Məşğulluq Agentliyinin nəzdindəki Mərkəzi Monitorinq və Qiymətləndirmə filialında nələr baş verir..? - İLGİNC İDDİALAR...
Sosial
Oxunub: 187
27 dek 2022 | 23:39
Məşğulluq Agentliyinin nəzdindəki Mərkəzi Monitorinq və Qiymətləndirmə filialında nələr baş verir..? - İLGİNC İDDİALAR...


Vətəndaşın demokratiya, insan haqları və s problemi yoxdur. Vətəndaş üçün stabil iş yeri, rifah və sağlamlıq başlıca məsələdir. Azərbaycan dövlətinin sosial yönümlü olması dəfələrlə rəsmi olaraq səsləndirilib. Bəli, ən həssas yerimiz olan Qarabağ qazilərindən iki misal çəkəcəyik: Qarabağ qazisi deyir ki, mənə nə ev, nə də maşın verməyin, mənə iş verin....
Başqa bir Qarabağ qazisi deyir ki, heç nə istəmirəm, müalicə olunmaq istəyirəm... Bütün bunlar isə bir başa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, yəni cənab nazir Sahil Babayevin üzərinə düşür. Amma... Əmması odur ki, Sahil Babayev nazir olandan sonra minlərlə, bəlkə də yüz minlərlə vətəndaşı dövlətdən narazı salıb. Bu nazirliyin konkret işi SOSİAL MÜDAFİƏDİR, amma insanları dövlətdən narazı salmaq deyil. Bu nazirliyin stukturuna nəzər salanda adam dəhşətə gəlir. Bu boyda nazirlik olar..?
Bu nazirliyin nəzdində Dövlət Məşğulluq Agentliyi var. Adından bəlli olduğu kimi əsas funksiyası vətəndaşları işlə təmin etməkdir, yeni iş yerlərinin açılmasıdır və s. Bu agentlikdə “İşsiz şəxslərlə iş”, “Məşğulluq tədbirləri”, “Peşə hazırlığı” və s departamentlər fəaliyyət göstərir.
Görüsünüzmü, hamısının adında İŞ və MƏŞĞULLUQ... Hələ bu harasıdır..? Regional Məşğulluq filialları, Mərkəzi Monitorinq və Qiymətləndirmə filialı və daha nələr... Dövlət bu qurumlara hər ay yüz minlərlə maaş verir, milyonlarla vəsait ayırır, amma nə faydası... Vətəndaş haray salır ki, mənə MƏŞĞULLUQ üçün verilən İNƏYİN AĞZINDA DİŞLƏRİ yoxdur, gəlin bunu aparın, mənə lazım deyil...
Bəli, Məşğulluq Agentliyinin əsas işi əmək bazarını yaratmaq, insanları işə cəlb etməkdir. Dövlət Məşğulluq Agentliyi aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Yuxarıda qeyd etdiyimiz kimi qurumun tərkibində Mərkəzi Monitorinq və Qiymətləndirmə filialı fəaliyyət göstərir. Qurumun rəhbəri Əliyev Elnur Qaraxan oğludur. Ağlınıza türk serialları-zadı gəlməsin. Söhbət məşhur tikinti kralı, “Qaraxan MTK”-nın sahibi, ağdamlı Qaraxan Əliyevdən gedir. Bəli, nazir Sahil Babayev Qarabağlı dostunun oğluna agentlikdə mühüm vəzifə verib. Amma Elnur Əliyev bu filialı öz şəxsi obyekti kimi işlədir.
Təsəvvür edirsiniz, vətəndaş yazır ki, mənzil problemimlə bağlı şikayətimi araşdrımaq üçün Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Monitorinq Qiymətləndirmə filialından gələrək çəkiliş apardılar və söz verdilər ki, problemim həll olunacaq. Bir neçə aydan sonra vətəndaş quruma müraciət edəndə cavab veriblər ki, filialda struktur dəyişikliyi olduğu üçün növbəti ildə gəlib yenidən çəkiliş edəcəklər. Bunlara başa salan lazımdır ki, stuktur dəyişikliyinin vətəndaşa nə dəxli ola bilər..? Məgər struktur dəyişəndə qurumun apardığı monitorinq materialları silinir..?
Deməli, zavallı vətəndaş növbəti ili gözləməlidir..? Belə idarəçilik olmaz, vallahi.... Bir daha qeyd edirik ki, dövlət bu sahəyə külli miqdarda vəsait ayırır ki, vətəndaşların məşğulluq problemi həll olunsun. Amma Qaraxan müəllimin oğlu Elnur Əliyev kimi məmurlar vətəndaşları dövlətdən narazı salır. Guya Allah qoymasa, Elnur Əliyevin müdir olduğu Mərkəzi Monitorinq və Qiymətləndirmə filialı ölkə üzrə monitorinqlər keçirir, pullar silinir, torpaq payı olanlara məşğulluq təklif edilir, özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyəti, habelə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərin əməyindən səmərəli istifadə üzrə yoxlamalar aparılır. Həə, söhbət icra başçılarının cibindəki maaş kartlarından gedir. İndi bildinizmi, Elnur Əliyev hansı əməllərlə məşğuldur..? Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”