Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi məhkəməyə təzyiq edir - ŞİKAYƏT
Sosial
Oxunub: 139
11 fev 2023 | 18:20
Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi məhkəməyə təzyiq edir - ŞİKAYƏT


Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi Mayıl Məmmədovun keçmiş kürəkəni Sadiq Poluzadə boşandığı həyat yoldaşı ilə arasındakı məhkəmə işinə qayınatasının müdaxilə etdiyini iddia edir.

S.Poluzadə "Qafqazinfo”ya müraciətində bildirib ki, həyat yoldaşından boşandıqdan sonra ona qarşı birgə nikah dövründə əldə edilən əmlakın bölüşdürülməsi iddiası ilə yeni məhkəmə icraatı başlanıb. Keçmiş həyat yoldaşı ona məxsus qızılların geri qaytarılmasını tələb edib.

Poluzadənin sözlərinə görə, həmin qızılları hələ boşanma ərəfəsində Məmmədovlar ailəsinə verib

"Bunu sübut edən videogörüntü də var. Videoda Mayıl Məmmədovun oğlu deyir ki, qızılları alıb öz evlərinə aparıblar. Mən bu videonu müstəqil fəaliyyət göstərən bir neçə ekspertiza mərkəzində ekspertizadan keçirmişəm, hamısı da videonun orijinal olması ilə bağlı rəy verib. Amma Mayıl Məmmədov vəzifə səlahiyyətlərinin ona verdiyi imkanlardan istifadə edərək Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə təzyiq edərək rəyin dəyişdirilməsinə nail olub və rəydə qeyd edilib ki, guya video montaj olunub. Məndən 64 min manat tələb edirlər. Halbuki mən kasıb adamam. 2019-cu ildə evlənəndə 15 minlik qızıl almışdıq. İndi bu qızıl necə bu qədər qiymətə mindi?"

Hazırda işə Xətai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyevin icraatında baxılır:

"Mayıl Məmmədov məni və ailəmi izlədir, bununla bağlı səs yazıları da var. Yaxın dostları vasitəsilə məhkəməyə müdaxilə edir. Hakim Şəhriyar Əliyev açıq-aşkar formada işə birtərəfli baxır. Əvvəlcə vəkilim İlqar Rüstəmovun orderi olduğu halda məhkəmə iclasına buraxılmadı. Hakim qanunvericliyin tələbinə zidd olaraq etibarnamə tələb edirdi. Növbəti iclasda hakimin işdə maraqlı olduğunu bildirərək rəsmi qaydada hakimə etiraz üçün vəsatət vermək istədiyimizi bildirəndə Şəhriyar Əliyev ərizəni rədd etdi.

Proses zamanı qarşı tərəfə sual verəndə hakim bizə deyir ki, "az sual verin, ayaqüstə dururlar, yorulurlar”. Biz vəsatət verəndə isə "otur aşağı, mən iclası belə aparıram” deyərək prosesin ədalətli aparılmasına imkan vermir. Bütün bunlar sadəcə iddia deyil, çünki məhkəmə prosesləri videogörüntü ilə aparılır və bu dediklərim hər biri qeydə alınır”.

Şikayətçi qeyd edib ki, prosesdə qeydə alınan pozuntularla bağlı Məhkəmə Hüquq Şurasına ərizə göndərsə də, hələ cavab verilməyib.

Keçmiş kürəkəninin ittihamları ilə bağlı Mayıl Məmmədovla əlaqə saxladıq. Onun sözlərinə görə, səslənən iddialar tamamilə şər-böhtan və şantaj xarakterlidir:

"Onun barəsində məhkəməyə müraciət etmişəm ki, məni şantaj edir. Bu, ailə arasında olan problemdir. Qızımı döyüblər, işgəncələr veriblər. Daha sonra ayrılıblar. Birgə nikah dövründə alınmış evi satıblar. Gəlin gedərkən qızımın apardığı cehizləri, mebelini belə qaytarmaq istəmirlər. Mən isə heç bir şey istəmədən ata kimi qızımı götürüb evə gətirmişəm. Bu işə mən qarışmamışam, qızım özü məhkəməyə müraciət edib”.

Məsələ ilə əlaqədar S.Poluzadənin keçmiş həyat yoldaşı ilə də əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı.
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Dünən, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Dünən, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Dünən, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
16-05-2024, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
16-05-2024, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"