Qalmaqallı iş adamı Müqayis Verdiyev ölkədən qaçarkən həbs edildi… - Müqayis Verdiyev istintaqa gəlməklə bağlı öhdəlik götürdü…
Sosial
Oxunub: 192
6 yan 2023 | 01:10
Qalmaqallı iş adamı Müqayis Verdiyev ölkədən qaçarkən həbs edildi… - Müqayis Verdiyev istintaqa gəlməklə bağlı öhdəlik götürdü…


Son dəqiqələrdə aldığımız xəbərə görə, qalmqallı iş adamı, adı bir çox cinayət əməllərində hallanan, dələduzluqda ad çıxarmış Müqayis Verdiyev ölkədən qaçmaq istəyərkən dövlət sərhəddində saxlanılıb. Saxlanılarkən üzərindən bir neçə telefon və külli miqdarda pul aşkarlanıb. Geyim əşyalarının çox olması və üzərində külli miqdarda pulun olması onu deməyə əsas verib ki, məlumatlı şəxs Müqayis Verdiyevin ölkədən qaçmasını düşünsün. Müqayis Verdiyev ölkədən çıxmasının səbəbi kimi səhhətində olan problemi göstərməyə çalışsa da dünənki sauna görüntüləri onun yalanının üzə çıxmasını sübut etdi.
Etibarlı mənbə onu da bildirdi ki, Müqayis Verdiyev özünə yaxın olan Vüqar adlı sürücüsü ilə ölkədən qaçırmış. Etibarlı mənbə onu da əlavə etdi ki, Müqayis Verdiyev saxlanılan zaman ora bir bahalı avtomobil yaxınlaşdı və sonradan məsələlərin yolunda olduğu hiss olundu.
Məlumatlı mənbə onu da bildirdi ki, həmin vaxt sərhəd keçid məntəqəsində onun dilindən izahat alınıb ki, istintaq çağırışlarından yayınmayacaq və hüquq-mühafizə orqanlarına gedərək izahat verəcək. Müqayis Verdiyev bu izahatından sonra sərbəst buraxılıb. Dəfələrlə Müqayis Verdiyevlə və onun sürücüsü ilə əlaqə saxlamağa çalışsaq da bütün cəhdlərimiz boşa çıxdı.
Biz xeyli müddətdir ki, Müqayis Verdiyevə mətbuat vasitəsilə məsələhətlər, tövsiyyələr veririk ki, elədiyin əməllərə görə, heç hara qaça bilməyəcəksən. Ona görə də get dövlət qurumlarına təslim ol, xahiş elə, yalvar və aman dilə. Bəli, biz Müqayis Verdiyevə hər zaman tövsiyyə edirdik ki, işlədib pulunu vermədiyin Qarabağ qazilərinin, əlillərin əlindən heç hara qaça bilməzsən.
Yaxşı hüquq-mühafizə orqanlarının əlindən harasa qaça bildin, bəs Allahın sorğu-sualından hara qaça biləcəksən..? Biz nə qədər yazsaq da Müqayis Verdiyev köhnə şər-böhtan əməllərindən əl çəkmək, islah olunmaq istəmirdi.
Bəli, Müqayis Verdiyev o qədər həddini aşırdı ki, hətta cənab Prezidentin etimad göstərdiyi, etibar etdiyi yüksək vəzifəli şəxsləri də şantaj edirdi. Və ən dəhşətlisi odur ki, Müqayis Verdiyev Prezident Administrasiyasında yüksək vəzifə tutan şəxslərin adından istifadə edir. Biz bilirdik ki, cinayət əməlinin müddəti heç 40 gün də çəkmir. Ona görə də yazılarımızda Müqayis Verdiyevə heç olmasa Qarabağ qazilərinin halal zəhmət haqqını verməsini tövsiyyə edirdik.
Təsəvvür edirsiniz, Qarabağ qaziləri Müqayis Verdiyevin evinin qarşısında etiraz aksiyası keçirir, pullarını tələb edir....Müqayis Verdiyev isə hər dəfə bir bəhanə ilə onları aldadırdı. Qarabağ qaziləri haqlı olaraq tələb edirdi ki, altındakı 400 min manat dəyəri olan maşını sat, bizim pullarımızı ver... Sözün qısası, ağır cinayət maddələri ilə həbs olunan Müqayis Verdiyev hansı yollasa, canını həbsxanadan qurtara bildi. Və Qarabağ qazilərinin dediyinə görə, Müqayis Verdiyevə yenidən hansısa yollarla cığırlar açılır, o isə bu cığırları məhv etməklə məşğuldur.
