AMEA prezidentindən BAŞDANSOVDU ADDIM - "Axı sizi nə məcbur edir ki, belə edəsiniz?"
Sosial
Oxunub: 113
17 fev 2023 | 21:18
AMEA prezidentindən BAŞDANSOVDU ADDIM - "Axı sizi nə məcbur edir ki, belə edəsiniz?"


Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev” ili elan olunub. İl çərçivəsində ümummilli liderlə bağlı ölkə miqyasında əhəmiyyətli tədbirlər həyata keçirilməlidir. Bu tədbirlərin fonunda ulu öndərin həyat və fəaliyyəti haqqında yeni məqalələr işıq üzü görməli, elmi-praktik konfranslar keçirilməli, eləcə də digər müxtəlif tədbirlər reallaşdırılmalıdır. Əlbəttə, burada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) da üzərinə xeyli məsuliyyət düşür. Belə ki, Akademiyanın ayrı-ayrı humanitar institutları, elm adamları və yaradıcı qurumları tərəfindən aidiyyəti mövzularda layihələr həyata keçirilməlidir. Çox təəssüflər olsun ki, bu sahədə başdansovdu fəaliyyət hiss olunur. Xüsusilə AMEA kimi bir qurumun Heydər Əliyev haqqında qeyri-ciddi, peşəkarlıqdan uzaq fəaliyyəti ciddi qıcıq oyadır. Gəlin faktlardan birinə diqqət yetirək.

Bu ilin fevral ayının 14-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin imzası ilə “Azərbaycan” qəzetində “Heydər Əliyevin ədəbiyyat siyasəti və müasir dövr” adlı məqaləsi nəşr olunub. (https://azerbaijan-news.az/az/posts/detail/heyder-eliyevin-edebiyyat-siyaseti-ve-muasir-dovr-1676322059). İlk baxışdan məqaləyə nəzər saldıqda mövzunun nə qədər geniş və ideoloji xəttə uyğun olduğu sezilir. Amma kiçik araşdırmada, Heydər Əliyev irsi sahəsində ixtisaslaşan mütəxəsisslərin nəzərində bu boyda məqalə heçə enir. Çünki məqalə ümummilli lideri urvatdan salmaq məqsədi daşıyır, çox iyrənc şəkildə formalaşmış “copy paste” üslubu ilə biabırçı ənənə yaşanır.

Çünki “copy paste” üzrə püxtələşmiş akademik hələ bu məqaləni 2013-cü il iyunun 19-da “Xalq qəzeti”nin elektron versiyasında “Heydər Əliyevin ədəbiyyat siyasəti və müasir dövr” adı ilə dərc etdirib. (https://old.xalqqazeti.com/az/news/politics/35310). Elə həmin məqalədə yazılır: “Keçən əsrin 70-ci illərində Heydər Əliyevin Azərbaycanın bir qrup tanınmış dilçi alimlərini Muxtar Hüseynzadəni, Əlövsət Abdullayevi, Yusif Seyidovu, Ağaməli Həsənovu çoxcildlik Müasir Azərbaycan dili dərsliyinə görə respublikanın Dövlət mükafatı ilə təltif etməsi də elmi-ictimai və ədəbi-mədəni mühitdə ana dilinin mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edirdi. Bununla Heydər Əliyev hələ XVI əsrdə Şah İsmayıl Xətai ilə başlanan, zaman-zaman qabarıb-çəkilən ana dili siyasəti məsələsini ilk dəfə tam rəsmi olaraq dövlət siyasəti səviyyəsində həyata keçirməklə tamamlamışdır…

