Talıbovların nəhəng sərvəti üzə çıxdı – 270 milyonluq varidat
Sosial
Oxunub: 137
25 yan 2023 | 23:38
Talıbovların nəhəng sərvəti üzə çıxdı – 270 milyonluq varidat


“Türkiyəli biznesmen Emin Uçar Azərbaycanın Naxçıvan Muxtar Respublikasında (MR) böyük sərvət qazanıb. Yeni sənədlər və müsahibələr onun Naxçıvanı 27 il idarə etmiş Vasif Talıbovun ailəsinə bağlılığını, onun əlaltısı olduğunu üzə çıxarıb”.

“Azadlıq” radiosuna xəbər verir ki, bu barədə Beynəlxalq Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması üzrə Jurnalistika Layihəsi (OCCRP) yaydığı araşdırmada bildirilir.

Araşdırmaya görə, Uçar son illər Gürcüstanda 270 milyon dollarlıq biznes və mülkiyyət imperiyası qurub. Onun şirkətinin Fransanın “Accor” şirkətilə birgə idarə etdiyi üç otel də bu sıradadır.

OCCRP Uçarın Vasif Talıbov və ailəsini təmsil etdiyini, onun şirkətlərinin Talıbov ailəsinə bağlı böyük holdinqlərlə açıq əlaqələri olduğunu qeyd edir. Uçarın vəkilləri onun sərvətini istiqrazlardan qazandığını desələr də, biznesmenin idarə etdiyi şirkətlər Azərbaycanda dövlət kontraktları əldə edib.

Araşdırmada deyilir ki, Gürcüstan paytaxtı Tiflisidə opera binası yaxınlığındakı “Dinehall” restoranı, Fransanın “Accor” şirkəti ilə birlikdə tikilən beşulduzlu otel Uçarın biznes imperiyasına daxildir. “Accor”dan OCCRP-yə bildirilib ki, Uçarın Talıbovlarla iddia olunan münasibətləri fonunda onunla əlaqələrə yenidən baxılır.

OCCRP hələ 2022-ci ilin fevralında Uçarın Talıbov ailəsinə bağlarını aşkarlayıb. Jurnalistlər Talıbovun illik 26 min dollar məvacib almasına baxmayaraq, vəzifədə olduğu dövrdə sərvət yığdığını üzə çıxarıblar.

Araşdırmaçı jurnalistlər Talıbovun holdinqlərinin çoxunun Uçarın şirkətləri tərəfindən maskalandığını ortaya qoyublar. Azərbaycanda “Gəmiqaya”, Gürcüstanda “Maqro Group” kimi şirkətlərin daxil olduğu şəbəkə 2000-ci illərin əvvəllərindən Azərbaycanda onlarla dövlət kontraktı əldə edib.

Hazırda “Gəmiqaya”nın sahibliyi məsələsi qaranlıq qalır. Talıbov istefa verəndən bir həftə sonra “Gəmiqaya”nın adı dəyişdirilərək “Arkoz” olub. Bu isə Uçara bağlı başqa bir şirkətin adıdır.

İnsan haqları təşkilatları Talıbovların “Gəmiqaya”nı idarə etdiyini desələr də, bu informasiya açıq olmadığından onu təsdiqlətmək çətindir. Ancaq şirkətin keçmiş işçisi OCCRP-yə deyib ki, Uçar göstərişləri Talıbovlardan alırdı.

Uçarın Gürcüstanda Talıbovun oğlu Rzanın adından əmlak alması, onların şirkətlərə birgə sahibliyinə dair sənədlər aşkarlanıb.

Rza suallara cavab verməyib. Ancaq Uçarın şirkəti “Maqro”nun və Talıbovu kiçik oğlu Seymurun vəkilləri Uçarla bu ailənin biznes əlaqələri haqda ziddiyyətli açıqlamalar səsləndiriblər.

Seymurun vəkili deyib ki, Rza Talıbov və Uçar “Naxçıvanda “Gəmiqaya” adını daşıyan müxtəlif şirkətlərin həmtəsisçiləridir”.

“Maqro” və Uçarın vəkili isə bildirib ki, onlar iddianı birmənalı təkzib edirlər. Uçarın vəkili onun nə keçmişdə, nə də indi özündən başqa kimsənin biznesi üçün saxta təmsilçilik etdiyini, həmişə qanuni davrandığını bildirib. O, biznesmenin investisiyasının banklardan gələn faizlərdən qaynaqlandığını vurğulayıb.

Ancaq OCCRP Rza Talıbovun Uçara 2012-ci ilin fevralında bir ay müddətinə verdiyi etibarnamənin fotosunu yayıb. Talıbov biznesmenə Gürcüstanın Batumi şəhərində onun adına mülk almağı etibar edib. Həmin ilin iyunundan isə Rza Uçara bu dəfə iki ay müddətinə etibarnamə verir. Bu dəfə tarixi binaya bitişik 1.2 milyon dollarlıq mülk alınır, Uçar təmsilçi kimi satış sənədlərini imzalayır.

“Maqro”dan OCCRP-yə deyilib ki, o zaman Rza Talıbovla Uçar biznes ortağı idilər və belə məsələlərdə bir ortağın digərindən kömək istəməsi tamamilə təbiidir.

İki il sonra, 2014-cü ildə Rzanın aldığı binalarda “Divan Suites Batumi” beşulduzlu oteli açılıb. O zaman Rza Talıbov “Gəmiqaya Holdinq”in sədri kimi mərasimdə qırmızı lenti kəsir.Talibov istefa verdiyi ərəfədə isə Rza “Divan Suites” otelini 18 milyon dollara satışa çıxarıb.

“Transparency International” təşkilatının antikorrupsiya eksperti Sandro Kevxişvili deyir ki, Azərbaycanda potensial korrupsiya ilə yığılan pulun investisiyası Gürcüstan üçün korrupsiya riski yaradır.

“Sərvətini korrupsiya ilə yığan şəxs bu pulu sərmayə qoyduğu ölkədə də eyni metodlara əl atacaq – özəlliklə də güclü antikorrupsiya mexanizmləri, bu riskləri azaldacaq qərarvermə sistemi olmayan bir ölkədə”, – ekspert vurğulayıb.

Bir il öncə OCCRP-nin açıqladığı hesabatda deyilirdi ki, Rza və Seymur Talıbov qardaşları “Credit Suisse”, “Barclays” və digər xarici banklarda müxtəlif hesablar açaraq, atalarının avtoritar hakimiyyəti altında Naxçıvan əhalisi əziyyət çəkdiyi bir dönəmdə şübhəli pul köçürmələri vasitəsilə 20 milyon dollardan çox pul qazanıblar.
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”