Üzərində bu qədər öhdəliklər, borclar olmasına baxmayaraq, Müqayis Verdiyev özü başqalarını şantaj etməyə başlayır. Bu şantaj serialına qısaca göz ataq. Müqayis Verdiyevin şantaj serialı ilk olaraq Goranboyun o zamankı icra başçısı Nizaməddin Quliyevlə bağlı olub. Guya Nizaməddin Quliyevin Müqayis Verdiyevə 400 min manat borcu var imiş. Daha doğrusu, Müqayis Verdiyev məhkəmədə icra başçısının üzünə dirənib ki, guya Goranboy rayonundakı tikinti işlərinə məhz bu rayonun rəhbəri Nizaməddin Quliyevin israrlı xahişləri əsasında qatılıb. Subpodratçı kimi «Fəqan Xidmət»dən aldığı işi isə vaxtında və qüsursuz yerinə yetirib. Amma pulunu ala bilməyib. Biz uzun-uzadı detallara varmaq istəmirik. Müqayis Verdiyev daha sonra kimləri şantaj eləmədi… Yevlaxın o zamankı icra başçısı Qoca Səmədovu, daha sonra Göyçayın əvvəlki icra başçısı Mehdi Səlimzadəni və daha kimləri…
Bir sözlə, Müqayis Verdiyev özünü ŞANTAJ şəbəkəsinə bəzi media qurumlarını da daxil edib. Bəli, Müqayis Verdiyev deyir ki, əlimdə xeyli sayda media qurumu var, kimi istəsəm qısa vaxtda onu cəmiyyətin gözündə ifşa edərəm, əlimdə xeyli kompramat var. Bu adamın səsi-küyü Prezident Admisitrasiyasındakı xanım məmurlardan gəlir, bu adam kimlərin adını çəkmir…
Bəli, Müqays Verdiyev neçə illərdir ki, qazdığı quyuya bu gün özü düşdü. Biz yenə də Müqayis Verdiyevə deyirik ki, Azərbaycan qanunları qarşısında and iç, tövbə elə, bu şər-böhtan əməllərindən əl çək. Yəqin ki, humanist dövlətimiz sənə layiq olduğundan artıq cəza verməz. Qalanı sənlikdir, Müqayis Verdiyev.
Bu gün, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Bu gün, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Bu gün, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Bu gün, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Bu gün, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR
Bu gün, 12:05
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
Bu gün, 12:01
9 maşının əzildiyi qəza anı - Video
Bu gün, 11:47
“Kim istəyir, nə istəyir yozsun”
Bu gün, 11:41
Avropa İttifaqı TikTok-u bloklayır
Bu gün, 11:29
Ankaradan Qərbə və İrana gözlənilməz həmlə - Ciddi dəyişiklik başlayıb
Bu gün, 11:20
Balaxanıda baş verən kütləvi ZƏHƏRLƏNMƏ
Bu gün, 10:54
Naxçıvanda Zəfər və Anım parkı salınacaq
Bu gün, 10:49
İrəvan Tehranla hərbi əməkdaşlıq sazişi imzalamalıdır - Anna Qriqoryan
Bu gün, 10:44
Prezident Sahibzadə Sultan Əhməd Əlini qəbul edib
Bu gün, 10:40
Vilayət Eyvazov onu DYP-yə rəis təyin etdi
Bu gün, 10:22
Bu həftə 6 gün işləyəcəyik?
Bu gün, 10:10
ADNA terrorundan 15 il ötür
Bu gün, 10:04
Daha bir qrup sakin Laçına gedir
Bu gün, 09:55
Paşinyan Putinin andiçməsinə getmək istəmir, çünki... - Erməni mediası
Bu gün, 09:00
“Qafqaz qambiti”ni Ağ Ev başlatdı, Bakı bitirdi: Ermənistan isə yeganə məğlub tərəf durumuna düşdü
Dünən, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Dünən, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Dünən, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Dünən, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Dünən, 13:25
İlham Əliyev fərman imzaladı
Dünən, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Dünən, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM