ADAU-nun rəhbərliyi RÜŞVƏT VƏ KORRUPSİYADA İTTİHAM OLUNUR - ŞOK İDDİALAR
Sosial
Oxunub: 179
23 fev 2023 | 20:24
ADAU-nun rəhbərliyi RÜŞVƏT VƏ KORRUPSİYADA İTTİHAM OLUNUR - ŞOK İDDİALAR


Bir əsrə yaxın yaşı olan Azərbaycan Dövlət Aqrar Universitetində hazırda tutduğu vəzifəyə layiq olmayan çoxlu şəxslər var Hazırda rektor vəzifəsini icra edən Zəfər Qurbanovun bu şəxslərlə məşğul olmağa nə vaxtı yoxdur, nə də gücü çatmır. Məhərrəm Hüseynov universitetimizdə uzun müddət dekan işləyib. 2009-cu ildən “Maliyyə və iqtisadi nəzəriyyə” kafedrasının müdiridir. Korrupsiya üstündə bir dəfə bıçaqlanıb, 12 bıçaq zərbəsi alıb. Amma yenə də korrupsiya əməllərinə davam etməkdədir.

Bu sözləri Tribunainfo.az göndərdiyi şikayət məktubunda Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup professor müəllim heyəti yazıb. Prezidentə müraciət şəklində yazılan şikayət məktubunda bildirilib ki, universitetdə uzun müddətdir ki, özbaşınnalıq baş alıb gedir:

“Asəf Qasımov, bəli, İqtisadiyyat fakültəsində Asəf deyilən “kaşelyok” ləqəbli dekan var. İmtahanlar başlayan kimi tələbələrdən pul yığmağa başlayır, pul müqabilində tələbələri aylığa buraxır. Onun dekan olduğu fakültədə korrupsiya pik həddə çatıb.

Musa Bayramov keçmiş rektor İbrahim Cəfərovun yaxın adamlarından biridir. Onun kafedra müdiri təyin olunması rektorun hər dediyinə əməl etməsi, hətta müxtəlif maddi maxinasiyalara qol çəkməsi ilə bağlı idi. Musa Bayramovun adı həm narkotika alverində, həm korrupsiyada, həm də plagiatda hallanır. Musa Bayramovun qardaşı narkotik maddələrin satışı ilə əlaqədar bir müddət bundan əvvəl həbs olunub. Musa Bayramov illər əvvəl rus alimlərinin iki dərsliyini plagiat yolu ilə birləşdirib və mənimsəyib, əvəzində elmi rəzalət yaradaraq “oğurladığı” məhsulu “Kənd Təsərrüfatı ekologiyasından praktikum” adlı dərs vəsaitinə çevirib. İllər əvvəl isə bu əməlinə görə kafedra müdirliyindən qovulub. Və onun həmin kafedra müdirliyinə ilk seçkisində elmi adı və elmi dərəcəsi də olmayıb, sadəcə baş müəllim olub.

Telman Musayev – bu şəxs isə Musa Bayramovun yaxın dostudur, həm də ADAU-nun tələbə qəbulu üzrə məsul katibidir. Onun adı da Müəllimlər İnstitutuna saxta tələbə qəbulunda, saxta diplom satışında, habelə müxtəlif valideynləri aldadıb, onlardan pul alaraq guya onların övladlarını müxtəlif ali məktəblərə qəbul etdirəcəkləri ilə bağlı yalandan vədlər verməkdə hallanır. Əgər abituriyentlər ali məktəbə öz bacarıqları ilə qəbul olursa, onda onların bu nailiyyətini Musa Bayramov və Telman Musayev öz adına çıxarır, DİM-də tapşırdığını iddia edir. Əks halda isə valideynlərə, narahat olmayın, bir az gözləyin, həll ediləcək deyir, diplomunu verdirəcəm deyir.
Aydın İsayev – bu şəxs 5-ci sinif həcmində elementar savadı olmayan bir adamdır, ayaqqabı alverçisi olmağına baxmayaraq həm də kafedra müdiridir. Əlavə dil bilmir, kompyuterdən başı çıxmır, elektron resurs tanımır, lakin vaxt gələcək o da müdafiə edib professor olacaq və kurs işini daha baha qiymətə satacaq. Çünki onu ancaq satmaq, alver maraqlandırır. Aydın İsayev kafedra müdiri olmaq üçün kifayət qədər pul verdiyi üçün istəyir ki, bir ildə verdiyi pulu çıxarsın (kursavoy satır, magistrlərdən pul yığır, kafedrada deyirlər “ölü can” saxlayıb pulunu alır).