…Bundan başqa, millətin və ölkənin bütövlüyü düşüncəsinin cəmiyyətdə formalaşdırılmasında da Heydər Əliyev ədəbiyyat faktorundan məqsədyönlü şəkildə faydalanmışdır. XX əsrin yetmiş-səksəninci illərində Cənub mövzusunda yazılmış əsərlərə dövlət səviyyəsində bəslənilən loyal münasibətlərin kökündə Cənubi Azərbaycanla bağlı ictimai fikri formalaşdırmaq tendensiyası dayanırdı. Nəhayət, Azərbaycan dövlətinin rəhbəri Heydər Əliyevin 12 iyun 1981-ci ildə ölkə yazıçılarının VII qurultayındakı nitqində Cənub ədəbiyyatı ilə əlaqədar söylədiyi aşağıdakı fikirlər Cənubi Azərbaycanla ədəbi-mədəni əlaqələrin yaradılmasına, dəmirdən də möhkəm olan prinsiplər əsasında formalaşdırılmış məhdudiyyətlərin aradan qaldırılmasına münasib şərait yaratmışdır: “Respublika Yazıçılar İttifaqının tərkibində Cənubi Azərbaycandan olan ədəbiyyatçılar da məhsuldar işləyirlər. Yaradıcılıq ittifaqının rəhbərliyi onlara daim diqqət yetirməli, onların əsərlərini respublikada və respublikanın hüdudlarından kənarda geniş təbliğ etməlidir. Ümumiyyətlə, Cənubi Azərbaycanla ədəbi əlaqələri möhkəmləndirmək, mədəniyyətin və mənəvi yaradıcılığın bütün sahələrində geniş əlaqələri inkişaf etdirmək, bizdə toplanmış zəngin bədii-estetik təcrübəni qələm yoldaşlarına vermək barədə düşünmək lazımdır”.

Həmin mətn 10 il sonra yenidən “Azərbaycan” qəzetində yalnız girişi fərqləndirilməklə yenidən “dahiyanə” şəkildə oxucuların diqqətinə çatdırılır.

Sonradan məlum olur ki, ümumiyyətlə, bu yazı heç “Xalq qəzeti” üçün də hazırlanmayıb. Sən demə, akademikin müəllifi olduğu araşdırma elə onun öz təşəbbüsü ilə Heydər Əliyevin 90 illiyinə həsr olunan məqalələr toplusundan “çırpışdırılıb”. Həmin nəşrdəki “Heydər Əliyev: dövlətçilik təlimi və müasir dövr” adlı yazı toplunun 73-89-cu səhifələrində əks olunub. Həmin səhifələrdəki elmi məqalə “Heydər Əliyevin dövlətçilik təlmində ədəbiyyat siyasəti və müasirlik” adlanır. Elə həmin topludakı hissə girişi çıxmaq şərtilə nöqtəsinə, vergülünə toxunmadan eynidir.

Biabırçılıq ondadır ki, Heydər Əliyevin anadan olmasının 90 illiyilə 100 illiyi arasında bütöv bir dövr – 10 il durur. Bu, o deməkdir ki, İsa Həbibbəyli bu dövr ərzində özünə əziyyət verməyib hazır materialları yenidən “dövriyyəyə buraxmaqla” cəmiyyəti aldatmağa çalışır. Hörmətli akademik deyə bilər ki, bəs cənablar, KONKRET-az-ın Araşdırma Qrupu unudur ki, təkrar biliyin anasıdır. Biz bu məqalələri yenidən verməklə, diqqəti ulu öndərin fəaliyyətinə yönəldirik. Amma İsa Həbibbəyliyə ərz etmək lazımdır ki, məqalələrin tərtib edilməsinin qaydaları var. Əgər üstündən 10 il keçirsə, həmin yazı təkrar çapa hazırlanarkən xüsusi qeydlə verilməlidir. Və əlavə olunmalıdır ki, son 10 ildə də yeni araşdırmalar oxucuların diqqətinə çatdıralacaq.

Hörmətli akademik unudur ki, başdansovduluq, “copy-paste” əməliyyatları, birəbir köçürmələr və digər arzuolunmaz üslublar ideoloji prosesi məhv edir, onsuz da cəmiyyətdə formalaşmış zərərli yanaşmanı xərçəng xəstəliyinə çevirir. Odur ki, nə qədər gec deyil, dayanın, cənab akademik, sizdən sonra gələn nəsili belə vərdişlərə sövq etməyin, elmimizdə, ideologiyada köçürməçilik, məsuliyyətizlik xəstəliyini təşviq etməyin.

KONKRET-az
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu