Respublika Dəri-Zöhrəvi Mərkəzi yoxlanılır - Xəstələr türkəçarə mütəxəssislərinə müraciət etsinlər
Sosial
Oxunub: 157
6 yan 2023 | 10:30
Respublika Dəri-Zöhrəvi Mərkəzi yoxlanılır - Xəstələr türkəçarə mütəxəssislərinə müraciət etsinlər


"Son 2 ildə Respublika Dəri-Zöhrəvi Mərkəzinin həkimləri kimi, pasiyentləri də çətin vəziyyətlə üzləşiblər. Həkimlərə müəyyən məhdudiyyətlər tətbiq edildiyi kimi, xəstələrə də dərman və digər tibbi peraparatların yoxluğu bildirilir, onlara lazım olan dərmanları özlərinin almaları diqqətə çatdırılır. Həkim bunları xəstəyə deyəndə, təbii ki, xoş qarşılanmır. Halbuki, Respublika Dəri-Zöhrəvi Mərkəzini dərman peraparatı ilə TƏBİB təmin edir. Hərçənd, dövlətin verdiyi bir sıra bahalı dərmanlar qalsın bir yana, bəzi xəstəliklər üçün həkimlər ucuz dərmanlarla da təmin olunmurlar". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Aşağı-yuxarı baş həkimdən indi də ölkə rəhbərliyinə olunan şikayətlərin arası kəsilmir. Bu gün də işdən qanunsuz çıxarılan Nərmin Qəzənfərova baş həkimdən şikayətçidir. Artıq onun yazmadığı dövlət orqanı qalmayıb. Yəni, 2 il bundan əvvəl bu səhiyyə müəssisəsinə təyin olunan baş həkim tərəfindən "yeni qanunların tətbiqi"nə narazılıqlar hələ də səngimir. Qeyd edək ki, orada həkimlər əmin idilər: -yeni təyin olunacaq baş həkim ideal olmasa belə, yəqin keçmiş baş həkim qədər olar. O cümlədən, ağıla gəlməzdi ki, Respublika Dəri-Zöhrəvi Mərkəzinə heç kim yox, TƏBİB tərəfindən məhz Müşfiq Zeynalov baş həkim təyin olunar. O, da Mərkəzə baş həkim gələr-gəlməz başladı öz "qanunlarını" yeritməyə.

Müşfiq həkim qısa zamanda hər kəsə sübut etdi ki, sakit abu-havanı, yaxşı münasibətləri, pisə dəyişmək olar. Yəni, yarıtmaz və təmənnadan qaynaqlanan idarəçilik nəticəsində həkimlər Prezident Administrasiyasına, TƏBİB rəhbərliyinə şikayət edə bilərlər. Elə də oldu, bu şikayətlər səbəbindən TƏBİB orada artıq 2 dəfə yoxlama apardı və hazırda da yoxlama aparıldığı bildirilir. Hər dəfə yoxlamanın yekunu olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-də olan adamları hesabına Müşfiq Zeynalov "sudan quru" çıxa bilir, bu dəfə görək nə olacaq. Onun ilk baş həkim işlədiyi aylarda Milli Məclisin deputatı Azay Quliyevin qohumu Səbinə xanım və digər həkimlər Müşfiq Zeynalovun "idarəçiliyinə" etiraz əlaməti olaraq, ondan şikayət etmişdilər. Bütün şikayətlər ört-basdır ediləndən sonra baş həkimin özbaşınalıqlarına dözməyənlər özləri xəstəxananı tərk etdilər. Bu da baş həkimin işinə yaradı və mərkəzə yeni həkimləri işə götürməklə maddi imkanlarını genişləndirmiş oldu.

Hətta, narazılıqlar o həddə qədər yüksəldi ki, baş həkim bir sıra həkimlərlə gizlin danışıqlara getdi. Həmin arada Müşfiq Zeynalov qohum-əqrəbaya, dost-tanışa iş yeri təklif etmək üçün köhnə, peşəkar kadrları əsassız yerə işdən çıxarmaqla bezdirirdi, 65 yaşı tamam olan bir sıra həkimlərlə əmək müqaviləsini uzatmayıb, peşəkar həkimləri oradan uzaqlaşdırırdı. Bir az sonra tibb müəssisəsində həkimlərə "aylıq" tətbiq edildi. Bunu qəbul etməyənlər yenə şikayət etməyə başladı. Beləcə zaman ötdü və baş həkim TƏBİB-də özünə tərəfdarlar toplamağa başladı. İndi vəziyyət o həddədir ki, orada operator işləmiş Nərmin Qəzənfərovanın şikayəti baş həkim Müşfiq Zeynalovun xeyrinə həll edilir. Əlac qalır Azərbaycan Respubilkasının Maliyyə Nazirliyinə, onların nəzər yetirəcəkləri ştat vahidlərinə. Təxmin edilir ki, baş həkim Müşfiq Zeynalovdan soruşulsun: nədən il ərzində ştat vahidlərində dəyişiklik edilərək, 30 nəfərə yaxın şəxsi işə qəbul edib,bir o qədərdə işdən çıxartmısız? Respublika Dəri-Zöhrəvi Mərkəzində təsərrüfat işləri üzrə əlavə ştatların yaradılmasına nədən ehtiyac yaranıb, ora işçilər nə səbəbə qəbul edilib? Və yaxud Nərmin Qəzənfərova niyə operator vəzifəsindən azad edilərək, xadimə ştatına keçirilib və o da bununla razılaşmayıb, şikayət etməkdədir.

O cümlədən, Respublika Dəri-Zöhrəvi Mərkəzinin özəyini təşkil edən aptekdə vəziyyət necədir? Orada nə səbəbə ixtisaslı aptek müdiri vəzifəsindən kənarlaşdırılıb, farmatsiya üzrə işçi kimi saxlanılır, onun yerinə qeyri-rəsmi bu vəzifə Nigar Əliyeva adlı dəri-zöhrəvi həkiminə (kojviniroloq) həvalə olunub? TƏBİB-in bundan xəbəri varmı, icazə veribmi? Axı,aptek müdiri ştatında işləyən Səhiyyə Nazirliyinin keçirtdiyi sertifikasiya imtahanından keçən şəxs olmalıdır ki, o vəzifəni daşıya bilsin. Bir ildən artıqdır ki, Nigar Əliyeva adlı həkimin aptek müdirinin işini apardığına dair mərkəzdə söz-söhbətlər dolaşır. Buna kimi icazə verib, - deyə bir-birinə sual verənlər var. Çünki, mərkəzə pemfiqus dəri xəstəliyindən əziyyət çəkən pasiyentlər müraciət edir. Bu xəstəlik çox ağır dəri xəstəliyi hesab edilir. Belə xəstələrə 3-4 dəfə dərman verib, başdan eləmək həqiqətən yolverilməzdir. Hazırkı halda aptek müdirliyindən kənarlaşdırılan şəxsin, funksiyasını belə xəstələrə dərman verərkən əvəz etmək asandır ki? Təbii, bu suallar zaman keçdikcə aydınlaşacaq, sadəcə hazırkı çəkişmələr Respublika Dəri-Zöhrəvi Mərkəzinin iş ahəngini pozmaqda, xəstələrə çətinliklər yaratmaqda davam edir.

Qeyd edək ki, son vaxtlar ölkədə dəri-zöhrəvi xəstəliklərinə yoluxma halları da müəyyən qədər artıb. Halbuki, hər il dövlət büdcəsindən səhiyyə xərclərinin qarşılanması məqsədilə külli miqdarda vəsait ayrılır. Yəni, bu vəsaitlə səhiyyə sistemində mövcud olan bir çox problemləri həll etmək olar. Lakin reallıqda bunu heç də həmişə müşahidə edə bilmirik. Belə ki, bəzi vəzifə sahiblərinin işlərinə biganə münasibət sərgiləmələri, ayrılan vəsaitləri təyinatı üzrə xərcləməmələri bu sahədə ciddi geriləmələrə səbəb olur. O cümlədən, hazırda Respublika Dəri-Zöhrəvi Mərkəzinin fəaliyyəti də qətiyyən qənaətbəxş hesab edilmir.

