Vüsal Kərimli dövlətə belə KƏF GƏLİR... - Bu faktlar ARAŞDIRILARSA...
Sosial
Oxunub: 137
13 yan 2023 | 22:50
Vüsal Kərimli dövlətə belə KƏF GƏLİR... - Bu faktlar ARAŞDIRILARSA...


Bakı Nəqliyyat Agentliyi (BNA) ilə bağlı tənqidlər, iradlar hələ də səngimək bilmir və qurumun rəhbəri Vüsal Kərimlinin adı korrupsiyada hallanır.

Teref.az bildirir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, adıçəkilən qurumda korrupsiya və yeyintinin həm miqyası, həm də mexanizmi aydın şəkildə görünür. Belə ki, BNA il ərzində dövlətdən təqribən 200 milyon manat dotasiya alır. Sözügedən vəsait isə Kərimliyə yaxın şirkətlər arasında bölüşdürülür.

Təkcə 2022-ci il ərzində dəyəri milyondan çox olan tender layihələrinin qalib edilmiş şirkətləri aşağıdakılardır:

"CIG AZERBAİJAN" MMC – 985413.7 AZN

"ADVENTA CO" MMC - 498308.58 AZN

"FIRE SECURITY" MMC -1890450.03 AZN

“SM CONSTRUCTION SUPPLIES" MMC - 2340394.3 AZN

“N TENSILE" MMC - 160305.83 AZN

"ARIS" MMC – 3 tender layihəsi birlikdə - 1.995.714 AZN

"ORN GROUP" MMC – 644.992 AZN

"FLEX GROUP" MMC – 541.996 AZN

“SEAR SUPPLY” MMC – 2 tender layihəsi üzrə 1.577.038 AZN

"A4 PLAZA" MMC – 138.924.35 AZN

"TECHMASTER" MMC - 3178565.64 AZN

İlk baxışda bu prosesin tenderlər yolu ilə həyata keçirildiyinə dair təəssürat yaransa da, əslində obyektivlikdən söhbət gedə bilməz, yəni satınalma müsabiqələrinin "qaliblər"i əvvəlcədən məlumdur. Marşrutların təşkili, "Bakıkart" üçün post-terminalların, dayanacaqların quraşdırılması və s. bu kimi xidmətlərin həyata keçirilməsi ilə bağlı tenderlərin "qalib"inə çevrilən şirkətlər vasitəsilə silinən pullar isə Vüsal Kərimli ilə yanaşı, onun hakimiyyətin yuxarı eşalonundakı himayədarına çatır. İddialara görə, bu korrupsiya mexanizminin konkret şərti də var – hər hansı xidmət üçün ayrılan vəsaitin 40 faizi "qalib" şirkətə çatır, yerdə qalan 60 faiz isə Kərimli ilə onu himayə edən məmura ötürülür.

BNA rəhbərinin ən ilginc yeyinti "fəndi" isə "Bakıkart"la bağlıdır. "Bakıkart"ın idarəçisi "K Group" şirkətidir. Yeraltı və yerüstü sərnişindaşıma üzrə kartlara yüklənən hər gedişhaqqı məbləğinin 5 faizi xidməthaqqı olaraq məhz "K Group"a çatır. Sərnişindaşıma şirkətlərinin sahibləri indiyədək dəfələrlə BNA rəhbərliyinə müraciət edərək həmin faizin kifayət qədər yüksək olduğunu bildirib və aşağı salınmasını istəyiblər. Onların bu haqlı irad və istəyi isə Vüsal Kərimli tərəfindən hər dəfə rədd olunub. Səbəb kifayət qədər aydındır.

Qeyd edək ki, adıçəkilən şirkəti BNA rəhbəri öncə öz adına qeydiyyatdan keçirib. Hətta şirkətin rəsmi saytının – bakikart.az domeni də Kərimlinin adına qeydə alınıb. Lakin sonradan bu cür rəsmi sənədləşmələrin artıq geniş ictimaiyyətə açıq olduğunu öyrənən Agentlik rəhbəri bu dəfə şirkət və saytı öz adından çıxararaq yaxın adamlarının adına rəsmiləşdirib. Lakin V.Kərimli iki məqamda gecikib: əvvəla, şirkətin yerləşdiyi "Çıraq Plaza"nın sahibi məhz BNA-nın icraçı direktorunu himayə edən məmura məxsusdur; ikincisi, domenin məhz Kərimlinin adına olmasını təsdiqləyən screenshot mövcuddur.Vüsal Kərimli dövlətə belə KƏF GƏLİR... - Bu faktlar ARAŞDIRILARSA...
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR