Tahir Rzayevdən `Azercell`ə VİCDAN DƏRSİ... - AYIBDIR, VALLAH...
Sosial
Oxunub: 130
4 fev 2023 | 16:00
Tahir Rzayevdən `Azercell`ə VİCDAN DƏRSİ... - AYIBDIR, VALLAH...


Deputat şəhidi məhkəməyə verən “Azercell”ə səsləndi: “Hərəkətiniz ikrah doğurur, borcu ödəməyə hazıram! ”
Jamaz.info xəbər verir ki, Milli Məclisin deputatı Tahir Rzayev “Azercell”in Gəncədən olan Vətən müharibəsi şəhidi Məmmədov Araz Adil oğlunu məhkəməyə verməsinə etiraz edib.

T.Rzayev açıqlamasında “Azercell”in bu addımını pisləyib.

Deputat bildirib ki, şəhidi məhkməyə vermək qəbuledilən deyil: “Şəhid artıq Vətəni uğrunda öz canını fəda edib. Ən böyük mükafat onun canıdır ki, verdi. “Azercell”in bu hərəkəti ikrah doğuran hərəkətdir. Şəhidimizin borcu nə qədərdir ki? Bu borcu toplayıb, tez bir zamanda ödəmək olar. Yaxşı olardı ki, “Azercell” bu məsələni müvafiq orqanlara, Gəncənin icra nümayəndələrinə, yaxud hansısa sahibkara deyərdi. Onlar şəhidin borcunu təcili verərdilər. Bu məsələni məhkəmə qarşısında qaldırmaq insanların özlərinə hörmətsizlikdir, qayğı deyil. Şəhidlərimizin adını ucaltmalı, onları daim qiymətləndirməliyik, qiymətləndiririk də… Belə hallar olanda insanlarımız inciyirlər, inciməyə haqları da var. Çünki nə qədər miqdarda pul olur-olsun, lap bir neçə min manat olsun, bəlkə, heç bu qədər də deyil. Belə hərəkətlər yaramaz. “Azercell” milyonlar qazanır, Azərbaycandan, insanlarımızdan faydalanır. Amma şəhidi məhkəməyə vermək insanlıqdan uzaq bir hərəkətdir. İnanmıram ki, məhkəmə bu işə baxsın, düşünürəm, ləğv edəcək. Əgər məhkəmə məsələyə baxsa, onun da tutduğu yol düzgün olmaz. Sözsüz ki, məhkəmə “Azercell”in cavabını vercək. Mən şəhidin borcunu öz əməkhaqqımdan hissə-hissə ödəməyə hazıram”.

Qeyd: 1994-cü il təvəllüdlü şəhid Məmmədov Araz 4 noyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”