İnam Kərimovun dağıtdığı daha bir təhsil ocağı:
Sosial
Oxunub: 127
2 fev 2023 | 22:50
İnam Kərimovun dağıtdığı daha bir təhsil ocağı:


"Kənd Təsərrüfatı Naziri İnam Kərimov aqrar sahələri məhv etdiyi kimi tabeliyində faliyyət göstərən Elmi tədqiqat insitutlarını da iflic vəziyyətinə qoyub". Bu barədə DİA.AZ-a göndərilən müraciətdə deyilir.

Müraciət müəllifləri daha ağır ittihamların yer aldığı fikirlərini belə davam etdirirlər: "Aqromexanika Elmi-Tədqiqat İnstitutunun 80 yaşlı, 2 ci dərəcəli əlil Əslən Qərbi Azərbaycandan olan (Göyçəli) direktoru Kamil Fətəliyevin özbaşınalığından danışmaq istəyirik. 100-ə yaxın elmi işçini elmdən uzaq salaraq öz istədiyini etməkdədir. 2004-cü ildən bu günə qədər Aqromexanika Elmi - Tədqiqat İnstitutunda direktorluq edən Kamil Fətəliyevin idarəçiliyində bircə nəfər belə aspirant olmayıb, nə də elmi müdafiə ilə məşğul olan olmayıb.

Elmə zərrə qədər də yenilik gətirməyən Aqromexanika E/T İnstitutu sanki Kamil Fətəliyev kreslosu olsun deyə faliyyət göstərir. Kamil Fətəliyevin elmi işlər üzrə drektor müavininin heç bir elmi dərəcəsi olmayan, aqrar sahə üzrə təhsili almayan təqaüdçü Xudayar Məmmədova müvəqqəti həvalə etməsindən bilinir ki, Kamil Fətəliyev insitutun faliyyətini elm və inkişaf üçün yox, sadəcə öz mənfəəti üçün işləyir. Dəfələrlə elmi işlər üzrə direktor müavini yeri müsahibəyə çıxarılsa da, Kamil Fətəliyev öz maraqları naminə cavan kadırları bu vəzifəyə təyin etməkdən qaçıb.

İnsitutun kollektivinə müavini əslən Göyçəli olan birisini təyin edəcəyini, direktorluğu həmin şəxsə verib gedəcəyini bildirib. Kamil Fətəliyev elə sanır ki, Aqromexanika Elmi - Tədqiqat İnsitutu onun ata mülküdür.

Direktor Kamil Fətəliyev işçilərin 22 nəfərini "ölücan işə" götürərək hər ay əməkhaqqlarını özünə götürür. Xəstəlik üçün bülletenə çıxanlara günü 2 manat pul alaraq onları bülletenə yollayır. İşçilərə ezamiyyət yazdırıb pullarını direktor Kamil Fətəliyev mənimsəyir. Dəftərxana ləvazimatı üçün pul ayrılsa da, ləvazimatlar verilmir və pulu direktor Kamil Fətəliyev mənimsəyir".

Dəyərli oxucu, bəs bu 80 yaşlı Kamil Fətəliyev kimdir və kimlərə güvənir?

Bu barədə DİA.AZ-ın növbəti yazısında...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”