Onu da xatırladaq ki, bir müddət əvvəl saytlarda yazılıb ki, mərkəzin baş həkimi Müşfiq Zeynalov ona tapşırılan işlərin öhdəsindən layiqincə gələ bilmir, gəlmək belə istəmir. Çünki TƏBİB-də olan himayədarlarına güvənərək, bildiyi qanun pozuntularına davamlı yer verir. Məlumatlarda bildirilir ki, bu gün dəri-zöhrəvi xəstəliklərin müalicəsində istifadə olunan dərmanlarla bağlı kifayət qədər ciddi problemlər var. O cümlədən, Respublika Dəri-Zöhrəvi Mərkəzində bu cür xəstəliklərə yoluxan şəxslərin müalicəsinə etinasız yanaşılır. Fikirləşən yoxdur ki, zöhrəvi xəstəliklərin hamısı insan həyatı üçün təhlükəlidir. Çünki bu cür xəstəliklər nəticəsində kişi və qadında sonsuzluq belə yaranır. Müşfiq Zeynalov isə ölkə üzrə cavabdeh olduğu çox vacib bir sahədə sabitlik yaratmaq istiqamətində iş aparmaqdansa, rəhbərlik etdiyi müəssisə daxilində intriqalar aparmağa üstünlük verir. Baş həkim bunu çox orijinal üsullarla edir. Məsələn, məlumdur ki, hər bir müalicə həkimi müəssisə daxilində özünə tibb bacısı seçmək hüququna malikdir. Amma bu hüquq Respublika Dəri-Zöhrəvi Mərkəzində işləmir. Burada bir sıra istisnalar olmaq şərti ilə həkimlərə tibb bacılarını baş həkim şəxsən özü təyin edir, burada da məqsəd həkimlərə “nəzarət” etməkdir. Baş həkim elə bir vəziyyət yaradılıb ki, bura müraciət edən pasiyent müayinədən və hətta həkimlə sadəcə söhbətdən sonra mütləq əlini cibinə salmalıdır. Buna görə də, Respublika Dəri-Zöhrəvi Mərkəzinə müraciət edən şəxslər çətin vəziyyətlə üzləşməli olur".

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Bu gün, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Bu gün, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR
Bu gün, 12:05
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
Bu gün, 12:01
9 maşının əzildiyi qəza anı - Video
Bu gün, 11:47
“Kim istəyir, nə istəyir yozsun”
Bu gün, 11:41
Avropa İttifaqı TikTok-u bloklayır
Bu gün, 11:29
Ankaradan Qərbə və İrana gözlənilməz həmlə - Ciddi dəyişiklik başlayıb
Bu gün, 11:20
Balaxanıda baş verən kütləvi ZƏHƏRLƏNMƏ
Bu gün, 10:54
Naxçıvanda Zəfər və Anım parkı salınacaq
Bu gün, 10:49
İrəvan Tehranla hərbi əməkdaşlıq sazişi imzalamalıdır - Anna Qriqoryan
Bu gün, 10:44
Prezident Sahibzadə Sultan Əhməd Əlini qəbul edib
Bu gün, 10:40
Vilayət Eyvazov onu DYP-yə rəis təyin etdi
Bu gün, 10:22
Bu həftə 6 gün işləyəcəyik?
Bu gün, 10:10
ADNA terrorundan 15 il ötür
Bu gün, 10:04
Daha bir qrup sakin Laçına gedir
Bu gün, 09:55
Paşinyan Putinin andiçməsinə getmək istəmir, çünki... - Erməni mediası
Bu gün, 09:00
“Qafqaz qambiti”ni Ağ Ev başlatdı, Bakı bitirdi: Ermənistan isə yeganə məğlub tərəf durumuna düşdü
Dünən, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Dünən, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Dünən, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Dünən, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Dünən, 13:25
İlham Əliyev fərman imzaladı
Dünən, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Dünən, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Dünən, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Dünən, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Dünən, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib