"Mostbet" və "1xbet" mərc oyunları Azərbaycan gəncliyini belə məhv edir
Sosial
Oxunub: 278
10 yan 2023 | 20:45
"Mostbet" və "1xbet" mərc oyunları Azərbaycan gəncliyini belə məhv edir


Azərbaycan hüquq-mühafizə orqanları durmadan, gecə-gündüz narkomaniyaya qarşı mübarizə apardıqları, Azərbaycan gəncliyini pis vərdişlərdən uzaq tutmağa çalışdıqları bir dönəmdə, təəssüflər olsun ki, əsasən gənc nəsilin yaşam tərzin pozan oyunların şahidi oluruq, söhbət "Mostbet” və "1xbet" kimi tanınan, gənc və digər yaş kategoriya insanlarını öz əsarətində saxlayan online qumar oyunundan gedir. sözü gedən adlı şirkətlərin fəaliyyəti ilk baxışdan sadə görünsədə, ancaq çox incəliklə işləyən qumar şirkəti, fırıldaq mexanizmi üzərində qurulub.

Azərbaycan ərazisində rəsmi qediyyatı olmadan fəaliyyət göstərirlər, vergi ödəməmək üçün Cəbəllütariq, Cənubi Kipr, Kuraçao kimi ölkələrdə, ofşor zonalarda saxta, yəni əslində ofisi, işçisi, avadanlığı olmayan, amma kağız üzərində mövcud olan qumar şirkəti kimi tanınan bu mərc oyunları ölkəmizdə insanlara xeyirdən başqa, istənilən zərəri vurmaqla fəaliyyətini durmadan davam edir.

Beləliklə, lisenziyasız və vergi ödəmədən çalışan “Mostbet” və "1xbet bukmeker kontorları qeyri-leqal, qanunsuz mərc oyunları təşkil etməklə, külli miqdarda ölkəmizdə pullar qazanır. şirkətin yaradıcıları Rusiya vətəndaşlığı ilə yanaşı, Kipr vətəndaşlığına da malikdirlər və hazırda beynəlxalq axtarışdadırlar.

Azərbaycanın dövlət büdcəsinə qara qəpik də xeyir verməyən bu kimi online qumar şirkətləri, konkret oyunlar üçün əmsalları ölkəmizdəki qanuni mərc operatorları ilə müqayisədə bir qədər yüksəltdir. Maraqlıdır görəsən beynəlxalq axtarışda olan, bu dırnağ arası şirkətlərin Azərbaycanda belə rahat şekildə fəaliyyət göstərib, Azərbaycan gəncliyinin zəhərləməsinə və insanların evini, malını-mülkünü satıb bu qumar oyunlara qoymaqda, səbəbkarlar hansı qüvvələrdir.

Azərbaycanda çox izləyicisi olan hansı xəbər saytını açsan, bu qumarbazların reklamına rast gəlmək olar! Düzdür, bunun da arxasında hansısa iş baz, fırıldaq dayanır. Konkret nümunə əsasında göstərək. Məsələn, istifadəçiyə 100 manat “xoş gəldin” bonusu verirlər. Amma o bonusun 10 qat artığını almadan vermirlər. Yəni, 100 manat bonus almaq istəyən adam, 1000 manat yatırmalıdı.

Ulu öndər Heydər Əliyevin ölkə başçısı olduğu dönəmdən Azərbaycanda faliyyət göstərən qumarxanalara, kazinolara qarşı çox ciddi ölçü götürülüb və onların fəaliyyətinə sərt şekildə qadağa qoyulub. Ölkədə qara pullar üzərindən fəaliyyət göstərən Mosbet, 1xbet və digərləri Azərbaycandan idarə olunan, müxtəlif cür oyunlar təşkil edərək onlayın şekildə çox rahat faliyyət göstərən bu şirkətlər dözülməz səviyyədə fəaliyyətlərini davam etdirirlər.

Bir məqamıda araşdırıb üzə çıxardıq ki, bu cür oyunları sərbəst şekildə reklam edən xəbər saytları, barəsində niyə elektron təhlükəsizlik nazirliyi ciddi ölçü götürüb və həmin xəbər portallarını bloklamır? Bu saytları rahat şekildə bloklamaq onların səlahiyyətindədir, ölkənin aparıcı saytları bu cür qanunsuz qumar oyunlarını reklam etməklə cinayətə şərik olurlar.

Bu ölkədə böyük həcmdə baş verən dələduzluqdur, ölkənin pulları bu qumar oyunları vasitəsiylə hara getdiyidə məlum deyil. Çox təəssüflər olsun ki, əlaqədar dövlət qurumlarıda buna göz yumur, amma inanırıq ki, hüquq-mühafizə orqanları araşdırma aparıb, məsələ haqqında ciddi ölçü götürəcək.

TEREF.AZ-ın məlumatına görə, "Azərbaycan Reallığı" sözügedən məsələ ilə bağlı bir neçə hüquq-mühafizə orqanlarına sorğu göndərdi və sorğumuza dərhal cavab olaraq bildirildi ki, yaxın zamanlar məsələ araşdırılaraq aidiyyatı üzrə sizə cavab veriləcək. Bu işlə məşgul olan aidiyyatı şəxslər və şirkətin fəaliyyətinin reklam olunmasında köməklik göstərək şəxslər də məsuliyyətə cəlb olunacaqları bildirildi.

Biz Azərbaycan dövlətinin keşiyində dayanan, xalqına daim təmənnasız xidmət göstərən Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, Baş Prokurorluğa və digər dövlət qurumlarına böyük rəgbət bəsləyirik, inanırıq ki, qısa zaman, narkomaniyaya qarşı necə mübarizə aparırlarsa, əsasəndə gənc nəsili məhv edən "Mosbet" və "1xbet" kimi qanunsuz mərc oyunlarını təşkil edənlərə qarşıda mübarizə apararaq, bu və bu kimi zərərli vərdişləri təbliğ edənləri tapıb, tez bir zamanda məsuliyyətə cəlb edəcəklər.
Bu gün, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Bu gün, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Bu gün, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Bu gün, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Bu gün, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Bu gün, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Bu gün, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR
Bu gün, 12:05
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
Bu gün, 12:01
9 maşının əzildiyi qəza anı - Video
Bu gün, 11:47
“Kim istəyir, nə istəyir yozsun”
Bu gün, 11:41
Avropa İttifaqı TikTok-u bloklayır
Bu gün, 11:29
Ankaradan Qərbə və İrana gözlənilməz həmlə - Ciddi dəyişiklik başlayıb
Bu gün, 11:20
Balaxanıda baş verən kütləvi ZƏHƏRLƏNMƏ
Bu gün, 10:54
Naxçıvanda Zəfər və Anım parkı salınacaq
Bu gün, 10:49
İrəvan Tehranla hərbi əməkdaşlıq sazişi imzalamalıdır - Anna Qriqoryan
Bu gün, 10:44
Prezident Sahibzadə Sultan Əhməd Əlini qəbul edib
Bu gün, 10:40
Vilayət Eyvazov onu DYP-yə rəis təyin etdi
Bu gün, 10:22
Bu həftə 6 gün işləyəcəyik?
Bu gün, 10:10
ADNA terrorundan 15 il ötür
Bu gün, 10:04
Daha bir qrup sakin Laçına gedir
Bu gün, 09:55
Paşinyan Putinin andiçməsinə getmək istəmir, çünki... - Erməni mediası
Bu gün, 09:00
“Qafqaz qambiti”ni Ağ Ev başlatdı, Bakı bitirdi: Ermənistan isə yeganə məğlub tərəf durumuna düşdü
Dünən, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Dünən, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Dünən, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Dünən, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Dünən, 13:25
İlham Əliyev fərman imzaladı