Famil Nəsibov – ötən ay korrupsiyaya qarşı aparılan əməliyyatlar çərçivəsində həbs olundu. Baytarlıq fakültəsinin dekanı, professor idi. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları onun üstündə 7000 manat pul tutmuşdu, hətta üstündə nömrəli pullar aşkar olunmuşdu. Həbs olunmasından bir neçə gün sonra dərhal ev dustaqlığına buraxıldı. İndi bu şəxs ev dustaqlığında olmasına baxmayaraq, şəhədə istədiyi kimi gəzir və yenidən dekan olmaq iddiasındadır. Famil Nəsibov əslən göyçəli olmaqla Xaçmaz Rayon İcra Başçısı Elnur Rzayevlə dayıoğlu, bibioğludur. Elnur Rzayevin digər qardaşı Bayandur Rzayev Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisidir. Bütün bu göyçəliləri İnam Kərimov ətrafına yığıb. Famil Nəsibov həm də ADAU-nun yeni rektor əvəzi Zəfər Qurbanovun yaxınıdır.

Nazim Nadirov universitetdə kafedra müdiri işlədiyi dövrdə maşın trakor parkını tamamilə satıb dağıtdı. Tələbələrdən külli miqdarda rüşvət yığdı. Rektor əvəzi Zəfər Qurbanovun yanında iclas zamanı öz kafedra yoldaşı, professor Qurban Əliyev bu şəxsi elmdən bixəbər, alverçi və rüşvətxor kimi xarakterizə etdi. Bu adam İnam Kərimov tərəfindən göyçəli olduğu üçün Aqromexanika Elmi Tədqiqat İnstitutuna direktor təyin olunmaq üzrədir. Digər tərəfdən Nazim Nadirov keçmiş icra başçısı Elmar Vəliyevin də qohumudur. Belə ki, Nazim Nadirovun bibisi Hərbi Prokuror Xanlar Vəliyevin həyat yoldaşıdır”.

Şikayətçilər bildirib ki, bir müddət bundan öncə Tədris şöbəsinin müdiri Elay Zeynallı, Keyfiyyət Təminatı və Strateji İnkişaf şöbəsinin müdiri Mehman Kərimov, Elm şöbəsinin müdiri Elçin Nəsirov və Gəncə Dövlət Universitetinin Xarici əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədovun əxlaqsız işlərlə məşğul olması xəbəri kütləvi informasiya vasitələrində yayımlanmışdı:

“Bu şəxslər sabiq rektor İbrahim Cəfərovun hal-hazırda universitetdə olan agentləridir. Bunlar demək olar ki, hər gün İbrahim Cəfərovun yanına gedir, universitetdə baş verənlərlə bağlı onu məlumatlandırır. Bir neçə gün bundan öncə İbrahim Cəfərovun iş yerində keçirilən yubiley tədbirlərində də iştirak etmişlər.

Bu siyahını yenə də uzatmaq olar. Bir Universitetdə ki, ayaqqabı satan, narkotik satan, kartof satan, ət satan, dovğa satan, alma satan və paltar satan kadrlar kafedraya – təhsilə və elmə rəhbərlik edir, onda buradan heç nə gözləyə bilmərik. Çünki, yaxın gələcəkdə də bu şəxslər elmlər doktoru, professor olacaqlar. Bu şəxslərin Universitetdə çalışması belə Azərbaycan Dövlət Aqrar Universitetinə hörmətsizlikdir, təhqirdir, bu şəxslərlə, bu kadrlarla hansı təhsildən danışmaq olar?

Cənab Prezident! Bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin idarə olunmasında böyük problemlər var. Zəfər Qurbanov bunların öhdəsindən gələ bilmir və bu şəxslərə gücü çatmır.
Xahiş edirik, bu barədə ölçü götürülməsi üçün əlaqədar təşkilatlara lazımi göstəriş verəsiniz”.

Yazıda adı hallanan tərəflərin də fikirlərini işıqlandırmağa hazırıq. //Tribunainfo.az//
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu