Vətəndaşa külli miqdarda zərər vuran dələduz `iş adamı` azadlıqda... - Zərərçəkən şəxs süründürülür
Sosial
Oxunub: 118
16 fev 2023 | 21:18
Vətəndaşa külli miqdarda zərər vuran dələduz `iş adamı` azadlıqda... - Zərərçəkən şəxs süründürülür


Marketoloq Firdovsi Xəlilovun xeyli miqdarda pul vəsaiti özünü tikinti fəaliyyəti ilə məşğul olan iş adamı kimi tanıdan Türkiyə vətəndaşı Hakan Şəngül tərəfindən dələduzluq yolu ilə talanıb.

Bu barədə Yenicag.az-a marketoloqun özü məlumat verib.

Onun sözlərinə görə, 2020-ci ildə evinin tikintisi zamanı türkiyəki iş adamı Hakan Şəngül tərəfindən dələduzluğa məruz qalıb. Hakan Şəngül tikinti zamanı ondan müxtəlif adlarla pullar alıb, digər tərəfdən isə gətirdiyi fəhlələrin də zəhmət haqlarını mənimsəyib.

Hakan Şəngülün özü də istintaq zamanı verdiyi ifadələrdə Xəlilovun pulunu aldığını, onun aldadaraq vəsaitini mənimsədiyini təkzib etməyib. Bu barədə Xəlilov dəfələlərlə mediaya da müsahibələr verib. Lakin aparılan istintaq işlərinə barmaqarası və keyfiyyətsiz yanaşılıb, Hakan Şəngül heç bir məsuliyyətə cəlb edilməyib, vətəndaşa yetirdiyi zərər ödənməyib.

Halbuki dələduzluq faktına görə 30 avqust 2021-ci il tarixində Bakı şəhəri Xətai rayon prokuroru tərəfindən CM-nin 178.2.4-cü maddəsi ilə ibtidai istintaqın aparılması Xətai RPİ İŞ-nə həvalə edilib. 1.5 ildən artıq müddətdir iş üzrə ibtidai istintaq davam etdirilir və Hakan Şəngülün cinayət əməli zərərçəkmiş və şahid ifadələri, ekspert rəyi, üzləşdirmə istintaq hərəkətləri və digər dəlillərlə tam sübuta yetirilməsinə baxmayaraq, cinayət məsuliyyətinə cəlb edilməyib və ona qarşı ittiham elan olunmayıb.

İbtidai istintaqın səthi və keyfiyyətsiz aparılmasını təsdiq edən digər məqam isə iş üzrə araşdırılması zəruri hallara dair təqdim edilən çoxsaylı vəsatətlərin tədqiq edilməməsi, həmin vəsatətlərdə göstərilən istintaq hərəkətlərinin keçirilməsinin təmin olunmaması, ümumiyyətlə, vəsatətlərə cavab verilməməsidir. Bundan əlavə, cinayət prosesini həyata keçirən orqan tərəfindən Hakan Şəngülün haqqında Bakı şəhəri BPİ-nin İstintaq idarəsində, Nərimanov RPİ-nin İstintaq şöbəsində istintaq edilən cinayət işləri və cinayət təqibi üzrə materiallar tələb edilib öyrənilməyib, eyni şəxs barəsində cinayət təqibinin bir icraatda aparılmasına dair CPM-nin tələbi kobud şəkildə pozulub.

Nəticədə zərərçəkmiş şəxsə 28.000 (iyirmi səkkiz min manat) AZN miqdarında dəymiş ziyan ödənilməyib, vurulmuş maddi ziyanın ödənilməsi ilə əlaqədar zəruri prosessual hərəkətlər keçirilməyib. Hətta zərəçəkmiş şəxsə cinayət təqibinin gedişatı haqqında heç bir məlumat verilmir, zəruri prosessual qərar və sənədlərin surəti təqdim edilmir. Halbuki CPM-nin 48.1.2-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə icraat müstəntiq tərəfindən bu Məcəllədə nəzərdə tutulmuş müddətlərdə elə başlanmalı və qurtarmalıdır ki, zərərçəkmiş şəxs işlərinə baxılmasını və pozulmuş hüquqlarının bərpasını həddən artıq uzun müddət gözləməsin.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu