Vasif Talıbovun topdağıtmaz Holdinqi: İnhisarçı şirkət nə ilə məşğul idi... - ARAŞDIRMA
Sosial
Oxunub: 140
6 yan 2023 | 19:19
Vasif Talıbovun topdağıtmaz Holdinqi: İnhisarçı şirkət nə ilə məşğul idi... - ARAŞDIRMA


Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus “Gəmiqaya Holdinq” şirkətinin onun əlindən alındığı və adının dəyişdirildiyi təsdiqlənib.

Vasif Talıbovun oğlu Rza Talıbovun uzun müddət rəhbərlik etdiyi “Gəmiqaya Holdinq" bundan sonra “Arkoz Holdinq” adlanacaq. Bu gün şirkətə Bakıdan rəhbər təyin ediləcəyi gözlənilir.

Bəs “Gəmiqaya Holdinq" şirkətlər qrupu hansı sahələrdə fəaliyyət göstərirdi?

Modern.az saytı ictimaiyyətin məsələyə marağını nəzərə alaraq “Gəmiqaya Holdinq"lə bağlı kiçik bir araşdırma aparıb. Vasif Talıbovun bu topdağıtmaz holdinqi ilə bağlı faktları oxuculara təqdim edirik.

Baş ofisi Naxçıvan şəhərində yerləşən “Gəmiqaya Holdinq" 2008-ci ilin dekabr ayında təsis edilib. Bu Holdinq hazırda 14 şirkəti özündə birləşdirir. Həmin şirkətlər Azərbaycanda və digər ölkələrdə tikinti, sənaye, qida, ticarət və aqrar sahələrində fəaliyyət göstərir.

Holdinqin istehsal etdiyi məhsullar xarici bazarlara da çıxarılır.

Məlumatlara görə, “Gəmiqaya Holdinq" məhz Vasif Talıbovun səlahiyyətlərinə arxalanmaqla Naxçıvan bölgəsində müxtəlif sahələrdə inhisarçı qurum olaraq fəaliyyət göstərib. Yəni uzun illər “Gəmiqaya Holdinq"ə rəqib şirkət yaradılmasına imkan verilməyib.

Məsələn, bölgədə mebel istehsalı ilə bu Holdinqdən başqa, heç kim məşğul ola bilməzdi. Onun məhsulları “Bellisa mebel” brendi adı altında bazara çıxarılırdı.

“Gəmiqaya Holdinq" Naxçıvan MR ərazisində un istehsalını da inhisara almışdı. “Gəmiqaya Taxıl Məhsulları Sənaye Kompleksi” MMC-də “Bərəkət qida” brendi ilə ildə 11 milyon kq un istehsal olunurdu.

Holdinqin nəzdindəki “Gəmiqaya Qida Sənaye Kompleksi” MMC “Bərəkət qida” brendi ilə un, süd, çörək, makaron,şirniyyat, ət, meyvə suyu, şərab məhsulları istehsalının inhisarçı şirkəti olub. “Badamlı” əmtəə nişanı meyvə suları, “Mirvari” və “Qızıl damla” adlı şərablar da burada istehsal olunur.

Naxçıvan bölgəsində taxıl tədarükü də yalnız “Gəmiqaya Holdinq"ə məxsus idi.

Holdinq Naxçıvanda kərpic və daş, heyvan yemi istehsalı kimi gəlir gətirən sahələrə də təkcə nəzarət edirdi.

“Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” MMC heyvandarlıq və quşçuluq üçün yem istehsalında uzun illərdir rəqabət olmadan fəaliyyət göstərib.

“Gəmiqaya Holdinq”in tərkibində fəaliyyət göstərən “Dekoria” alış-veriş mərkəzi ,
“Elit 57” ticarət mərkəzi, “Gəmiqaya Toxum Market” ən böyük obyektlərdən sayılır.

2006-cı ildən fəaliyyət göstərən “Gəmiqaya Heyvandarlıq Kompleksi” müəssisəsi 10 hektar ərazidə 5 tam təchizatlı tövləyə sahibdir. Heyvandarlıq kompleksi də əsasən südlük və ətlik cinslər olan Holişteyin Friz (ağ-qara), Simmental (qırmızı), Şvis (boz) heyvanları saxlanılır.

Həmçinin kompleksin ümumi sahəsi 97 hektar olan əkin sahəsi də mövcuddur ki, bu sahələrdə təsərrüfatın tələbatına uyğun olaraq silos, buğda, arpa, yonca və digər yem bitkiləri tədarük edilir.

Bu kompleksdə əldə olunan süd və ətdən müxtəlif qida məhsulları istehsal olunur.

“Gəmiqaya Holdinq" “Naxçıvan Sement Zavodu” MMC, “Naxçıvan Tikinti Materialları İstehsalı Kompleksi”, “Gəmiqaya Sənaye Kompleksi” MMC, “Gəmiqaya Nəqliyyat” MMC, “Gəmiqaya Beton Məmulatları Kompleksi” MMC, “Gəmiqaya Kərpic Kompleksi” MMC, “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” MMC, “Gəmiqaya Plastmas Kapsul və Qapaq” MMC, “Gəmiqaya Mebel Fabriki” MMC kimi şirkətləri özündə birləşdirir.
Bu gün, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Bu gün, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Bu gün, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Bu gün, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Bu gün, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Bu gün, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Bu gün, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR
Bu gün, 12:05
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
Bu gün, 12:01
9 maşının əzildiyi qəza anı - Video
Bu gün, 11:47
“Kim istəyir, nə istəyir yozsun”
Bu gün, 11:41
Avropa İttifaqı TikTok-u bloklayır
Bu gün, 11:29
Ankaradan Qərbə və İrana gözlənilməz həmlə - Ciddi dəyişiklik başlayıb
Bu gün, 11:20
Balaxanıda baş verən kütləvi ZƏHƏRLƏNMƏ
Bu gün, 10:54
Naxçıvanda Zəfər və Anım parkı salınacaq
Bu gün, 10:49
İrəvan Tehranla hərbi əməkdaşlıq sazişi imzalamalıdır - Anna Qriqoryan
Bu gün, 10:44
Prezident Sahibzadə Sultan Əhməd Əlini qəbul edib
Bu gün, 10:40
Vilayət Eyvazov onu DYP-yə rəis təyin etdi
Bu gün, 10:22
Bu həftə 6 gün işləyəcəyik?
Bu gün, 10:10
ADNA terrorundan 15 il ötür
Bu gün, 10:04
Daha bir qrup sakin Laçına gedir
Bu gün, 09:55
Paşinyan Putinin andiçməsinə getmək istəmir, çünki... - Erməni mediası
Bu gün, 09:00
“Qafqaz qambiti”ni Ağ Ev başlatdı, Bakı bitirdi: Ermənistan isə yeganə məğlub tərəf durumuna düşdü
Dünən, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Dünən, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Dünən, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Dünən, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Dünən, 13:25
İlham Əliyev fərman imzaladı