanbul"da restoran adı altına əxlaqsızlıq yuvası: "HAQQIMIZI VERİRİK..."










İnsan Alverinə Qarşı Mübarizə İdarəsi "fil qulağın"da yatıb, yoxsa... ???

Bir müddət əvvəl Daxili İşlər naziri cənab Ramil Usubovun imzaladığı sərəncamla İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Cavad Şıxəliyev vəzifəsindən çıxarılaraq, bu vəzifəyə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində rəis müavini olmuş polkovnik Şərif Əsədullayev təyin edilib. Qeyd etmək lazımdır ki, bu təyinatla bağlı Bakının Binəqədi rayon sakinlərinin böyük ümidləri var. Şikayət edən rayon sakinləri onları uzun müddətdən bəri narahat edən bir problemə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin yeni rəhbərliyinin də diqqətini cəlb etməyə çalışırlar.

Problem İstanbul otelidir. Əslində bu sadəcə İstanbul kafesi kimi qeydiyyata alınıb. Lakin mahiyyət etibarı ilə bunun əslində heç bir önəmi yoxdur. Çünki İstanbul otelinin fəaliyyət növünü ən dürüst əks etdirən yeganə bir ad var ki, bu da əxlaqsızlıq yuvasıdır. Təəssüflər olsun ki, bu günə qədər Bakının Binəqədi rayonunda yerləşən İstanbul hotelinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsinə hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmək mümkün deyil. Əldə olunan tək nəticə Vergilər Nazirliyi tərəfindən İstanbulda müvafiq yoxlamanın keçirilməsi olmuşdur. Həmin obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar olunmuş və vergi ödəyicisi barəsində Vergi Məcəlləsinə müvafiq qaydada 02.12.2013-cü il tarixli akt tərtib edilmişdir. Lakin, aşkar olunan qayda pozuntuları İstanbul hotelinin fəaliyyətində müşahidə oluna biləcək qanunsuzluqların bəlkə də ən bəsitidir. Müxtəlif mənbələrdən aldığımız məlumatlarda İstanbul hotelində müştərilərə təklif olunan intim xidmətlərin qiymət preyskurantından tutmuş, bu xidmətlər üçün cəlb olunan insan resurslarının obyektə gətirilmə sxeminə qədər bütün incəliklər öz əksini tapır. Həmin məlumatlar isə dəfələrlə Binəqədi Rayon Polis İdarəsinə, Binəqədi Rayon Prokurorluğuna və İinsan Alverinə Qarşı Mübarizə İdarəsinə təqdim eilib. Lakin bütün bunların heç bir nəticəsi olmayıb. Əvvəlcə Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Nazim İmanov tərəfindən 24.10.2013 tarixində Binəqədi RPİ-nin rəisi, polis polkovniki Ağalar Məhərrəmova ünvanlanmış rəsmi müraciət ünvanlandı. Həmin müraciətdə təqdim olunan məlumatlar əsasında müvafiq tədbirlərin görülməsi tövsiyyə olunurdu.

Dövlət orqanlarının məmurlarının əxalqsızlıq yuvalarının sahibləri ilə işbirliyi ölkədə əməlli-başlı özbaşınalığa, insanların əşya kimi satılmasına gətirib çıxarmışdır. Dünyanın üç böyük cinayətindən biri olan insan alveri bəzən şəhərin mərkəzində, sakinlərin gözü önündə baş verir. Bundan əlbəttə bütün hüquq mühafizə orqanları xəbərdardır. Lakin, heç bir iş görülmür.

Bununla belə əksər hallarda biz hətta hüquq-mühafizə orqanlarının da onların fəaliyyətinin qarşısının alınması üçün kifayət qədər səy göstərmədiklərini görürük. Bəzi həllarda isə yüksək rütbəli polis əməkdaşları belə obyektlərə hətta himayədarlıq etməkdə ittiham olunurlar. Qeyd olunduğu kimi İstanbul oteli Binəqədi RPİ-nin cəmi bir neçə yüz metrliyində yerləşir. Buna baxmayaraq RPİ nədənsə bu əxlaqsızlıq yuvasının fəaliyyəti ilə bağlı yaranmış vəziyyətə müdaxilə etmir. Bu gün isə Binəqədi rayon sakinləri nəhayət ki, İstanbul hotelinin sahiblərinə qarşı lazımi ölçülərin götürüləcəyinə inanırlar. Öz növbəmizdə biz də İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Şərif Əsədullayevin bu məsələdə xüsusi qətiyyət nümayiş etdirəcəyinə inanırıq.

