Vüsal Kərimlinin "bilet biznesi" - Dəyəri 11 qəpik olan dayanacaq bileti niyə 1 manata satılır?
Sosial
Oxunub: 152
13 fev 2023 | 23:39
Vüsal Kərimlinin "bilet biznesi" - Dəyəri 11 qəpik olan dayanacaq bileti niyə 1 manata satılır?


Bakı Nəqliyyat Agentliyi (BNA) qurumun balansında olan yeraltı avtomobil dayanacaqlarında avtonəqliyyat vasitələrinin giriş-çıxışını təmin etmək üçün istifadə olunan biletlərin satın alınması ilə bağlı müsabiqəyə yekun vurub.

Hurriyyet.az xəbər verir ki, satınalma müsabiqəsinin qalibi "Cardinalia Septem Group” MMC olub. BNA ilə şirkətin arasında bağlanan müqavilənin maliyyə dəyəri 23.600 manat təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Cardinalia Septem Group” MMC 4 may 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 29, mənzil 58-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abdullayev Saleh Zahir oğludur.

Şirkət 4 ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə haqqında heç bir məlumat yoxdur. Saleh Abdullayev də populyar sahibkar deyil. Yəni, onunla bağlı məlumatlara da rast gəlinmir.

Şirkətin nizamnamə kapitalının 5 AZN təşkil etməsi onun tender əməliyyatlarında iştirak üçün yaradıldığına şübhələri artırır.

Satınalma müsabiqənin şərtlərindən məlum olur ki, BNA 200.000 bilet alacaq. Nəzərə alsaq ki, bu sayda biletə görə 23.600 manat ödənilir, o zaman qurumun bir bileti 11 qəpiyə alması məlum olur. Amma yeraltı dayanacaqlarda 1 saat üçün biletin qiyməti ən azı 1 manatdır. Bu isə BNA-nın parking xidmətindən milyonlarla manat gəlir əldə etməsi deməkdir.

BNA 2015-ci ildə yaradılıb. 2016-cı ildən quruma Vüsal Kərimli rəhbərlik edir. Bir müddət əvvəl məlum olmuşdu ki, ölkədə icitmai nəqliyyata bilet satışı üzrə inhisarçı operator olan "K Group” MMC Vüsal Kərimlinin nəzarətindədir. Şirkətin hüquqi ünvanı BNA rəhbərinin qeydiyyatda olduğu evdə yerləşir.

FacebookTwitterWhatsAppTelegram
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu