36 SAYLI TSEK-DƏ MƏNDƏN RÜŞVƏT ISTƏNILIR - CAVID MƏMMƏDOV (MÜRACİƏT)

Zərdab rayonu H.Zərdabi küçəsi ev 4 sakini İsrafilzadə Təbriz Aqil oğlu 36 saylı Tibbi Sosial Ekspert Komissiyasının vəzifəli şəxsi ondan rüşvət istəməsi ilə əlaqədar redaksiyamıza müraciət edib. Redaksiyamız həmin şikayətcinin müraciətin olduğu kimi təqdim edir:
"36 saylı Tibbi Sosial Ekspert Komisiyasından mənə əlillik dərəcəsi təyin edilməsi üçün məndən rüşvət istəyirlər.Mən isə həqiqətəndə xəstəyəm ki, buna görə də qanunla mənə əlillik dərəcəsi təuyin edilməlidir.Belə ki, 2012-ci ilin aprel ayı tarixində Zərdab Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərildim . 407 saylı hərbi hissədə hərbi xidmət keçdiyim vaxt bədənimin hərarəti yüksəldi deyə hərbi hospitala yerləşdirildim. Orada müayinə edildikdə ürəyimdə çat olduğu müəyyən edildi.Stasionar müalicə edildikdən sonra hərbi xidmətə yararsız olduğum üçün hərbi xidmət keçməkdən təxris edildim. Bunu təsdiq edən bütün sənədləri mənə təqdim etdilər. Buna görə mənə Bakıda Bankdan 2500 manat kompensasiya verildi. Bankdan mənə bildirildi ki, əlillik dərəcəsi təyin ediləcəksə sənə əlavə 4000 manat da kompensasiya ödəniləcək. Xəstəliyimin ciddi olmasına görə əlillik dərəcəsi təyin edilməsi üçün 36 saylı Tibbi Sosial Ekspert Komissiyasına müraciət etdim. Həmin vaxt orada bir nəfər üzdən tanıdığım əməkdaş məndən 4000 manat pul istədi ki, mənə əlillik dərəcəsi təyin etsin. Ona imkansız olduğumu və əlillik təyin ediləcəyi halda mənə əlavə 4000 manat kompensasiya veriləcəyini dedikdə mənə bildirdi ki, get həmin pulu al gətir ver bizə bundan sonra sənə əlilik dərəcəsi təyin edim.Bankdan isə bildirildi ki, həmin 4000 manat kompensasiyanı sənə əlillik dərəcəsi təyin edildikdən sonra ödəniləcək.Buna görə də 36 saylı Tibbi Sosial Ekspert Komissiyası mənə əlillik dərəcəsi düşməməsinə dair qərar çıxartdı. Ancaq istədikləri rüşvəti versəydim mənə sağlam və ya xəstə olmağımdan asılı olmayaraq əlillik dərəcəsi təyin edəcəydilər.Şəxsən konkret adamlar tanıyıram ki, tam sağlam olsalarda 36 saylı TSEK-na rüşvət verib əlillik dərəcəsi alıblar.Həmin adamlar obyektiv müayinə edilsələr onlarda təyin edilən xəstəliklər mövcud olmayacaq. Mən həqiqi xəstəyəm buna görə də mənə qanunda nəzərdə tutulan qaydada əlilik dərəcəsi təyin edilməlidir.Ancaq 36 saylı Tibbi Sosial Ekspert Komisiyasına istədikləri rüşvəti verməyə imkanım olmadığı üçün bu hüququmdan məhrum olmuşam. Buna görə də şikayət ərizəm tam, hərtərəfli və obyektiv araşdırılıb qanunu tədbirlər görülməlidir.
36 saylı TSEK-də məndən rüşvət istənilir - Cavid Məmmədov (MÜRACİƏT)Mən bu korrupsiya cinayəti barəsində Prezident cənab İlham Əliyevə , Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri cənab Ramiz Mehdiyevə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə, Əmək və Əhalini9n Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova şikayət ərizələri ilə müraciət etmişəm.Həmin şəxslərə mətbuat vasitəsi ilə də müraciət edib xahiş edirəm ki, qanunsuzluq faktını tam, hərtərəfli və obyektiv araşdırıb korrupsiyaya qurşanmış 36 saylı Tibbi Sosial Ekspert Komissiyasının əməkdaşları barədə ciddi tədbirlər görəsiniz..."

Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
21-09-2026, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?