Bu gedişlə artıq az bir müddətdən sonra ölkəmizdə yeni təsnifatda hüquq-mühafizə orqanlarının, daha dəqiq desək, əxlaq polisinin yaradılmasına dair təkliflərin müzakirəsinə başlanmalı olacaq. Belə ki, bugünkü reallıqlar nə rayon polis idarələrinin, nə prokurorluq orqanlarının, nə də İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin bir çox əxlaqsızlıq yuvalarının fəaliyyətini durdurmaq iqtidarında olmadığını nümayiş etdirirlər. Digər tərəfdən isə bu xüsusda yaranmış vəziyyətin şəhər və bölgələrimizdə, konkret ərazilərdə yaşayan vətəndaşların hüquqlarını pozması da acı bir reallıqdır.

Əldə olunan məlumatlarda Bakının Binəqədi rayon sakinlərinin də artıq uzun müddətdən bəri belə bir problemlə üz-üzə qaldıqlarından bəhs olunur. Müxtəlif mənbələrdən aldığımız məlumatlarda İstanbul hotelində müştərilərə təklif olunan intim xidmətlərin qiymət preyskurantından tutmuş, bu xidmətlər üçün cəlb olunan insan resurslarının obyektə gətirilmə sxeminə qədər bütün incəliklər öz əksini tapmışdır. Artıq qeyd olunduğu kimi bu obyektə gələnlərin əksəriyyəti məhz intim xidmətlərə olan tələbatlarını ödəmək məqsədi güdürlər. İstanbul otelinin rəhbərliyi isə bu kimi tələbatların qarşılanması məqsədilə müştərilərinə tam servis paketi təklif edir.
Belə ki, qiymət baxımından müştəri ilə razılığa gəlindikdən sonra məhz otelin xüsusi ayrılmış əməkdaşı sonrakı prosesləri təmin edir. Məxsusi olaraq bu işlər üçün ayrılmış Niyazi adlı bir şəxs əvvəlcə müəyyən yüngül əxlaqlı qadınlarla telefon vasitəsilə əlaqəyə girir. Sonra isə KİA markalı avtomobillə gedərək həmin qadınları İstanbula gətirir. Bu zaman müştəridən bilavasitə otaq üçün alınan pullar birbaşa otelin rəhbərliyinə çatır. Yəni bu pul üzərində bölgü yoxdur. Amma intim xidməti göstərən qadınlara verilən pullardan isə, artıq həm rəhbərlik, həm də vasitəçi Niyazi öz faizlərini alırlar. Daxil olan məlumatlarda obyektin sahibi kimi təqdim olunan Akif adlı şəxsin oteli öz qardaşı oğlu Samirə icarəyə verdiyi bildirilir.

Həmçinin məlumatlarda qeyd olunur ki, bir çox digər analoji pritonlar kimi bu restoran da müştərilərinə təklif etdiyi şübhəli xidmətlərin yüksək keyfiyyəti ilə seçilmir. Xidmətlərin mahiyyəti barədə yaranan şübhələr isə ciddi əsaslara malikdir. Bu kimi məlumatlar dəfələrlə Binəqədi Rayon Polis İdarəsinə, Binəqədi Rayon Prokurorluğuna və İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə təqdim edilib. Lakin problem hələ də öz həllini tapa bilmir. Binəqədi RPİ nədənsə bu pritonun fəaliyyəti ilə bağlı yaranmış vəziyyətə müdaxilə etmir. Rayon sakinləri onları uzun müddətdən bəri narahat edən problemə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin yeni rəhbərliyinin də diqqətini cəlb etmək istəmişdilər. Lakin bu gün artıq bu qurumun da İstanbul oteli ilə bağlı yaranmış vəziyyətə müdaxilə imkanlarının məhdudluğu özünü aşkar göstərir.

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyində baş vermiş dəyişiklik, idarənin İstanbul probleminə münasibətində heç bir dəyişikliyə səbəb olmamışdır. Həmçinin bu biabırçılığa son qoymaq üçün Bakı Şəhər Baş Polis İdarəsi və yaxud da Daxili İşlər Nazirliyinin digər müvafiq idarələri tərəfindən də hələ ki, heç bir tədbir görülmür. İstanbul otelinin sahiblərinin sözlərinə görə isə, polis orqanlarının bu liberallığını təmin edən səbəb, obyektə yoxlamaya gələn əməkdaşlara vaxtında və yerində olunan hörmətdir
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
21-09-2026, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?