Əlil qadın nazirlikdən dəstək istəyir - VİDEO
Sosial / Video
Oxunub: 218
13 fev 2023 | 22:50
Əlil qadın nazirlikdən dəstək istəyir - VİDEO


3-cü qrup əliil bildirir ki, qızının dövlət xətti ilə xaricdə təhsil alması üçün "Goethe B1 "sertifikat imtahanından keçməsi vacibdir.
Bakı şəhər sakini Rahidə Rəhimovanın sağlamlıq imkanları məhdud qızı Zəhra Rəhimova ilə bağlı aidiyyatı dövlət qurumlarına ünvanladığı müraciətlər cavabsız qalıb. TEREF.AZ yazır ki, bu barədə Sputnik Azərbaycan-a şikayətçi özü məlumat verib. O, bildirib ki, yeniyetmə övladı Zəhra ilə kirayədə yaşayır. İki ildir ki, qızının müavinəti dayandırılıb: "Özüm 2011-ci ildən onkoloji xəstəyəm. 3-cü qrup əliləm. Müxtəlif xəstəliklərdən əziyyət çəkirəm. Nə qədər müraciət etsəm də, ünvanlı dövlət sosial yardımı ala bilmirəm. Qızım savadlıdır. Onun dövlət xətti ilə xaricdə təhsil alması üçün "Goethe B1 "sertifikat imtahanından keçməsi vacibdir. Buna görə isə 400 manat pul lazımdır. Bu pulu ödəməyə maddi imkanımız çatmır. Çox xahiş edirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizə bu vəsaiti ödəməyə maddi dəstək göstərsin".



Nazirlikdən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirildi ki, əlilliyi olan şəxs Rəhimova Rahidə Məcnun qızı əlilliyə görə aylıq sosial ödənişlə təmin olunur.
Əlilliyə görə sosial ödəniş əlillik müddətində ödənilir. R.Rəhimovanın qızı Rəhimova Zəhra Samir qızının da əlillik müddəti 14.06.2021-ci il tarixində başa çatıb və bundan sonra onun əlillik müddətinin uzadılması üçün e-sistemə heç bir göndəriş daxil edilməyib.
Ona görə də Z.Rəhimova qeydiyyatda olduğu tibb müəssisəsinə müraciət etməli və onunla bağlı e-sistemə göndəriş daxil edilməlidir ki, əlilliyinin qiymətləndirilməsi aparılsın.
R.Rəhimova ailəsinə ünvanlı sosial yardım təyin olunması üçün sonuncu dəfə 2018-ci ildə müraciət edib. Həmin müraciətində də yaşadığı ünvanı yanlış göstərib və qeyd etdiyi ünvanda yaşamadığı müəyyən edildiyindən yardım təyinatı mümkün olmayıb. Sonrakı 5 ildə isə ünvanlı dövlət sosial yardımla bağlı müraciət etməyib.
R.Rəhimova ilə məşğulluq orqanı tərəfindən bu gün əlaqə saxlanılıb, özü və qızı ərazi üzrə məşğulluq orqanına dəvət ediliblər. Onların məşğulluğunun təminatına köməklik edilməsi üçün müvafiq işlər aparılacaq.
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Dünən, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Dünən, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Dünən, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Dünən, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Dünən, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Dünən, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Dünən, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Dünən, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
6-05-2024, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
6-05-2024, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
6-05-2024, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
6-05-2024, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
6-05-2024, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
6-05-2024, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
6-05-2024, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
6-05-2024, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi